VURMAQ

f.
1. Əli ilə və ya əldə tutulan bir şeylə çırpmaq, zərbə endirmək. Ağacla vurmaq. Şillə vurmaq. Qamçı ilə vurmaq. Əllərinə vurmaq.
[İvan bəy:] Səsini kəs, buyuraram, başına yüz tatarı vurarlar. N.Vəzirov.
Fərraşlar Məşədi Həsəni yıxıb, ayağına on çubuq vurdular. Çəmənzəminli.
Əlimdəki dəyənəyimlə iti vura-vura (z.) qovdum. A.Şaiq.

// Buynuz, təpik və s. ilə zərbə endirmək. İnək uşağı vurdu. Onu at vurmuşdur.
// Döymək, kötəkləmək. Uşağı vurmaq olmaz.
2. Bir şeylə toxundurmaq.
Qasım kişi çaxmağı daşa vurub, qovu basır çubuğa. C.Məmmədquluzadə.
[Rüstəm:] Mən yavaşca öküzün boynuna vurub, həyətə döndərdim. S.Rəhimov.
Eldar Ayazın çiyninə vurdu. Ə.Məmmədxanlı.

3. Çalmaq, çaxmaq, qaxmaq, soxmaq. Mıx vurmaq. Paya vurmaq.
4. Güllə ilə vurub öldürmək. Ovçular meşədə üç qaban vurdular.
– Bir dəfə Tükəzban xala gecə bostandan qayıdırkən tüfəng ilə bir canavar vurub öldürmüşdü. B.Talıblı.

// Bir şeylə vurub yaralamaq. Quşu ayağından vurmuşlar.
[Kərbəlayı Rəcəb:] Arığın nə işi var qoruqda, vuralar qılçası sına. N.Vəzirov.

5. Atəşə tutmaq, topa tutmaq, gülləyə basmaq. Sahildən düşmən gəmilərini vurmaq.
□ Vurub salmaq – güllə və s. zərbəsinin gücü ilə yerə düşməyə məcbur etmək. Ağacdan almanı vurub salmaq. Zenitçilər düşmən təyyarəsini vurub saldılar.
6. Bir şeyi sərrast atıb hədəfə toxundurmaq, dəydirmək. Nişanı vurmaq. Nə qədər atdımsa, hədəfi vura bilmədim.
7. Dayamaq, dirəmək, qoymaq, söykətmək. Divara dayaq vurmaq. Ağaca dəstək vurmaq.
8. Taxmaq, keçirmək, bağlamaq. Atın ayağına cidar vurmaq.
– Səlim bəy Nəbinin ayaqlarına qandal vurub, Gorus qazamatına göndərir. Qaçaq Nəbi”.
[Gilə] içəri girib, qapını örtdü və sürməsini vurdu. Ə.Vəliyev.

9. Yükləmək, yığmaq, çatmaq, doldurmaq. Arabaya (maşına, gəmiyə) yük vurmaq, tay vurmaq.
– Çıx minbərə, zahirdə oxu nəql kitabı; Buğdanı vur anbara, elə meyl şərabı. M.Ə.Sabir.

10. Taqqıldatmaq, döymək. Qapını vurmaq. Darvazanı vurmaq.
– Hələ şam yeməyi hazır olmadan, iki qız bir də anası qapını vurub içəri girdilər. M.S.Ordubadi.

// Döyəcləmək, çalmaq. Nağara vurmaq. Dəf vurmaq.
// t-siz. Zərbə və ya başqa bir səslə bildirmək, xəbər vermək. Telefonun zəngi vurdu. Saat 12-ni vurdu.
11. Xarab etmək, məhv etmək, zədələmək, zərər vermək. Almaları dolu vurdu. Əkinləri don vurdu. Meyvələri şaxta vurmuşdur.
– Şaxta vurmayacaq göy zəmiləri; Qış gəlib gedəcək bir bahar kimi. S.Vurğun.
|Nəbi:] Yenə dolu vurdu bizim bağları; Az qaldı ki, düşmən ala dağları. Qaçaq Nəbi”.

12. məc. Bərk təsir etmək.
Saçlarının ətri və bədəninin hərarəti Rüstəmi uzaqdan vurur, ruhunu oxşayırdı. M.İbrahimov.
Kərim bəy qapını açanda ağır və boğucu isti hava onu vurdu. Mir Cəlal.
Gorus dağının başında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. Qaçaq Nəbi”.

13. məc. dan. İçmək (yalnız spirtli içki haqqında).
[İsmayıl bəy:] Günorta əyləşib, gecə yarısınadək vurdunuz, o sənin sağlığına, sən onun. N.Vəzirov.
[Səfər bəy:] Gəlib Mirzə Turabla araq vursaydım, bundan yaxşı olardı. B.Talıblı.

14. dan. Oğurlamaq, çırpışdırmaq, çalmaq.
[Əhməd dedi:] Sandıqçanı vurmuşam, içi dolu pul. N.Nərimanov.

15. Sürtmək, çəkmək, yaxmaq. Pəncərələrə rəng vurmaq. Üzünə pudra vurmaq.
16. Yapışdırmaq, asmaq. Divara elan (afişa) vurmaq. Divara xalça vurmaq.
17. Yıxmaq, çırpmaq.
Hüseynağa çölə çıxdıqda külək onu yumurlayıb yerə vurdu. M.İbrahimov.

18. riyaz. Artırmaq, zərb etmək. Beşi ikiyə vurmaq.
19. “Özünü” sözü ilə – yalandan göstərmək, oxşatmaq. Özünü dəliliyə, bilməməzliyə, xəstəliyə vurmaq.
[2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev.
Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. Qaçaq Nəbi”.

20. “Özünü”, “özlərini”, “özümüzü” sözləri ilə – soxulmaq, girmək, bir şeyin içərisinə atılmaq, dalmaq, cummaq, yönəlmək, üz tutmaq. Özünü sürüyə vurdu. Özlərini meşəyə vurdular. – [Nəbi:] Uşaqlar, yerimiz açıqdadı.
Zalım uşağı bizi qıracaq, atları minib, özümüzü düşmənin qoşununa vuraq! Qaçaq Nəbi”.
Eyvaz kişi özünü çaya vurdu. Ə.Vəliyev.

21. Sancmaq, çalmaq. İlan vurmaq. Əqrəb vurmaq. – Əziziyəm, qan damar; Arı vurar, qan damar; Kasıblıq adın çəkmə; Ürəyimə qan damar. (Bayatı.
) [Səadət xanım:] İlan vuran yatar, amma mənim yuxum gəlməz. N.Vəzirov.

22. Calamaq, aşılamaq. Peyvənd vurmaq. Aşı vurmaq.
– Vurduq ağaclara biz peyvənd, calaq. Seyidzadə.

23. Kəsmək, kəsib gödəltmək. Paltarın ətəyindən bir qədər vurmaq. Dəllək saçımı vurdu. Pambıq kollarının başını vurmaq.
24. t-siz. Döyünmək, atmaq, işləmək. Nəbzi vurmaq.
– Yenə də bir vuraydı qəlbimiz gizli-gizli; Sən ey əsmər bənizli! M.Müşfiq.
Bir soruş gör, heç ürəyim bir gün onsuz vurdumu? Ə.Cəmil.

25. t-siz. Atmaq, fışqırmaq. Fontan vurmaq. Fəvvarə vurmaq.
26. Xüsusi cihaz və s. vasitəsilə yeritmək (maye, hava, qaz və s.). Nasosla su vurmaq.
– Həkim iynəni qaynadıb, Tahirin yumşaq ətinə penisillin iynəsi vurdu. M.Hüseyn.

27. dan. Çevirmək, bir vahidi əsas götürərək hesablamaq. Kağız pulu qızıla vurmaq.
28. Bir sıra isimlərin yanına gətirilərək, ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: dövrə vurmaq, zərər vurmaq, dəm vurmaq, əl vurmaq.
29. “Vurdu” şəklində – birdən, gözlənilmədən.
İki gün çəkmədi, vurdu anam xəstə düşdü. Mir Cəlal.

30. “Vurub” şəklində – çox-çox geridə buraxıb, ötüb, aşıb.
Trest müharibədən əvvəlki həcmi vurub keçəcəkdir. Mir Cəlal.

Синонимы

  • VURMAQ 1. VURMAQ [Ərbab:] Vur, vur ki, gətirməyibdir arpa (M.Ə.Sabir); DÖŞƏMƏK (məc.) Fərraş sağa-sola döşəyirdi (Çəmənzəminli); ENDİRMƏK (məc
  • VURMAQ yıxmaq — çırpmaq
  • VURMAQ çırpmaq — dəymək — kötəkləmək
  • VURMAQ zədələmək
  • VURMAQ içmək — gillətmək
  • VURMAQ oğurlamaq — çalmaq — çırpışdırmaq
  • VURMAQ yükləmək — yığmaq — çatmaq — doldurmaq
  • VURMAQ dayamaq — dirəmək — söykəmək
  • VURMAQ yapışdırmaq — asmaq
  • VURMAQ sancmaq — çalmaq — dişləmək — zəhərləmək — dolamaq
  • VURMAQ çalmaq — çaxmaq — qaxmaq — soxmaq
  • VURMAQ döyünmək — atmaq — işləmək
  • VURMAQ kəsmək — gödəltmək
  • VURMAQ calamaq — aşılamaq
  • VURMAQ toxunmaq — dəymək

Антонимы

  • VURMAQ VURMAQ – BÖLMƏK Beşi ikiyə vurmaq, alınan hasili beşə bölmək lazımdır. VURMAQ – DAYANMAQ Bir soruş gör, heç ürəyim bir gün onsuz vurdumu? (Ə
VURMA
VURNUXMA
OBASTAN VİKİ
Çətinliyə baş vurmaq (teleserial, 2008)
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.

Значение слова в других словарях

агрохими́ческий безде́льничание беспе́чность криво́й кровоподтёчный ла́довый миоце́н пе́репел печу́рка разнесча́стный распы́ливать кэш пенкоснима́тельство самостре́л фо́рвард орлянка banker-mark Brahm Cape Fear River ethnobotany extorter hypermetrical Yucatan Channel прошмыгивать хитросплетение