VURMAQ

1. VURMAQ [Ərbab:] Vur, vur ki, gətirməyibdir arpa (M.Ə.Sabir); DÖŞƏMƏK (məc.) Fərraş sağa-sola döşəyirdi (Çəmənzəminli); ENDİRMƏK (məc.) Naznaz əlini qaldırıb Qaraşın təpəsinə endirəndə Qaraş onun biləyindən yapışıb sıxdı (M.İbrahimov); İLİŞDİRMƏK Həmidin əli gicişirdi, az qalırdı ki, Çopur Abdullaya yağlı bir şillə ilişdirsin, küçədəkilərdən ayıb idi (H.Abbaszadə); YAPIŞDIRMAQ (məc., dan.) Zalım da çəpərdən bir ağac qoparıb, Şükürün peysərinə yapışdıranda Şükür palaz kimi yerə sərildi (Çəmənzəminli); ZƏRBƏ ENDİRMƏK Azər özünü irəli verdi, rəqibə zərbə endirəndə ona elə gəldi ki, həm özü, həm də rəqibi vurur və bundan zövq aldı (Ə.Kərim); ZOLLAMAQ Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına, zirək (S.Ə.Şirvani).

2. vurmaq bax oğurlamaq

3. vurmaq bax sancmaq 1

4. vurmaq bax döyünmək

5. vurmaq bax içmək

6. vurmaq bax döymək

7. vurmaq bax çalmaq II

VURHAVUR
VURULMAQ
OBASTAN VİKİ
Çətinliyə baş vurmaq (teleserial, 2008)
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.

Digər lüğətlərdə

глуха́ри дегото́к недове́сный потра́та гру́зчица огляде́ть ловжа gonococcus guerrilla strike halfer interstice kingship madam Neville pharmacist planing slum subcontractor unsteel windward witch-finder печальный презрительный прислушиваться цыганка