VURUŞ

сущ.
1. бой, битва, сражение. Son vuruş последний бой, vuruş meydanı поле битвы
2. борьба, схватка. Qəti vuruşda в решительной схватке
VURUM
VURUŞA-VURUŞA
OBASTAN VİKİ
Austerlits vuruşması
Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması. == Tərəflərin qüvvələri və mövqeləri == Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Avstriyanı müharibədən çıxmağa sövq etmək istəyirdi. Orduda olan çar I Aleksandr Kutuzovun niyyətlərinə əks olaraq müttəfiq qüvvələrin hucuma keçməsinə israr edirdi, və faktiki olaraq komandanlığı öz üzərinə götürmüşdü. Avstriyalı qeneral F. Veyroterin hazırladığı hucum planı, Napoleonun pasiv hərəkətlərinə hesablanmışdı. Onun mahiyəti - əsas qüvvələrin cənubdan qəliz yandan alma hərəkəti ilə franszı ordusu ilə Vyananın arasını kəsmək və onun Brünnaa yanında darmadağın etmək. Plana uyğun olaraq rus - avstriyalı ordusu beş sütunla Austerlitsa marş etdi. Müttəfiqlərin ləng tərpənməsi Napoleona vaxt qazandırdı.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir.Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir. 2016-cı ildə edilən dəyişikliklərdən sonra, başlama vuruşunu icra edən futbolçuya meydanın istənilən tərəfinə ötürmək imkanı verildi, bundan əvvəl o, yalnız qabağa ötürmək məcburiyyətində idi.
Eyn Cəllud vuruşu
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi.Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı. İrandakı sui-qəsdlərin qarşısı alındı.
Fermopil vuruşması
Fermopil vuruşması (e.ə. 480) — Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında döyüş. Sparta sərkərdəsi Leonid qoşunun əsas hissəsini Afinanın müdafiəsinə göndərmiş, özü isə 300 spartalı ilə keçidi qorumuş, lakin qeyri-bərabər mübarizədə dəstəsi ilə birgə məhv olmuşdur. Sonralar spartalılar burada Fermopil vuruşması qəhrəmanlarına abidə qoydular.Son dövrlərin ən məşhur kinolarından olan "300 spartalı" filmi məhz bu döyüş haqdadır.
Fermopila vuruşması
Fermopil vuruşması (e.ə. 480) — Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında döyüş. Sparta sərkərdəsi Leonid qoşunun əsas hissəsini Afinanın müdafiəsinə göndərmiş, özü isə 300 spartalı ilə keçidi qorumuş, lakin qeyri-bərabər mübarizədə dəstəsi ilə birgə məhv olmuşdur. Sonralar spartalılar burada Fermopil vuruşması qəhrəmanlarına abidə qoydular.Son dövrlərin ən məşhur kinolarından olan "300 spartalı" filmi məhz bu döyüş haqdadır.
Gettisburq vuruşu
Gettisberq vuruşu — ABŞ vətəndaş müharibəsisinin ən qanlı və əhəmiyyətə sahib olan Gettisberq döyüşü 1863-cü ildə Pennsilvaniya ştatında baş verib. Michael Newman's pants ən məşhur generalı Robert Edvard Leenin ayaqları çılpaq əsgərlərə ayaqqabı tapmaq üçün Gettisberq qəsəbəsinə göndərdiyi gözətçilər Şimal birliklərinin generalı Corc Meadenin ordusuyla qarşılaşdı. 200 minə yaxın əsgərin üç gün davam edən qarşıdurmasında 50 mindən çox əsgər öldü. Konfederasiya ağır itkilərlə geri çəkildi. Müstəqillik ümidlərini də müharibə meydanında itirdi.
Gettysburg vuruşu
Gettisberq vuruşu — ABŞ vətəndaş müharibəsisinin ən qanlı və əhəmiyyətə sahib olan Gettisberq döyüşü 1863-cü ildə Pennsilvaniya ştatında baş verib. Michael Newman's pants ən məşhur generalı Robert Edvard Leenin ayaqları çılpaq əsgərlərə ayaqqabı tapmaq üçün Gettisberq qəsəbəsinə göndərdiyi gözətçilər Şimal birliklərinin generalı Corc Meadenin ordusuyla qarşılaşdı. 200 minə yaxın əsgərin üç gün davam edən qarşıdurmasında 50 mindən çox əsgər öldü. Konfederasiya ağır itkilərlə geri çəkildi. Müstəqillik ümidlərini də müharibə meydanında itirdi.
Həştadsər vuruşması
Həştadsər vuruşması — ərəb qoşunları ilə xürrəmilər arasında Həştadsər dağı yaxınlığında baş vermiş döyüş (3 iyun 829). Xilafətin məşhur sərkərdələrindən Məhəmməd ibn Hümeydin komandanlıq etdiyi 150 minlik ərəb ordusu xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasını tutmağı qarşıya məqsəd qoymuşdu. Babəkin komandanlıq etdiyi üsyançılar iyunun 3-də düşmənə qəflətən ağır zərbə vurdular. Məhəmməd ibn Hümeyd döyüş zamanı öldürüldü. Təqribən 30 min döyüşçü itirən ərəb qoşunu geri çəkilməyə məcbur oldu.
Karnal vuruşması (1739)
Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı. Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur. Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir. Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı. Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu.
Marafon vuruşması
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Marna sahilindəki vuruşma
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
Neva vuruşması
Neva vuruşması — 1240-cı il iyulun 15-də (21-də) rus və İsveç qoşunları arasında vuruşma. İsveçlilərin hucum etməkdə məqsədi Neva çayı mənsəbini və Ladoqa şəhərini tutmaq idi (bu, onlara "varyaqlardan yunanlara" gedən yolun şimal sahəsini ələ keçirmək imkanı verirdi). Novqorod knyazı Aleksandr Yaroslaviç isveçliləri İjora çayı mənsəbinə çatdılar. Dumanlı havadan istifadə edən ruslar İsveç düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Döyüşdə göstərdiyi sərkərdəlik məharəti və igidliyə görə xalq knyaz Aleksandr Yaroslaviçi Nevski adlandırdı. == Ədəbiyyat == Пашуто В.Т. Героическая борьба русского народа за независимость (XIII в.), М., 1956. Пашуто В.Т. Александр Невский, М., 1974. == Mənbə == Нева вурушмасы (1240) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Qavqamela vuruşması
Qavqamela vuruşması — E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma.Fars ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi Qavqamela vuruşması həm qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir. == Tarixi == Döyüşdə III Daranın ordusu məğlub edildi. Şah bir neçə satrapla və kiçik qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya çəklir. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində bu döyüşdə ən ağır tələfata uğrayırlar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Sevdanın Son Vuruşu
Sevdanın Son Vuruşu – Tarkanın 2010 – cu ildə çıxardığı Adımı Kalbine Yaz albomundan olan promo sinql.
Somme vuruşması
Somma vuruşması - 1916-cı ildə Fransada baş verən 1 milyondan çox itki ilə Birinci dünya müharibəsinin ən böyük vuruşmalarından biridir. Bu müharibə həm də İngilislər tərəfindən ilk dəfə tankın istifadə edildiyi döyüşdür.
Stalinqrad vuruşması
Stalinqrad döyüşü (17 iyul 1942 – 2 fevral, 1943) — Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqrad (indiki Volqoqrad) ətrafında alman qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum əməliyyatları. Müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunur. Almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı 1942-ci ilin avqust ayında başlamışdır. Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı Ordu və 4-cü tank ordusunun birləşmələrindən aktiv şəkildə istifadə olunmuşdur. Hücum intensiv şəkildə Lüftvaffe tərəfindən şəhərin bombardman edilməsi ilə dəstəklənmişdir. Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra isə şəhər döyüşləri başlamışdır. Artıq 1942-ci il noyabr ayının ortalarında Sovet Ordusu çoxsaylı itkilərə məruz qalmasına baxmayaraq, almanları Volqa çayının qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdi. 19 noyabr 1942-ci ildə Qırmızı Ordu tərəfindən Uran əməliyyatı başladılmışdır. Bu əməliyyat hazırlanarkən almanların 6-cı Ordusunun cinahlarını müdafiə etmək vəzifəsi daşıyan, həmçinin nisbətən zəif olan rumın və macar qoşunları hədəf götürülmüşdü. Hücum nəticəsində həmin cinahlarda yerləşən qüvvələr məğlub edilmişdir ki, bu da alman 6-cı Ordusunun öz müttəfiqləri ilə birbaşa əlaqəsinin kəsilməsinə və Stalinqrad ərazisində mühasirəyə düşməsi ilə nəticələnmişdir.
Verden vuruşması
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. == Verden qələbə hədəfi olaraq == 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Çaldıran vuruşması
Çaldıran döyüşü — Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş vermiş vuruşma. Ağqoyunluların süqutundan sonra Səfəvilər qısa zamanda tarixi Azərbaycan torpaqlarını və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, Asiyanın bir hissəsini, Xorasan və İraq kimi vacib regionları da özlərinə tabe etdilər. Qısa zamanda bu cür yüksəliş Səfəvilər dövlətinin qərb sərhədlərində yerləşmiş və sürətlə böyüməkdə olan başqa bir türk mənşəli sülalənin maraqlarına zidd idi. == Giriş == Hələ Səfəvilərin Ərdəbil hakimiliyi dövründə onların hakimiyyətə gəlmələrində, hərbi-siyasi qüvvə kimi meydana çıxmalarında Anadoludakı türk-qızılbaş tayfaları çox mühüm rol oynamışdılar. Səfəvilərlə sıx əlaqəsi olan bu tayfalar Osmanlı ərazisində böyük təhlükə idi. Səfəvilərlə müharibə təqdirində Osmanlı imperiyası ərazisində yaşayan qızılbaşların arxada üsyan qaldıracağından çəkinən Sultan I Səlim (1512–1520) onlardan təqribən 40 minini edam və sürgün etdirdi. Beləliklə özünə arxadan müdafiəni təmin etdi. Döyüşün baş tutmasında Səfəvi hökmdarı şah I İsmayıl və Osmanlı sultanı I Səlimin bir-birlərinə bəslədikləri münasibətlər də rol oynamışdır. II Bəyazid Osmanlının genişlənməsinə çox da çalışmır, ölkənin daha çox mədəni inkişafına fikir verirdi. Ona görə də şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünmürdü, əksinə gözəl şair olan I Şah İsmayıl və mədəniyyətə böyük maraq göstərən II Bəyazid arasında isti münasibətlər formalaşmış, 1504-cü ildə isə Səfəviləri bir dövlət kimi tanımışdı.
İss vuruşması
İss vuruşması — III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü.Döyüş e.ə. 333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib. İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərinixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332/331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.
Əyn Cəllud vuruşu
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi.Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı. İrandakı sui-qəsdlərin qarşısı alındı.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. == Yaş == 10-16. == Oyunçuların sayı == Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. == Oyun qaydası == Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.

Значение слова в других словарях

мимолётно плевропневмони́я прави́телев сма́зывание ла́йнер лы́ко нераспоряди́тельность отыма́лка перепи́хивание перетренирова́ться скирдова́ться теплопрово́дность шляча asylum Chelyuskin defence area fleeceless give over high-test neuroendocrinology Normanesque onomatologist pro tempore titler табаководство