VURĞUN-VURĞUN

z. lovingly, amorously; bir kəsə ~ baxmaq to eye smb. amorously, to look with eyes full of love at smb.

VURĞUN
VURĞUNCASİNA
OBASTAN VİKİ
Vurğun
Vurğun — təxəllüs və ad. Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi. Vurğun Əyyub — Filologiya elmləri namizədi, Müsavat başqanının I müavini. Vurğun Hüseynov — peşəkar Azərbaycanlı futbolçu.ToponimVurğun (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.
Səməd Vurğun
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir. == Həyatı == Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının (hazırkı Qazax rayonu) Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsindən anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür.
Vurğun (Ağstafa)
Vurğun (əvvəlki adı: Kalininkənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kalininkənd qəsəbəsi Vurğun qəsəbəsi adlandırılmışdır.
Vurğun Hüseynov
Vurğun Tofiq oğlu Hüseynov (5 aprel 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Karyerası == 2013-cü ilin yayında Hüseynov Qəbələ klubunu tərk edərək Sumqayıt klubu ilə müqavilə imzalamışdır.
Vurğun Həsənov
Vurğun Ağası oğlu Həsənov (6 avqust 1995; Siyəzən, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vurğun Həsənov 6 avqust 1995-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Siyəzən şəhər C.Cabbarlı adına 1 nörməli orta məktəbin rus bölməsində, Siyəzən şəhər 6 nömrəli və 5 nömrəli tam orta məktəblərdə orta təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Siyəzən Broyler Quşçuluq fabrikində fəhlə olaraq çalışmışdır. == Hərbi xidməti == Vurğun Həsənov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vurğun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vurğun Həsənov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vurğun Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vurğun Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vurğun Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vurğun Həsənov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vurğun bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vurğun Əyyub
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019). == Həyatı == Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub.
Səməd Vurğun (1958)
== Məzmun == Film görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edir. == Film haqqında == Film ilk televiziya sənədli filmidir.
Səməd Vurğun (1966)
== Məzmun == Film Azərbaycanın xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev, Eldar Quliyev Ssenari müəllifi: Yusif Səmədoğlu Operator: Boris Vlasov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov == Mənbə == “Səməd Vurğun” tədris filmi. [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Səməd Vurğun" filminin çəkilişi] //Bakı.- 1969.- 23 oktyabr. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Səməd Vurğun (1976)
== Məzmun ==
Səməd Vurğun (dəqiqləşdirmə)
Səməd Vurğun
Səməd Vurğun (Şəmkir)
Səməd Vurğun – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki Səməd Vurğun qəsəbəsi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir. == Tarixi == Qəsəbənin adı Sovet Azərbaycanı yazıçısı Səməd Vurğunun adından götürülüb. == Əhalisi == Qəsəbənin əhalisi 1.433 nəfər təşkil edir.
Səməd Vurğun bağı
Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı – Bakı şəhərində yerləşən bağ-park. Azərbaycanlı şair Səməd Vurğunun adını daşıyır. 2009-cu ildə əsaslı şəkildə yenidən qurulub. == Haqqında == Park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovdur.2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb. Bəzi ləklər Azərbaycan xalçalarının, kəlağayılarının və s.
Səməd Vurğun küçəsi
Səməd Vurğun küçəsi (Sumqayıt)
Səməd Vurğun parkı

Azərbaycan (şeir, Səməd Vurğun)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi.Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı.Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.Şeiri ingilis dilinə Qledis Evans tərcümə etmişdi, və Mirzə İbrahimovun redaktəsi altında "Azerbaijanian Poetry: Classic, Modern, Traditional"-da (Moskva, 1969) dərc olunmuşdu. == İstinadlar == == Ədəbiyyat == Бабаев Г. Самед Вургун: Очерк творчества. — M.: Sovetsiy pisatel, 1981. — 271 səh.
Fərhad və Şirin (Vurğun)
Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir. == Məzmunu == "Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır. Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür. S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədi ilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir.
Səməd Vurğun (film, 1958)
== Məzmun == Film görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edir. == Film haqqında == Film ilk televiziya sənədli filmidir.
Səməd Vurğun (film, 1966)
== Məzmun == Film Azərbaycanın xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev, Eldar Quliyev Ssenari müəllifi: Yusif Səmədoğlu Operator: Boris Vlasov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov == Mənbə == “Səməd Vurğun” tədris filmi. [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Səməd Vurğun" filminin çəkilişi] //Bakı.- 1969.- 23 oktyabr. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Səməd Vurğun (film, 1976)
== Məzmun ==
Vurğun ocağı (film, 2003)
== Məzmun == Filmdə böyük şair Səməd Vurğun xatırlanır. Xatırlayanlar isə, daha doğrusu onun həyatının ən incə məqamlarına toxunanlar həyat yoldaşı, qızı və oğludur. == Film haqqında == Filmdə Səməd Vurğunun iştirak etdiyi sənədli kadrlardan və "Aygün" bədii televiziya filmindən istifadə edilmişdir.
Fərhad və Şirin (S.Vurğun)
Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir. == Məzmunu == "Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır. Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür. S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədi ilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir.
Fərhad və Şirin (Səməd Vurğun)

Xalq Şairi Səməd Vurğun (1969)
== Məzmun == Kinolentdə böyük şair Səməd Vurğunun həyat və yaradıcılığı öz əksini tapmışdır == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Səməd Vurğun adına mərkəzi kitabxana (Sumqayıt)
Sumqayıt şəhər MKS-nin H. Z. Tağıyev adına 7 saylı uşaq kitabxana-filialı 1969-cu ildə açılıb. 1991-ci ildən H. Z. Tağıyevin adını daşıyır. Sahəsi 150 kv.m-dir. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. Kütləvi kitabxana olaraq əsasən kiçik yaşlı oxuculara xidmət edir. 2003-cü ildə 7 saylı uşaq kitabxana-filialının böyük bir hissəsi alman dili mərkəzinə verilib. 2006-cı ildə kitabxana şəhər Bələdiyyəsinin yaxından köməyi ilə əsaslı təmir edilib. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur. 2014-cü ilin hesabatına görə H. Z. Tağıyev adına 7 saylı uşaq kitabxana-filialın fondu 26713 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 153 nüsxə, oxucusu 4005 nəfər, kitab verilişi 55003 nüsxə, oxucuların kitabxanaya gəlişi 42341 nəfərdir. İl ərzində kitabxana filialda oxucu mütaliəsinə rəhbərlik məqsədilə əlamətdar günlər və yubileylər, müxtəlif aktual mövzularla bağlı sərgilər, səhərciklər, ədəbi-bədii gecələr, şeir dəqiqələri, biblioqrafik xülasə və mətbuat xülasələri, danışan kitablar və s.

Digər lüğətlərdə

изма́слиться искряно́й карнава́льный обмо́точка ту́ша гипокинети́ческий карати́стский крезану́ться неоспори́мый преферанси́ст роти́ровать снабже́нец чпаг bade coagulant deep-chested gride knock out mazer mitigate unnamed гидробиология нитрат переключатель плескать