vükəla 2021
vüqarla 2021
OBASTAN VİKİ
Vüqar Şəfiyev
Vüqar Şəfiyev (1 yanvar 1989; Bakı, Azərbaycan) — Azərbaycanlı prodüser, təşkilatçı. == Həyatı == Şəfiyev Vüqar Xalıq oğlu 1 yanvar 1989-cu ildə Bakı şəhərində anadan olub. Atası Şəfiyev Xalıq QurbanƏli oğlu 10 Noyabr 2018-ci ildə qaraciyər serrozu xəstəliyindən vəfat edib. Anası Şəfiyeva Mehriban Əsgər qızı evdar xanımdır. Qardaşı Şəfiyev Əli Xalıq oğlu BakuBusda işləyir. 1996-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 80 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 12 nömrəli BPL-ndə davam etdirir. 2006-ci ildə məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. 2010-cı ildə Universiteti bitirib hərbi xidmətə yollanır. 2014-cü ildə ailə qurmuş, həyat yoldaşı isə Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyevadır.
Vüqar Əbdulov
Vüqar Arif oğlu Əbdülov (28 mart 1974, Bakı, Azərbaycan SSR) — azərbaycanlı meyxanaçı. == Həyatı == Vüqar Əbdülov 28 mart 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsini bitirib (1990–1994). 1990-cı ildən meyxana ilə məşğuldur. == Filmoqrafiya == Sonuncu şahid (film, 2004) Məşədi İbad 94 (film, 2005) Adam ol!
Vüqar Əhməd
Vüqar Əhməd (tam adı: Vüqar Mikayıl oğlu Əhməd; 17 aprel 1963, Bakı) — şair, ədəbiyyatşünas, alim. == Həyatı == Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984–1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə "Novruz" qəzeti və "Azərbaycan dünyası" nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-cı ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışdır. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir. 2005–2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərmişdir. Rəhbərliyi altında gənc alimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M. Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib.
Vüqar Əhmədov
Əhmədov Vüqar Cəbrayıl oğlu (3 yanvar 1975, Mingəçevir) — "Azərişıq" ASC-nin sədri (7 yanvar 2020–indi), "Azərişıq" ASC-nin sədrinin müavini (2015–2020), İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru. == Həyatı == Vüqar Əhmədov 3 yanvar 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır. 2015–2018-ci illər Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. İxtisası iqtisadçı-energetikdir. Ailəlidir. 2 övladı var. == Əmək fəaliyyəti == Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Vüqar Əkbərov
Vüqar Seyid oğlu Əkbərov (12 sentyabr 1990; Tovuz rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Əkbərov 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Vüqar Əkbərov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrutun, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əkbərov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əkbərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüqar Əliverdiyev
Vüqar Əfqan oğlu Əliverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. 2016-cı ildə Aprel döyüşləri və 2020-ci ildə Vətən Müharibəsində iştirak etmişdir. == Hərbi xidməti == 2008-ci ildə mayor Vüqar Əliverdiyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2016-cı ildə isə polkovnik Vüqar Əliverdiyev Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülmüşdür. 2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Vüqar Əliverdiyev, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Vüqar Əliyev
Vüqar Əmir oğlu Əliyev (1955, Gürcüstan SSR) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Elmi əsərlərinin sayı – 208 Xaricdə dərc olunan əsərlərinin sayı – 98 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı – 60 Beynəlxalq elmmetrik bazalarda şəxsi səhifələri Beynəlxalq layihələrdə koordinatorluğu İxtiralarına görə müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı – 16 Elmi kəşfi - 1 Dil bilikləri – Azərbaycan, rus, gürcü və ingilis dilləri == Əsas elmi nəticələri == İlk dəfə olaraq, tallium əsaslı, üç və çoxkomponentli, xalkogenid birləşmələrinin monokristallarının fiziki xassələri ilə onların real quruluşu və defektləri arasında korrelyativ əlaqələri aşkara çıxarmışdır. Tallium əsaslı, üçqat, iynəvari xalkogenid kristallarda on illər öncə nəzəri olaraq mümkünlüyü söylənilmiş faza keçidlərini ilk dəfə olaraq aşkara çıxarmış və təfsilatı ilə tədqiq etmişdir . Eksperimental fizika sahəsində əldə etdiyi hər bir elmi nəticə əsasında faktiki olaraq müxtəlif yarımkeçirici çeviricilər və cihazlar ixtira etmiş, müvafiq qaydada patentləşdirmişdir. Doktorluq dissertasiyasının müdafiəsindən sonra isə bir sıra beynəlxalq layihələr irəli sürmüş, elmi qrantlar almış və layihələr üzrə beynəlxalq elmi qruplar tərkibində apardığı tədqiqatlar əsasında, 2007-ci ildə, bərk cisimlər fizikasında yeni effekt kəşf etmişdir (Kəşf Diplomu № 340 və P.L.Kapitsa adına Qızıl Medal). Azərbaycan Milli Ensiklopediyasının 8-ci cildində həmin kəşf haqqında məlumat verilmişdir . Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Fizika İnstitutunun rəsmi internet səhifəsində, ingilis, rus və Azərbaycan dillərində, xüsusi “KƏŞFLƏR” bölməsi yaradılmışdır . == Elmi kəşfi == === Elmi kəşfin adı: === Darzolaqlı yarımkeçiricilərdə eyni zamanda Fermi səviyyəsinin stabilləşməsi və elastiklik xassələrinin çevrilməsi arasında qanunauyğun əlaqə. === Kəşfin müəllifləri: === Paşayev A.M., Davaraşvili O.İ., Əliyev V.Ə., Zlomanov V.P., Davaraşvili M.İ. === Kəşfin düsturu: === Eyni zamanda Fermi səviyyəsinin stabilləşməsi və dielektrik hala transformasiya vasitəsilə IV-VI darzolaqlı yarımkeçiricilərinin elastiki xassələrinin çevrilməsi arasında əvvələr məlum olmayan qanunauyĝun əlaqə təyin edilmişdir, hansı ki, yüksək parametrli kristallik qəfəsə malik (effektiv “mənfi” təzyiq) altında aşqar tərkibli yüksəkgərginlikli yarımkeçirici layın formalaşması zamanı dielektrik hala keçid elastiklik limitini artıran və Fermi səviyyəsini stabilləşdirən aşqarın layda olması ilə səbəblənən qadaĝan olunmuş zonasının böyüməsi və Fermi səviyyəsinin onun ortasına doĝru sürüşməsi nəticəsində yükdaşıyıcıların energetik spektrinin yenidənqurulması zamanı baş verir. == Əsas elmi əsərləri == Vugar Aliyev, Zakir Ramazanly, Sabina Magerramova, Emil Gafarov The Pecullarities of Erosion and Soil Processes in Lower Kura River and the Risk of Floods.
Vüqar Ələkbərov
Vüqar Ələkbərov (boksçu) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. Vüqar Ələkbərov (gizir) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, Vətən müharibəsi şəhidi.
Vüqar Əmiraslanov
Vüqar İskəndər oğlu Əmiraslanov-Qarabağ müharibəsi iştirakçısı,şəhid. Əslən Laçın rayonunun Mişni kəndindən olan Vüqar İskəndər oğlu Əmiraslanov 22 may 1968-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olmuşdur. 1969-cu ildən Yevlax rayonun Aran qəsəbisinədə yasayıb. 1975-ci ildə Yevlax rayonunun "28 aprel" qəsəbəsində (indiki Aran qəsəbəsi) yerləşən 1 nömrəli beynəlminəl orta məktəbinin 1-ci sinifinə daxil olmuş 1985-ci ildə məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. Vüqar 7 illik musiqi məktəbinin tar şöbəsini bitirmişdir. 1986-cı ildə hərbi xidmətə olmuşdur.Batumi şəhəri ətrafında sərhədyanı qoşun hissəsində xidmət etmişdir.Xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən valideynlərinə dəfələrlə "əla xidmətinə"görə təşəkkür məktubları göndərilmişdir. 1989-cu ildə Azərbaycan Sənaye Universitetinin tələbəsi olmuşdur. Azğın düşmənlərin torpaqlarımıza təcavüzü Vüqarın təhsilini yarımçıq qoymağa vadar edir.Ana torpağa sonsuz məhəbbət,vəhşi düşmənə tükənməz nifrət hissi ilə alışıb yanan Vüqar könüllü olaraq 1992-ci ilin mart ayının axırlarında Ağdamda "Qarabağ Şahinləri"adına olan N saylı hərbi hissəyə qoşuldu.O kəşfiyyatçı idi.Verilən tapşırıqları məharətlə yerinə yetirən Vüqarı döyüş yoldaşları çox sevirdilər. Növbəti döyüş tapşırıqları may ayının yeddisinə təyyin olunmuşdu.On iki nəfərdən ibarət olan dəstə Xramort (Pirlər) yaxınlığındakı dağa qalxıb Xanabad istiqamətində düşmənə zərbə endirməli idi. Mayin səkkizində gecə saat 03 radələrində əmri yerinə yetirərkən Vüqar düşmən minasından ağır yaralanır.
Vüqar Əmrahov
Vüqar Mübariz oğlu Əmrahov (17 avqust 1994; Xatınlı, Tovuz rayonu — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Əmrahov 1994-cü il avqustun 17-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2000–2011-ci illərdə F. Qasımov adına Xatınlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Vüqar Əmrahov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əmrahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 25-də Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.
Vüqar Əsgərov
Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Fədai" medalı laureatı. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Vüqar Əsədli
Vüqar Əsədli (azərb. Vüqar Əfqan oğlu Əsədli‎; 9 oktyabr 2001, Bakı) — Azərbaycan şahmatçısı, dördqat respublika çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, Avropa Kubokunun qalibi, qrosmeyster. == Həyatı == === Təhsili === Əsədli Vüqar Əfqan oğlu 2001-ci il oktyabr ayının 9-da Bakı şəhərində doğulub. H.Həmzəyev adına 238 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsidir. == Fəaliyyəti == 6 yaşından şahmatla məşğuldur. 11 yaşında kişilər arasında Bakı çempionu olmuşdur. Dəfələrlə müxtəlif yaş qruplarında Azərbaycan çempionu olub. 8 yaşında Avropa 2-cisi, 12 yaşında Avropa kubokunun qalibi olub. 2016-ci ildə Bakıda keçirilən 42-ci şahmat olimpiyadasında gənclərdən ibarət Azərbaycan komandasının birinci taxtasında oynamışdır.
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar ƏsgərovVüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Fədai" medalı laureatı.
Vüqar Abdulkərimov
Vüqar Abdulkərimov (24 oktyabr 1974, Bakı) — Azərbaycan alimi, tədqiqatçı. == Həyatı == Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.Evlidir. 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır. === Elmi fəaliyyəti === Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatından sonra sternotomiyadan sonrakı xəstələrdə miyofasiyal ağrısı üzrə 1226 xəstədə klinik tədqiqat aparmışdır. O herniated bel diskləri üçün ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lomber diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi və diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş işləmişdir. Plazma mübadiləsi, ekstrakorporal müalicə üsullarını tədqiq və tətbiq etmişdir. Beynəlxalq Ağrının Tədqiqi Assosiasiyasının və Türkiyə Ağrı Dərnəyinin üzvüdür.
Vüqar Abdullayev
Vüqar Abdullayev — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Vüqar Sədrəddin oğlu Abdullayev 1969-cu ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olub. 1976-1986-cı illərdə Hacıxanlı kənd orta məktəbində təhsil alıb. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında 2-illik həqiqi hərbi xidmət çəkib. Hərbi xidmətini başa vurduqdan sonra Laçın rayonuna qayıdır. 1990-cı il iyun ayında rayon Polis Şöbəsinə sıravi heyətə polis xidmətinə işə qəbul olunur. Vüqar hərbi xidmətini, müharibə şəraitində çətin və məsuliyyətli polis xidməti ilə əvəz edir. Laçın rayonunun Qorçu, Ərikli, Narınclar, Alxaslı, Qoşasu, Fərəcan, Suarası kəndləri uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşur. Komandirlərin ona verdiyi döyüş tapşırıqlrını məharətlə və vaxtında yerinə yetirir. Sonra Vüqarın döyüş yolu Murov dağının ətrafında Xanlar rayonunun kəndlərinin müdfiəsi uğrunda gedən mübarizələrdən keçir.
Vüqar Alkərəmov
Vüqar Oruc oğlu Alkərəmov — polkovnik-leytenant. == Həyatı == Vüqar Alkərəmov 26 fevral 1969-cu il tarixdə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. 1976-cı ildə Bahar qəsəbəsi orta məktəbinin 1-ci sinfinə gedib, 1986-cı ildə həmin məktəbi bitirib. 1987-ci ildə hərbi xidmətə çağırılıb Hərbi xidmətini İrkutsk şəhəri N saylı hərbi hissədə keçib. 1989-cu ilin may ayında tərxis olunub. 1989-cu ilin oktyabr ayında Azərbaycan İnşaat Mühəndisləri Universitetinin hazırlıq kursuna qəbul edilib. 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Sənaye və Mülki Tikinti” fakültəsinə qəbul olub, 1995-ci ildə həmin universiteti inşaat mühəndisi ixtisası ilə bitirib 1998-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olub, 2002-ci ildə həmin universiteti hüquqşünas ixtisası ilə bitirib. === Ailəsi === Ailəlidir, 2 (iki) övladı var. == Əmək fəaliyyəti == 1986-cı ildə Beyləqan rayon təmir-tikinti idarəsində işləməyə başlayır. 1989-cu ildə Hərbi xidmətdən sonra Beyləqan rayon təmir-tikinti idarəsində yenidən işə qəbul edilir.
Vüqar Aslanov
Vüqar Qəmbər oğlu Aslanov (1970-1995) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Vüqar Aslanov (1976) — azərbaycanlı yunan-roma güləşçisi.
Vüqar Ağayev
Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı (26.06.2006) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (25.06.2008) — "Hərbi xidmətlərə görə" medalı (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2011) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (20.04.2016) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2016) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi və xatirəsi == 2021-ci ildə Qubadlı rayonu Xanlıq kənd ümumi orta məktəbinə (müvəqqəti olaraq Bakı şəhəri, Ramana qəsəbəsində yerləşir) Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin adı verilmişdir.
Vüqar Babayev
Vüqar İlham oğlu Babayev (4 iyul 2001, Bakı, Azərbaycan — 2 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Babayev 2001-ci il iyulun 4-də Bakı şəhəri, Bakıxanov qəsəbasində anadan olub. Uşaq yaşında atasını itirmişdir. Dayısı Birinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüqar Babayev Fizuli döyüşlərində savaşıb. 2 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vüqar Bahadurzadə
Vüqar Məmməd oğlu Bahadurzadə (22 iyul 1993; Yevlax rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Bahadurzadə 1993-cü il iyulun 22-də Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuş olan Vüqar Bahadurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Bahadurzadə oktyabrın 15-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Bahadurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüqar Bayramlı
Vüqar Bayramlı (1 mart 1987, Zərkənd, Vardenis rayonu) — Azərbaycan yazıçısı. == Həyatı == Vüqar Bayramlı 1 mart 1987-ci il tarixində Ermənistanın Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1993-cü ildə birinci sinfə gedib. Məktəb vaxtlarından etibarən mütəmadi olaraq, aktiv şəkildə futbol və yüngül atletika idman növləri ilə məşğul olmağa başlayır. 2004-cü ildə məktəbi bitirir və həmin il də ADİU-nun "Beynəlxalq iqdisadi münasibətlər" fakültəsinin "İnzibati idarəetmə" ixtisasına qəbul olur. 2009-cu ildə hərbi xidmətini başa vurub. Uzun müddət nəqliyyat sahəsi və bank sektorunda fəaliyyət göstərib. Hal-hazırda dövlət qulluğunda çalışır. Bir neçə xarici dil bilir. Bakı şəhərində yaşayır, subaydır.
Vüqar Bayramov
Vüqar İbad oğlu Bayramov (13 iyun 1975, Aşağı Güzlək, Füzuli rayonu) — Azərbaycanlı iqtisadçı, Azərbaycan Milli Məclisinin deputatı (2020). == Həyatı == Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində, orta təhsilinin bir hissəsini Füzuli şəhər Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. 1992–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olan Vüqar Bayramov, 2002-ci ildə iqtisadiyyat elmləri namizədi dərəcəsi almışdır. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.Vüqar Bayramov ingilis, rus, türk və azərbaycan dillərini bilir. === Ailəsi === Ailəlidir. İki övladı var. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == Vüqar Bayramov Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri olub.
Vüqar Bağırov
Vüqar Bağırov (rus. Багиров, Вугар Алинияз оглы; 21 iyun 1968, Aşağı Surra) — Rusiya alimi; Biologiya elmləri doktoru (2005). Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (2010), Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi (1999–2002), Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutunun heyvanların reproduktiv kriobiologiya laboratoriyasının müdiri. SSRİ-Əfqanıstan müharibəsi iştirakçısı. == Həyatı == Bağırov Vüqar Əliniyaz oğlu 1968-ci il iyunun 21-də Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Bir il sonra Ümumrusiya Heyvandarlıq ETİ-nin (Moskva) aspiranturasına qəbul olunub. 1996-cı ildə "Heyvan toxumundakı xarici nuklein turşularının mayalanmaya və emiriogenezə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.1997–1999-cu illərdə biotexniki laboratoriyanın elmi və baş elmi işçisi vəzifələrində çalışıb, 1999–2002-ci illərdə isə Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi işləyib.
Vüqar Biləcəri
Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı. == Həyatı == Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi. == Vəfatı == 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra dünyasını dəyişib. Hökməli qəbiristanlığında dəfn edilib.
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Aşıq Vüqar Mahmudoğlu
Aşıq Vüqar Mahmudoğlu (1970–2018) — Azərbaycan aşığı. == Həyatı == Vüqar Mahmudoğlu (Niftəliyev) 1970-ci il noyabrın 3-də Şamaxının Şıxzərli kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.Şamaxı şəhər musiqi məktəbini (qarmon sinfini) və Azərbaycan Dövlət İncənət Universitetini bitirib. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınıb. Atasının vəfatından sonra (2002-ci il) Aşıq Mahmudun sazını yaşadıb. Şirvan aşıq mühitinin tanınmış simalarından Açıq Vüqar Mahmudoğlu Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və s. ölkələrdə konsertlər verib. Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərləndiriblər. Bir sıra Avropa ölkələrində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb. Vüqar Mahmud oğlu Niftəliyev 2018-ci il yanvarın 10-da dünyasını dəyişib.
Fəhlə Vüqarı (1975)
== Məzmun == Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Fəhlə vüqarı (film, 1975)
== Məzmun == Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Kədərimiz... Vüqarımız... (film, 1998)
== Məzmun == 1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında keçirilmiş terror aktı nəticəsində Azərbaycanın xalq artisti bəstəkar Rafiq Babayev həlak olmuşdur. Film musiqi sənətimizin görkəmli xadimi, Azərbaycanın xalq artisti, gözəl caz və estrada bəstəkarı, oranjımançı Rafiq Babayevin xatirəsinə həsr olunmuşdur. Film-düşüncə həyatdan vaxtsız, faciəvi şəkildə getmiş bir sənət adamının həyat yoluna, ürəkləri fəth edən gözəl musiqisinə nəzər salır. Yaxın dostları, musiqini dərindən bilən adamlar onun haqqında xatirələrini söyləyir. Rafiq Babayev yaradıcılığının çiçəkləndiyi dövrdə həyatı tərk etdi. Lakin nə qədər ki, bu gözəl musiqiçinin əsərləri səslənir o, bizimlədir. Bu mənada filmin proloqu və epiloqu rəmzi məna daşıyır. == Film haqqında == Filmdə Rafiq Babayevin musiqisindən və vokalizindən istifadə olunmuşdur. Filmdə "Gecə söhbəti", "1001-ci qastrol", "Rəşid Behbudov", "Bir axşam..." (titrlərdə yoxdur), "Şeytan göz qabağında" (titrlərdə yoxdur), "Gümüşü furqon" (titrlərdə yoxdur) filmlərindəki kadrlardan istifadə olunmuşdur. Filmdə Azərbaycan kino-foto arxivindəki materiallardan istifadə olunmuşdur.
Pambıqçının vüqarı (film, 1975)
== Məzmun == Film məşhur pambıq ustası, Jdanov (indiki Beyləqan) rayonundakı Lenin adına sovxozda çalışan Sərdar İmrəliyevə və onun briqadasına həsr olunmuşdur.
Vüqar Abbasov (sahibkar)
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. == Həyatı == Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. == Siyasi fəaliyyəti == Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.Vüqar Abbasov 18 yanvar 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hesabat-seçki yığıncağında federasiyanın sədri seçilmişdir.
Vüqar Əhmədov (sədr)
Əhmədov Vüqar Cəbrayıl oğlu (3 yanvar 1975, Mingəçevir) — "Azərişıq" ASC-nin sədri (7 yanvar 2020–indi), "Azərişıq" ASC-nin sədrinin müavini (2015–2020), İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru. == Həyatı == Vüqar Əhmədov 3 yanvar 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır. 2015–2018-ci illər Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. İxtisası iqtisadçı-energetikdir. Ailəlidir. 2 övladı var. == Əmək fəaliyyəti == Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Vüqar Əliyev (jurnalist)
Vüqar Əliyev (azərb. Əliyev Vüqar Əliheydər oğlu‎; 1980, Bakı) — Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri == Həyatı == Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib. İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb. 28 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə sədr təyin olunub.Ailəlidir, üç övladı var.
Vüqar Əliyev (sədr)
Vüqar Əliyev (azərb. Əliyev Vüqar Əliheydər oğlu‎; 1980, Bakı) — Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri == Həyatı == Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib. İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb. 28 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə sədr təyin olunub.Ailəlidir, üç övladı var.
Vüqar Ələkbərov (boksçu)
Vüqar Mürsəl oğlu Ələkbərov (5 yanvar 1981, Mingəçevir) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2000-2005-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. 2 dəfə Olimpiya Oyunları, 2 dəfə Dünya Çempionatı, 2 dəfə isə Avropa Çempionatında mübarizə aparan Vüqar Ələkbərov 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Vüqar Ələkbərov bu idman növü üzrə Olimpiya Oyunlarının medalına sahib olan birinci azərbaycanlı idmançıdır. Vüqar Ələkbərov Azərbaycan idmanında xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 2015-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi. == Həyatı == Vüqar Ələkbərov 1981-ci il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub. 1995-ci ildən idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Rəşid Məmmədovdur. Vüqar Ələkbərov 2000-ci ildə Mingəçevir Politexnik İnstitutundan, 2005-ci ildə isə Bakı Dövlət Universitetindən məzun oldu. == Karyerası == === 2000-ci il Sidney Olimpiadası === Vüqar Ələkbərov 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı.
Vüqar Ələkbərov (gizir)
Vüqar Telman oğlu Ələkbərov (16 noyabr 1994; Ucar rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001–2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010–2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb. == Hərbi xidməti == Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2014–2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət elədi. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər" hərbi rütbəsi aldı. Hərbi xidmətini başa vurduğdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam elədi. Həmin ilin fevral ayında isə xidmətini Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində davam elədi.
Vüqar Əsgərov (yazıçı)
Vüqar İsa oğlu Əsgərov (13 aprel 1974, Qovuşuq, Yeğeqnadzor rayonu) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Fədai" və "Vətən Naminə" medalı laureatı. == Həyatı == Vüqar Əsgərov 13 aprel 1974-cü ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Yeğeqnadzor rayonunun Qovuşuq kəndində doğulmuşdur. 1981-ci ildə Qovuşuq kənd orta məktəbinə getmiş, 7-ci sinfə qədər doğma kənddə təhsil almışdır. 1988-ci ildə ermənilərin təzyiqi nəticəsində ailəsi ilə birlikdə Naxçıvan MR-nin Şahbuz rayonuna köçmüşdür. 1991-ci ildə orta təhsilini Bakı şəhər 280 saylı orta məktəbdə bitirmişdir. 1992-ci ildə Vətənin çağırışına səs verərək Milli Ordu sıralarına daxil olmuşdur. Qarabağ müharibəsində fəal iştirak etmiş, ağır döyüşlərin iştirakçısı olmuşdur. Vüqar Əsgərov Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin menecmentlik fakültəsini əla qiymətlərlə bitirmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı redaksiyasında böyük redaktor vəzifəsində çalışır.
Vüqar Əsgərov (əsgər)
Vüqar Rza oğlu Əsgərov (26 noyabr 1994, Qarabağlar, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Şuşa rayonu)- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əsgərov Vüqar 1994-cü il noyabrın 26-da Şərur (indiki Kəngərli) rayonunun Qarabağlar kəndində anadan olub. 2001–2012-ci illərdə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub, lakin maddi çətinliklərə görə təhsilini davam etdirə bilməyib. 2014-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən universitetə qəbul olur, amma təhsildən imtina edir.4 övladlı ailənin 2-ci oğul övladı olan Əsgərov Vüqar qardaşını Rusiyada baş vermiş avtomobil qəzasında itirib. Atası ağır ürək və şəkər xəstəsi olan Vüqarın ən böyük arzusu onun sağlamlığına qovuşması olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əsgərov Vüqar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əsgərov 25 oktyabr 2020-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

иррига́ция капиталовложе́ние навя́зывание нагора́живание непредусмо́тренный ра́йски су́точный техпа́спорт жнивьё зарезви́ться клюворы́лый проканите́лить шустка Algernon expedition furnace hydrolyses John Barleycorn lamentation Old French systemic tricentenary пешеход повадно сталактитовый