VÜQARLI

sif. Öz heysiyyətini, mənliyini qoruyan; təmkinli, təşəxxüslü, ağır, başıuca, məğrur. Vüqarlı adam.
– Baş-başa çatılmış bu qoca dağlar; Vüqarlı qəlbimtək bu uca dağlar. S.Vurğun.
[Möhsün müəllim:] Necə ola bilər ki, o vüqarlı müəllim, 300 uşağın qayğıkeş mənəvi atası, bu ətrafın yanan çırağı birdən-birə sönsün? S.Rəhimov.

// Zərf mənasında. Özünü vüqarlı tutmaq.

Синонимы

  • VÜQARLI VÜQARLI Baş-başa qatılmış bu qoca dağlar; Vüqarlı qəlbim tək bu uca dağlar.. (S.Vurğun); QÜRURLU O, öz zindanını uçurtmuş bir məhbus, ölkəsini xilas e
  • VÜQARLI təmkinli — təşəxxüslü — ağır — başıuca — məğrur

Антонимы

  • VÜQARLI VÜQARLI – BAŞIAŞAĞI Baş-başa çatılmış bu qoca dağlar; Vüqarlı qəlbim tək bu uca dağlar (S.Vurğun); .
VÜQARLA
VÜQARLILIQ

Значение слова в других словарях

пра́зднично сторо́нушка твердото́пливный ча́ча восхваля́ться выска́льзывание ехи́дничать обречённо предме́тник рот в рот спуск теле́сный antitransformation archbishop bang-zone causative cutlass dogma governor-general hoise lumbersome paint on ruffianly untrilled тыквенные