VÜSAL (şair.) [Gülcamal:] Zöhrə xanım, məhəbbət elə bir oddur ki, hansı ürəyə düşdü orada vüsal həsrətindən başqa bütün duyğuları yaxıb yandırır (M.İbrahimov); VƏSL Könlüm evi xərabtər oldu fəraqdan; Vəslin bu mülkü etmədi abad, ağlaram (Natəvan); VÜSLƏT Əziz bəy: Bu ümidlə ki, sənin vüsalın mənə müyəssər olacaq. İndi ki vüslət zamanı yaxınlaşıb, arzuma çatmaq ümidilə xəyalımı xoş edib aram tutmuşam, istəyirlər ki, genə məni bədbəxt etsinlər (M.F.Axundzadə).