VÜS
VÜSƏT
OBASTAN VİKİ
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Tahirov Vüsal
Vüsal Mehdi oğlu Tahirov (1 may 1997, Danyeri, Naxçıvan Muxtar Respublikası – 16 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Tahirov 1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vüsal Tahirov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Tahirov noyabrın 16-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Tahirov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Vüsal Abbasov
Vüsal Telman oğlu Abbasov (12 avqust 1983; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Vüsal Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Abbasov 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Abdullayev
Vüsal Şakir oğlu Abdullayev (15 mart 1986, Sarısu, Jdanov rayonu – 22 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kim traktor işlədib. == Hərbi xidməti == Vüsal Abdullayev 2003-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Tərtər bölgəsində keçirib. Çox fəal əsgər olduğu üçün həmişə valideynlərinə təşəkkürnamə gəlib. Əsgərlik xidmətin 2004-cü ilin dekabr ayında başa vurub öz kəndlərinə qayıdan Vüsal yenə də təsərrüfat işlərinə başlayıb.
Vüsal Abdullazadə
Vüsal Abdullazadə (12 sentyabr 1992, Tircan, İsmayıllı rayonu) — Dağıstan, Ləzgi əsilli Azərbaycan karateçisi, üç qat dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı, yeddi qat Azərbaycan çempionu, Bakı Karate-do Akademiyasının prezidenti və şef-instruktoru, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi, 5-ci dan beynəlxalq qara kəmər ustası, gənc ictimai xadim. == Həyatı == Azərbaycanlı karateçi, dünya və Avropa çempionu, yüksək səviyyəli beynəlxalq yarışların qalibi Vüsal Abdullazadə 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub. 2011-ci ildə yüksək idman dərəcələrinə görə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə müsabiqədənkənar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2015-ci ilin iyun ayında Akademiyanı əla qiymətlərlə bitirib. 2015–2016 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarının cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir. 25 avqust 2016 tarixindən Bakı Karate-do Akademiyasının baş məşqçisi və prezidentidir. 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisinə Növbədən kənar Parlament seçkilərində Deputatlığa namizəd olub. 1 aprel 2021-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti təyin edilib. 01.10.2022-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti vəzifəsi postundan istefa verib. 1 yanvar 2021-ci il tarixində Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi seçilib.
Vüsal Allahverdiyev
Vüsal Allahverdiyev (əsgər, 2002) (25.07.2002) — əsgər, Vətən müharibəsi şəhidi. Vüsal Allahverdiyev (əsgər, 1988) (16.08.1988) — əsgər, Vətən müharibəsi şəhidi.
Vüsal Allahyarov
Vüsal Şakir oğlu Allahyarov (22 aprel 1988; Sumqayıt, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, yarımqrup komandiri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahyarov 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüsal Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Allahyarov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Alıyev
Vüsal İlham oğlu Alıyev (4 oktyabr 1996; Şəmkir rayonu, Azərbaycan — 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşlərinin şəhidi. == Həyatı == Vüsal Alıyev 1996-cu il oktyabrın 4-da Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vüsal Alıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan Aprel döyüşlərində savaşıb. Vüsal Alıyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Aprelin 9-da Şəmkir rayonunun Kür qəsəbəsində dəfn olunub. Vüsal Alıyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.
Vüsal Ağalarov
Vüsal Zahid oğlu Ağalarov (20 oktyabr 1991, Gəncə) — Azərbaycanlı Pauerlifter, Respublika dərəcəli İdman ustası, Azərbaycan Pauerliftinq Federasiyasının (APF) yığma komandasının üzvü. == Rəsmi Yarış nəticələri == |Squat (wraps): 320 KG |Bench press: 205 KG |Deadlift: 322.5 KG |Total: 847.5 KG RAW == Həyatı == Ağalarov Vüsal 1991-ci il oktyabrın 10-da Gəncə şəhərində anadan olmuşdur. 1998-ci ildə Gəncədə 34 saylı orta məktəbə getmiş və 2009-cu ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdikdən sonra 2011-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. == İdman Fəaliyyəti == Hələ erkən yaşlarında idmana yaranan həvəs sayəsində 6 yaşından 14 yaşına kimi boksla məşğul olub. 14 yaşından 16 yaşına qədər isə ağır atletika idman növündə də özünü sınayıb və bu idman ona daha da motivasiya verib. Aradan bir neçə il keçməsinə baxmayaraq 22 yaşından pauerliftinq idman növünə atılmağa qərar verir və getdikcə özündə olan potensial sayəsində yüksək nailiyyət əldə etmişdir. Dəfələrlə respublika yarışlarında özünü doğruldaraq növbəti hədəfində avropa və dünya yarışlarında uğur qazanmaq üçün daha çox çalışır. Avropa və dünya çempionatlarında da yüksək nailiyyət əldə edib.
Vüsal Babayev
Vüsal Sübbuh oğlu Babayev (8 yanvar 1992, Pirallahı – 21 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbini bitirib. Ailəli idi, iki övladı yadigar qaldı. Ailəsi şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb. == Hərbi xidməti == Vüsal babayev orta məktəbi bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib.
Vüsal Cəfərov
Vüsal Cəfərov (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1990) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1989) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi.
Vüsal Dəmirov
Vüsal Aydın oğlu Dəmirov (10 sentyabr 1993; İsmayıllı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu,BTR sürücüsü, MAHHXQ İkinci Qarabağ müharibəsi şəhidi. Tovuz döyüşləri, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüşdür. == Həyatı == Vüsal Dəmirov 1993-cü il sentyabrın 10-da İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2014 cu ildə hərbi xidmətə başlayıb. Aprel döyüşündə , Tovuz döyüşündə fəal iştirak etmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Güləliyev
Güləliyev Vüsal Azər oğlu (19 noyabr 2001; Siyəzən, - 29 oktyabr 2020; Xocavənd), — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güləliyev Vüsal Azər oğlu 19 noyabr 2001-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 1- ci sinifinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2020 -ci ilin yanvarın 6-da həqiqi hərbi xidmətə yollanmışdır. 29 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Döyüş yolu == Müharibənin ilk günlərində döyüşlərə qatılaraq Füzuli rayonunun işğaldan azad olunmasında böyük igidlik göstərib. Xocavənd uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləliyev Vüsal Azər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı təltif olunub.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Güləliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Hadıyev
Vüsal Hadıyev(azərb. Hadıyev Vüsal Balarəzi oğlu‎; 18 oktyabr 2000, Gəgiran, Lənkəran rayonu – 20 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Hadıyev Vüsal 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri Gəgiran kəndində anadan olmuşdur. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçürlər. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alır. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunmuşdur. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Vətən Müharibəsinin başladığı ilk günlərdən etibarən döyüşlərdə iştirak etmiş və 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüsal Həsənov
Vüsal Həsənov (əsgər, 1986)
Vüsal Kazımov
Vüsal Kazımov (baş leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi. Vüsal Kazımov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Vüsal Mahmudov
Vüsal Xəyyam oğlu Mahmudov (10 mart 2002; Ağalıq, Şabran rayonu, Azərbaycan — 2 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal Mahmudov 10 mart 2002-ci ildə Şabran rayonunun Ağalıq kəndində anadan olmuşdur. 2019-cu ildə orta məktəbdən məzun olmuşdur. Subay idi. == Hərbi xidməti == Vüsal Mahmudov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Mahmudov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Mahmudov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, "Cəngavər" döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şabran rayonunda dəfn olunmuşdur.
Vüsal Mehrəliyev
Vüsal Akif oğlu Mehrəliyev (15 yanvar 1978) — aktyor və rejissor.Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru(2022), Prezident mükafatçısı(2022) == Həyatı == Vüsal Mehrəliyev 15 yanvar 1978-ci ildə İsmayıllıda anadan olmuşdur. Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikomunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 27 oktyabr 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol almışdır. 2016-cı ildən Moskvada B. Şukin adına Teatr İnstitutunda aktyorluq sahəsində təhsilini davam etdirir. == Mükafatları == 2014-cü ili aprel ayının 14-də Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə Kalmıkiya Respublikası Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatr sahəsindəki rolları == 1. Mahmud - («Mahmud və Məryəm» Elçin) 2. Uruz - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) 3.
Vüsal Miriyev
Vüsal Miriyev — II dərəcəli kapitan, "Dağıstan" raket gəmisinin komandiri. == Həyatı == Vüsal Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. === Ailəsi === V. Miriyev evlidir, 3 övladı var. == Fəaliyyəti == 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002–2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005–2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev "Tatarıstan" keşikçi gəmisinin komandiri, qısa müddət sonra "Dağıstan" raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. 2015-ci il oktyabrın 7-də Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisi Xəzər dənizindən Suriyadakı hədəflərə raket atıb.
Vüsal İbişov
Vüsal Əli oğlu İbişov (19 iyun 1999; Ağsu rayonu, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal İbişov 1999-cu il iyunun 19-da Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2006-cı ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. == Hərbi xidməti == Vüsal İbişov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıdıb, 2020-ci il sentyabrın 21-də yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. İkinci Qarabağ müharibəsi başlayanda Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə kəşfiyyatçı kimi xidmət edən Vüsal İbişov oktyabrın 18-də yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal İsayev
Vüsal Firdovsi oğlu İsayev (5 aprel 1983; Yevlax, Azərbaycan SSR — 5 oktyabr 2020; Suqovuşan Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == , 1983-cü ildə Yevlax şəhərinin Xaldan kəndində anadan olub. Müxtəlif sahələrdə çalışsa da, Vətənə olan sevgisi 2014-cü ildə yenidən ordu sıralarında işləməyə sövq edib.Tibb xidməti kiçik çavuş sanitar təlimatçisi vezifəsində ön cəbhədə işləyib.İşində peşekar olub. Talışkənd, Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə yaralanan qəhrəman, öz yaralarına baxmayaraq, bir neçə döyüşcülərə yardım edib, neçə canlar xilas edib. Oktyabr ayının 5-də Vüsal düşmənin xain pusqusuna düserek qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun Vətənə əmanət iki övladı qalıb. "Vətən uğrunda", "Laçının azad olunmasına görə", ""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. . == Hərbi xidməti == Azərbaycan Ordusunun tibb xidməti kiçik çavuşu olan İsayev Vüsal Firdovsi oğlu 2014 cü il 25 iyun tarixinden sanitar təlimatçisi vezifəsində Aran qəsəbəsindəki N sayli hərbi hissədə xidmət etmişdir.2017 ci ilin dekabr ayinda təyinatla ön cəbhədə xidmət etmişdir. Vüsal İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsayev oktyabrın 5-də Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə xüsusi merdlik və şücaət görsederek qəhrəmancasina həlak olmuşdur.
Vüsal İsgəndərov
Vüsal Asdan oğlu İsgəndərov (10 sentyabr 1998; Nifçi, Bərdə, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal İsgəndərov 10 sentyabr 1998-ci ildə Bərdə rayonu Nifçi kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal İsgəndərov Gülüstan, Ağuçuq, istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Vüsal 2020-ci il sentyabrın 29-da Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhid olub. Bərdədə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal İsgəndərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal İsmayılov
Vüsal Nəbi oğlu İsmayılov (9 aprel 1980, Xalxal, Vartaşen rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal İsmayılov 1980-ci il aprelin 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1986–1997-ci illərdə Y. Şəfiyev adına Xalxal kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Vüsal İsmayılov 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsində xidmət edib və 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsmayılov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Vüsal İsmayılzadə
Vüsal İsmayılzadə (tam adı: Vüsal Əlibəndə oğlu İsmayılzadə; 2001, Bakı şəhəri, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonuDüdükçü kəndi, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal İsmayılzadə 2001-ci il oktyabr ayının 17-də Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb. Məzarı " Buzovna Şəhidlər Xiyabanı"nda yerləşir. == Hərbi xidməti == 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Xəzər rayonu Hərbi Komissarlığına çağırılır. === İkinci Qarabağ müharibəsində iştirakı === Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan, Xocavənd rayonlarının işğaldan azad olunmasında azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında komandiri və əsgər yoldaşları ağız dolusu danışırlar. Oktyabrın 21-də Xocavənd rayonu Düdükçü kəndi istiqamətində gedən döyüşlərə qatılırlar və əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Əsgər yoldaşları ilə birgə Vüsalda yaralanır. Yaralıları aparmağa maşın gələndə Vüsal əsgər yoldaşlarının maşına mindirilməsində köməklik göstərir.
Vüsal Şahmarlı
Vüsal Mərdan oğlu Şahmarlı (11 oktyabr 1996; Sarıxanlı, İmişli rayonu, Azərbaycan — 18 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Şahmarlı 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açmışdır. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə hərbi xidmətinə başlamışdır. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən Dördgünlük müharibədə iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Vüsal xüsusilə, biznes sahəsində çalışmışdır. 2020-ci ilin iyul-sentyabr aylarında Vüsal Şahmarlı da səfərbər olunmuş, 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Vüsal Allahverdiyev (şəhid)
Vüsal Tahir oğlu Allahverdiyev (16 avqust 1988, Qubadlı – 30 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004–cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır. 2012–ci ildə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində işinə başlamışdır. 2015-ci ilə qədər bu vəzifədə çalışan Allahverdiyev daha sonra əvvəlcə, 4 aya yaxın Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də mühasib köməkçisi işləmişdir. Sonra isə Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. Nəzərdə tutulan imtahandan yüksək balla keçən Allahverdiyev 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir.
Vüsal Allahverdiyev (əsgər, 1988)
Vüsal Tahir oğlu Allahverdiyev (16 avqust 1988, Qubadlı – 30 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004–cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır. 2012–ci ildə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində işinə başlamışdır. 2015-ci ilə qədər bu vəzifədə çalışan Allahverdiyev daha sonra əvvəlcə, 4 aya yaxın Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də mühasib köməkçisi işləmişdir. Sonra isə Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. Nəzərdə tutulan imtahandan yüksək balla keçən Allahverdiyev 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir.
Vüsal Allahverdiyev (əsgər, 2002)
Vüsal Novruz oğlu Allahverdiyev (25 iyul 2002, Qarayeri, Samux rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. O, Vətən Müharibəsinin ən gənc şəhididir. == Həyatı == Vüsal Novruz oğlu Allahverdiyev 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya göz açmışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra Vüsal Allahverdiyev 2020-ci ilin iyul ayının sonlarında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.18 yaşında (18 il 4 ay) şəhid olan əsgər Allahverdiyev Vətən Müharibəsinin ən gənc şəhidi oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Vüsal Cəfərov (əsgər, 1989)
Vüsal Sərhədxan oğlu Cəfərov (6 mart 1989; Göytəpə, Cəlilabad, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Cəfərov 6 mart 1989-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2006-cı ildə Göytəpə şəhər 1 saylı məktəbin 11-ci sinfini bitirib. O, 2007-ci ilin aprel ayında həqiqi hərbi xidmətə gedib, Naxçıvan Muxtar respublikasının Ordubad rayonunda əsgəri borcunu yerinə yetirib. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra evə qayıdıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal Cəfərov Füzuli, Hadrut, Cəbrayıl və Qubadlının azad edilməsində bir kəşfiyyatçı kimi yüksək peşəkarlıq göstərib. Cəfərov Vüsal oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Cəlilabadda dəfn edilib.Vüsal Cəfərov göstərdiyi xidmətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Vüsal Cəfərov (əsgər, 1990)
Vüsal Saxləddin oğlu Cəfərov (1 mart 1990, Qabaqtəpə, Daşkəsən, Azərbaycan — 1 oktyabr 2020, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Cəfərov 1 mart 1990-cı ildə Daşkəsən Rayon Qabaqtəpə kəndində dünyaya gəlib. 2008-2010-cu illərdə hərbi xidmətdə olan Vüsal Cəfərov daha sonra müddətdən artıq xidmət edən əsgər kimi Orduda xidmətə davam etmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal Cəfərov Kəlbəcər döyüşlərində savaşıb. Vüsal Cəfərov 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə şəhid olub. 18 dekabr 2020-ci ildə Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vüsal Cəfərov (əsgər, 1996)
Vüsal Cəfərov (tam adı: Vüsal Şəfi oğlu Cəfərov; 16 yanvar 1996; Xələc, Salyan rayonu — 11 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Cəfərov 1996-cı il yanvarın 16-da Salyan rayonunun Xələc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Daxili Qoşunlarının əsgəri olan Vüsal Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Vüsal Cəfərov noyabrın 5-də şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Hacı Qədir
Vüsal Hacı Qədir (Vüsal Qədir oğlu Əzizov) — Aktyor, Rejissor == Həyatı == Vüsal Əzizov 15 aprel 1978 ci ildə Qax şəhərində anadan olub. 1984–1995 ci illlərdə Qax şəhəri "3 saylı orta məktəbdə təhsil aıb. 1999 cu ildə "Şən və Hazırcavablar " klubunun Qax rayonu üzrə komanda rəhbəri olaraq fəaliyyətə başlayıb. Bununla yanaşı "Бакинский Экспромт" , "Нефтчи Баку " , "Черное Золото " klublarındada yaradıcılıqını genişləndirib. 2009–2010 cu illərdə "Beynəlxaq KVN" festivalında müfəvvəqiyyətlə iştirak edib. 2010 cu il də MDB ölkələri kuboku uğrunda "Черное Золото" komandasının tərkibində mübarizə aparıb.2010–2013-cü illərdə Moskva Televizya və Radyo inustutunda(МИТРО) kino rejissorluğu ixtisası üzrə təhsil alıb.2016 ci ildə çəkdiy"1361" adlı qısametraj film Moskva şəhərində "KONİK FİLM " festivalında iştirak edib və münsiflər heyəti tərəfindən böyük rəğbət qazanıb. 2013 ci ildən Televizya və Kino sahəsində fəaliyyətini davam etdirir. Ailəlidir. İki övladı var. == Filmoqrafiya (rejissor kimi) == Balıq (qısametrajlı bədii film) 2010 1361 (qısametrajlı bədii film)2016 Üçbucaq (bədii film) 2017 Barama (teleserial) 2017 Hozu Zona (Bədii Film) 2019 Sevgi Romani (Bədii film) 2020 Ofis İşi (Teleserial) 2020 Beş Betər (Bədii Filim) 2021 == Filmoqrafiya (aktyor) == "Тяжеловесы ''(художественный фильм 2017)- роль: Медоев "О подоконниках(художественный фильм 2016)- роль: Директор офиса Səhra almazı (bədii film 2014) — rol: Maqa Həyat sən nə qəribəsən (teleserial, 2016) — rol: Teymur İki tüstü (bədii film 2016)- rol: Muxtar Bir zamanlar Şəkidə" (ing.
Vüsal Hüseynov (dövlət xadimi)
Vüsal Əfqan oğlu Hüseynov (12 yanvar 1980, Bakı) — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi. II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. Azərbaycan Milli Məclisinin V çağırış deputatı. == Həyatı və təhsili == Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil almışdır. Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil oldu və 2001-ci ilin iyununda bakalavr dərəcəsi aldı. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak etdi. 2002–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil oldu və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi aldı. 2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın Edinburq və London şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik John Smith programında iştirak etdi.
Vüsal Hüseynov (əsgər)
Vüsal Hüseyn oğlu Hüseynov (1 yanvar 1999, Novoivanovka, Gədəbəy rayonu – 19 noyabr 2020, Xocavənd rayonu) – Azərbaycanlı şəhid (2020). == Həyatı == Hüseynov Vüsal Huseyn oğlu 1 Yanvar 1999-cu ildə Gədəbəy rayonunun Novo-İvanovka kəndində doğulub. 2005-ci ildə Novo-İvanovka kəndində orta məktəbə gedir. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2018-ci ildə hərbi xidməti bitirir. 3 ay müddətdən artıq hərbi xidmətdə olur və 11.19.2020-ci ildə şəhid olur. == Hərbi xidməti == 2017-ci ildə Gədəbəy rayon komissarlığındsn hərbi xidmətə yollanır. 2018-ci ildə hərbi xidməti bitirir və sənədləri toplayaraq 01.09.2020-ci ildə MAHHXHQ əsgər kimi hərbi xidmətə yollanır. === İkinci Qarabag döyüşlərində === Ikinci Qarabağ döyüşlərində - Azərbaycan Vətən Müharibəsində, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, qazi olmuş və sonda muqəddəs şəhid adinı qazanmişdır.
Vüsal Hüseynov (əsgər, 1991)
Vüsal Nadir oğlu Hüseynov (30 yanvar 1991; Qəhrəmanlı, Beyləqan rayonu, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Hüseynov 30 yanvar 1991-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. 1997-2008-ci illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Vüsal Hüseynov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Hüseynov 20 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn olunmuşdur.

Значение слова в других словарях

гермети́чно зложела́тельство некре́пко овча́рник перега́дить пло́тничать вереща́нье выста́иваться заба́гриваться иммигра́нт кагэбэ́ кильва́тер мелкокрестья́нский монетари́стский опри́чнина своеобы́чный сребри́ть пелева New Jerusalem pillowy preoccupy untimeous Yunnan невольничество незначительность