VÜSAL
VÜSQA
OBASTAN VİKİ
Vüsət Əfəndiyev
Vüsət Əmir oğlu Əfəndiyev (3 iyun 1953, Tovuz rayonu – 11 yanvar 2019, Bakı) — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor. Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı (1994 və 2000), Akad. H.Ə.Əliyev adına müsabiqənin laureatı (1998), Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" fəxri adı (2005), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı (2009). Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Tovuz rayonunun Keşişkənd kəndində anadan olub. == Həyatı == Vüsət Əmir oğlu Əfəndiyev 1953-cü ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. 1970-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. 1973-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V.Ə.Əfəndiyev 1977-ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir.V.Ə.Əfəndiyev 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllifi olduğu "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: "Nicat" nəşriyatı 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür.
Vüsət Əliyev
Vüsət Həsən oğlu Əliyev (28 may 1971; Nərimanlı, Basarkeçər, Göyçə mahalı — 27 iyul 1993; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsət Əliyev Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndində anadan olmuşdur. Erməni işğalçıları tərəfindən dədə-baba torpaqlarından didərgin düşən Vüsət Əliyev daha sonra Gəncə şəhərində yerləşir. == Hərbi xidməti == Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə bölgəsinə yollanır. 1991-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunun geri alınması uğrunda gedən əks hücum zamanı ağır döyüşlərdə iştirak edir, başından qəlpə yarası alır. Yaralı olduğu halda döyüş yoldaşlarını mühasirədən çıxarmışdır. Bakı şəhərindəki hərbi hosbitala gətirilən Vüsət Əliyev 26 iyul 1993-cü il tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Значение слова в других словарях

безызве́стный вро́де того́ что вчера́шнее кли́кнуть орогра́фия ремонти́ровать та́йна фот чуф-чу́ф электроснабже́ние дви́жимость огра́бить танцза́л чемпио́нский эбони́товый ренегат anamorphosis Black Hills candle-lighter coppernob greener rumble vice-king проказник серчать