VƏDƏXİLAF

sif.zərf [ ər. ] Vədəsinə əməl etməyən, söz verib vaxtında yerinə yetirməyən, boynuna götürdüyü işi vaxtında görməyən.
□ Vədəxilaf çıxmaq – verdiyi vədəni yerinə yetirməmək.
Hər şeydən artıq onu [Nadiri] düşündürən qonaqlıq gecəsi Məstan bəygilə getməməsi deyil, Zeynəbi aldatmağı və onun qarşısında vədəxilaf çıxmağı idi. B.Talıblı.
[Südabə:] Siz Firidun, vədəxilaf çıxdınız, zəng etmədiniz. M.İbrahimov.
Azərbaycanlı balası vədəxilaf çıxmaz. Ə.Əbülhəsən.

VƏDƏ
VƏDƏXİLAFLIQ

Digər lüğətlərdə

в пла́не джо́ггинг индиви́дуум костля́вая неоле́нинский попры́гивать руча́тельство сели́ться то́ристый хлеборе́з астрокли́мат пересла́ивание приме́рно пришиби́ть радиопереда́ча тушёнка фундаментали́зм экспони́ровать пелей guardsman man-eater vox, et praeterea nihil вражий малоплодородный развлекательность