VƏLİBALA
VƏLİCAN
OBASTAN VİKİ
Vəlibəy (Bicar)
Vəlibəy (fars. ولي بيگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Abbas Vəlibəyov
Abbas Soltan oğlu Vəlibəyov (1947, Şuşa şəhəri — 9 aprel 2018) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1947-ci ildə Şuşa şəhərində anadan olmuşdur. == Təhsili == 1965–1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. == Karyerası == 1971–1974-cü illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı. == Fəxri adları və dərəcələri == 1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi. Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
Bahadır Vəlibəyov
Bahadır Qasım bəy oğlu Vəlibəyov (12 yanvar 1894, Çəmənli, Şuşa qəzası – 12 fevral 1940, Moskva) — Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR baş prokuroru, Stalin repressiyalarının qurbanı. == Həyatı == Bahadır Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Bahadır bəy özünün bəy nəslindən olmasına baxmayaraq kəndlilərə və aşağı təbəqədən olan insanlara xüsusi rəğbət bəsləmişdir. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuş və burada da inqilabi fəaliyyətə başlamışdır. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan sosial-demokrat partiyasının 3-cü dumasının tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu. 1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov. İKP) sıralarında olmuş, Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləmişdir. Bahadır bəy Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşmuş, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə, və Qarabağda partiya işi aparmışdır. 1920–37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı, Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur. 21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur.
Cabbar bəy Vəlibəyov
Cabbar bəy Vəlibəyov (Baharlı) — Azərbaycanda, Ağdamın Birinci Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş pedaqoq. Qarabağın tanınmış bəyi, ziyalı. Əlişəkər bəy Baharlının nəslindəndir. == Həyatı == Baharlı tayfasının görkəmli nümayəndəsi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Atası Ismayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, anası Xanım Qasım qızı, həyat yoldaşı Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyovadır. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına görə Cabbar bəy Vəlibəyovun (Baharli) XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Cabbar bəyin ulu babalarıdırlar.Orxan Zakiroğlu (Baharlı) yazır ki, Əlişəkər bəy Baharlının və onun kötücəsi xanlar xanı Bayram xan Baharlının nəslindən olan Cabbar bəyin ulu babaları Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanı Pənahəli xanın, onun oğlu Mirzə Vəli bəy Baharlı (1715–1795) isə Pənahəli xanın və İbrahimxəlil xanın zamanlarında xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər. Mirzə Vəli bəy Baharlı Qarabağ xanı İbrahimxəlil xanın vəziri olmuş, xanlığın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində aparıcı rol oynamışdır. Rəvayətə görə Molla Pənah Vaqifin saraya dəvət edilməsi Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Vəli bəy Baharlının təklifi ilə olmuşdur. Mirzə Vəli bəy Baharlı şair kimi də tanınmışdır.
Cəfər Vəlibəyov
Cəfər Mehdi oğlu Vəlibəyov (1907, Əkərək, Eçmiədzin qəzası – 1981, Bakı) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Əməkdar jurnalisti (1971). == Həyatı == Cəfər Vəlibəyov 1907-ci ildə Talin rayonunun Əkərək kəndində doğulub. Təqribən 20 ilə yaxın qəzetin (əvvəlcə "Qızıl şəfəq"in, sonra isə "Sovet Ermənistanı"nın) redaktoru olmuşdur. O, 22 yaşında İrəvan Türk Dram Teatrının direktoru, 25 yaşında Basarkeçər rayon Komsomol Komitəsinin katibi, sonra Amasiya rayonunda çıxan "Maldarlıq cəbhəsində" qəzetinin redaktoru, daha sonra Amasiya rayon Partiya Komitəsinin katibi vəzifələrində işləmişdi. 1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov "Sovet Ermənistanı" qəzetinin redaktoru, 1947–1949-cu illərdə isə Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. 1949-cu ildə Cəfər Vəlibəyov yenidən "Sovet Ermənistanı"nın redaktoru təyin edilmiş, 1961-ci ilədək redaksiya kollektivinə rəhbərlik etmişdi.1981-ci ildə Bakıda vəfat edib.
Gəray Vəlibəyov
Gəray Vəlibəyov — müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. == Həyatı == Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M. V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib. 1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M. V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Hümay bəy Vəlibəyov
Vəlibəyov Hümay bəy Gəray bəy oğlu - 1905-ci ildə ermənilərə qarşı vuruşmuş xalq qəhrəmanı. == Həyatı == Hümay bəy Vəlibəyov 1862-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Rusca təhsil görmüşdü. Humay bəy Cavanşir qəzasında tərcüməçi işləmişdi. Onun haqqında Mir Möhsün Nəvvab yazır: "Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi.
Həsənəli bəy Vəlibəyov
Həsənəli bəy Vəli bəy oğlu Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. == Həyatı == Həsənəli bəy Vəli bəy oğlu 1836-cı ildə Qarabağın Çiləbörd mahalınin Xocalı kəndində (hazırkı Xankəndi ərazisində) anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində qəza məktəbində oxumuşdur. Rus və şərq dillərini bilirdi. Xankəndidəki qəsa idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdır. XIX əsrin sonlarında vəfat edib. Qəbri Şuşanın Mirzə Həsən qəbiristanlığındadır. == Ailəsi == Həsənəli bəy Bilqeyis xanım Əhməd bəy qızı Haqverdiyeva ilə ailə qurmuşdu.
Mahmud bəy Vəlibəyov
Mahmud bəy Həsənəli bəy oğlu Vəlibəyov – Sankt-Peterburq Universitetinin məzunu, notarius. == Həyatı == Mahmud bəy Həsənəli bəy oğlu 1884-cü ildə Cavanşir qəzasının Xocalı kəndində anadan olmuşdu. Şuşa şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1908-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakultəsinə daxil olmuşdu. 1914-cü ildə buranı tamamladiqdan sonra, Azərbaycana qayıtmış və Bakı şəhərində notarius vəzifəsində iş fəaliyyəyinə başlamışdı. Azərbaycanın ilk notariusudur. Mahmud bəy 1946-cı ildə vəfat edib. == Ailəsi == Mahmud bəy Məhbubə xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Həsənəli bəy, Hüseyn bəy, Vəli bəy, Rüstəm bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Vəlibəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2011, №2, səh.3-19.
Nigar xanım Vəlibəyova
Nigar Səfərəli qızı Vəlibəyova — görkəmli maarif xadimi, müəllim. == Həyatı == Nigar Səfərəli bəy qızı Vəlibəyova Bakı şəhərində anadan olub. 1902-ci ildə atası Səfərəli bəy Vəlibəyov vəfat etdiyi üçün yaxın qohumu (bibisi oğlu) Süleyman Sani Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılmışdır. == Təhsil == Müqəddəs Nina adına Bakı Qadın Gimnaziyasını qızıl medalla bitirdiyi üçün, onu 1910-cu ildə Bakıda açılmış üçüncü rus-tatar qızlar məktəbinə müəllim təyin ediblər. Nigar Səfərəli bəy qızı Vəlibəyovanın 1912-ci ilin iyul ayında verilmiş və Milli Azərbaycan Tarixi Muzeyin Sənədli mənbələr fondunda mühafizə edilən şəhadətnamə və attestatında Bakı Müqəddəs Nina Qadın gimnaziyasının 7-ci sinifini əla qiymətlə bitirməsi qeyd edilir. 5 iyun 1912-ci ildə verilmiş 344 №-li şəhadətnamədə isə “Bakı Müqəddəs Nina Qadın Məktəbinin ümumi kursunu bitirən Nigar Səfərəli qızı Vəlibəyovanın əlavə ixtisas olaraq riyaziyyatı öyrənmək üçün VIII əlavə sinfinə daxil olub fərqlənmə” ilə bitirməsi haqqında məlumat verilmişdir. Burada verilmiş qiymət cədvəlində bütün qiymətlərin əla olduğu aydın şəkildə görünür. Sənədi məktəbin müdiriyyəti və Pedaqoji Şuranın üzvləri imzalamışdı. 2-ci vərəqin arxasına vurulan ştampda yazılırdı: “Şəhadətnamə 1912-ci il avqustun 2-də ev mürəbbiyəsi kursunu bitirən N.Vəlibəyovaya verilmişdir”. 24 iyun 1912-ci ildə Bakı Müqəddəs Nina Qadın Məktəbini bitirən islam dininə mənsub olan Rusiya İmperiyasının təbəəsi, məmur qızı olan Nigar xanım Vəlibəyova Bakı şəhəri Müqəddəs Nina qadın təhsili müəssisəsinin elmlər kursunu bitirmişdir.
Rza Vəlibəyov
Rza Xəlil oğlu Vəlibəyov (1903, Əkərək, Eçmiədzin qəzası – 1974, İrəvan) — Azərbaycan-sovet dövlət-partiya xadimi. Ermənistan SSR xalq ədliyyə komissarı, Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Ermənistan SSR maarif nazirinin müavini kimi vəzifələrdə işləmiş, "Sovet Ermənistanı" qəzetinin redaktoru olmuşdur. == Həyatı == Rza Xəlil oğlu Vəlibəyov 1903-cü ildə İrəvan quberniyasının Eçmiədzin qəzasının Əkərək kəndində anadan olmuşdur. Bu kəndin sakinləri 1918-ci ildə ermənilərlə vuruşmuş, dağlarda yaşamağa məcbur olmuş, ancaq öz doğma yerlərini tərk etməmişlər.1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra R. Vəlibəyov qısamüddətli siyasi kurslarda təhsil almışdır. 1922-ci ildə Ermənistan LKGİ-dədə, sonra isə Ermənistan KP İrəvan Şəhər Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Çox erkən yaşlarında ona məsul vəzifələr etibar edilmişdir. 1922-ci ilin sonlarında, artıq 19 yaşında о, Vedi Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir. 1924-cü ildə о, Zaqafqaziya Kommunist Universitetində təhsil almağa göndərilmiş və 1928-ci ildə həmin Universiteti bitirmişdir.Zaman ötdükcə R. Vəlibəyova daha mühüm vəzifələr tapşırılmışıdr. О, Ermənistan KP Basarkeçər Rayon Komitəsinin birinci katibi, Ermənistan KP Mərkəzi Komitəsinin orqanı olan "Qızıl şəfəq" qəzetinin redaktoru işləmişdir. 1930-cu illərdə Ermənistan Proletar Yazıçıları Cəmiyyətinin Türk (azərbaycanlı) bölməsinə sədrlik etmişdir.
Səfərəli bəy Vəlibəyov
Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (1861, Şuşa – 31 avqust 1902, Şuşa) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarif xadimi, pedaqoq, publisist. Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş,[mənbə göstərin] ömrünün 16 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov kimi şəxsiyyətlər ibtidai təhsillərini Vəlibəyovdan almışdır. == Həyatı == Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdurş. Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1875–1879-cu illərdə Şuşa şəhər rus məktəbində təhsil almışdır.1879-cu ildə Aleksey Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir. Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında təhsil alır. == Fəaliyyəti == Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar.
Vəlibəyli
Vəlibəyli (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Vəlibəyli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Vəlibəyli (Germi)
Vəlibəyli (fars. ولي بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 218 nəfər yaşayır (43 ailə).
Vəlibəyli (Laçın)
Vəlibəyli — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı "Vəlibəyin nəslindən olanlar, valibəylilər" mənasındadır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Vəlibəyli kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Vəlibəyli Laçın rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Vəlibəyli kəndi Şəlvəçay (Həkəri çayının qolu) sahilində, Çalbayır silsiləsinin ətəyindədir.
Vəlibəyovlar
Vəlibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Sоyun ulu babası Hacı Vəli bəy Kəbirlidir. Hacı Vəli bəy XVIII əsrin sоnunda, XIX əsrin başlanğıcında yaşamış, İbrahimxəlil xana xidmət etmişdir. Adı ilə adlanan Hacıvəlilər оbasını idarə edirdi. Hacı Vəli bəyin törəmələri Vəlibəyоv sоyadını daşıyırlar. Hacı Vəli bəy Səlbi xanımla ailə qurmuşdu. Haqverdi bəy, Şıxhəsən bəy, Məmmədbağır bəy, Qasım bəy adlı оğulları vardı. == Soyun məşhur nümayəndələri == Hacı Vəli bəy Kəbirli — Hacıvəlilər kəndinin bəyi. Qarabağ xanı İbrahimxəlil xanın yaxınlarından biri. Səfərəli bəy Vəlibəyov — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarif xadimi, pedaqoq.
Vəlibəytəpə yaşayış yeri
Vəlibəytəpə — Abidə Ağdam rayonunun Baharlı köçgün qəsəbəsindən 100 m şimalda yerləşir. Bu cənub tərəfdən qobu ilə əhatə olununmuş, diametri 140 m, hündürlüyü 4 m olan təpədir. Toplanılmış saxsı kolleksiyası neolit, Kür-Araz mədəniyyəti, antik və orta əsrlər dövrlərini əks etdirir.
Yunis Vəlibəyov
Yunis bəy İldırım bəy oğlu Vəlibəyov (d. 1923, Ağdam- ö. 2000, Sumqayıt) — İkinci Dünya müharibəsinin veteranı. == Həyatı == Yunis İldırım bəy oğlu Vəlibəyov 23 avqust 1923-cu ildə Ağdam şəhərində anadan olub. Orta təhsilini 1930-1941-ci illərdə Ağdam 6 saylı orta məktəbdə alıb. 1941-ci ildə Ağdam Pedaqoji Texnikomunda katib vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1943-cü ildə həmin texnikomda işləyərkən Sovet Ordusunda hərbi xidmətə çağırılıb və Şimali Qafqaz uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş xidmətlərinə görə ,,Vətən müharibəsi,, ordeni, ,,Almaniya üzərində qələbə,, medalı ilə və yubiley medalları ilə təltif edilmişdir. 1945-ci ildə Qələbədən sonra ordudan tərxis olunmuşdur. 1946-cı ildə SSRİ Dövlət Bankının Ağdam şöbəsində əməliyatçı vəzifəsinə qəbul edilmişdir. 1947-ci ildə ali təhsil almaq üçün Bakı şəhərinə gəlmiş və Xalq Təsərrüfatı İnsitutu]]nun Ticarət-İqtisadiyat fakultəsinə daxil olmuşdur.
İsmayıl Vəlibəyli
İsmayıl Ömər oğlu Vəliyev (18 mart 1951, Böyük Ayrım, Barana rayonu – 9 dekabr 2017, Bakı) — Yazıçı-publisist, filologiya elmləri doktoru, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin baş elmi işçisi, qəzetçi-yazar. == Həyatı == İsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSRnin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olmuş, 1965-ci ildə 8 illik məktəbi, 1968-ci ildə isə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Şınıq sovxozunda və Ağtala Tikinti Məmulatları Kombinatında fəhlə işləmişdir. Bakıda 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib "Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışmışdır. 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil almışdır. Tələbəlik illərində Kiyevdə, Lvovda və Moskvada keçirilmiş Ümumittifaq Tələbə-Elmi konfransların-da çıxış edərək diplomlara layiq görülmüşdür. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və sonra kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləmişdir. 1976-cı ildə Moskva Poliqrafiya İnstitutunda baş redaktor və redaksiya müdirlərinin ixtisasartırma kursunda oxumuş və oranı "əlaçı" diplomu ilə bitirmişdir. 1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini (1987–1989) vəzifələrində işləmişdir. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında baş redaktorun birinci müavini (1989–1991), baş redaktor (1991–1992), Azərbaycan-Türkiyə birgə müəssisəsi "Göytürk" Nəşriyyat, Poliqrafiya və Ticarət Şirkətinin Baş direktoru (1991–1992) olmuşdur. 1993-cü ildən 2004-cü ilin aprelinədək "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktoru olmuşdur.
вы́пороть звукоподража́тельный отопля́ться флотово́дец чудотво́рствовать в по́те лица зво́нчатость имерети́нка пугану́ть телесигнализа́ция тре́нерский электрометаллурги́ческий матка aburst Agamemnon allomorphism dandy-fever encircle inosculate kaka open-door orthoepic prestigious telson расстегнуться