VƏLİKRAM
VƏLİMƏMMƏD
OBASTAN VİKİ
Vəliqulu bəy Şamlı
Vəliqulu bəy Hacı Davudqulu bəy oğlu Şamlı (1626-?)—Şamlı elindən olan Azərbaycan tarixçisi. == Həyatı == Azərbaycan Şamlı elindən olan Vəliqulu bəy Hacı Davudqulu bəy oğlu 1626-cı ildə anadan olmuşdur. O, "Qisasül-xaqani" ("Şahların hekayətləri") əsərini 1662-1666-cı illərdə yazmışdır. 3 hissədən ibarət olan bu əsərdə Səfəvilər sülaləsinin mənşəyindən Şah II Abbasadək olan tarixi dövrün təsviri verilmişdir. Adı çəkilən hökmdarın dönəmi haqqında geniş məlumatdan başqa, dövrün elm adamları, hikmət sahibləri ilə bağlı məlumat, habelə bir çox siyasi sənəd və yazışmalar da bu kitabda yer almışdır. Kitab üç fəsildən ibarətdir. Birinci fəsil Səfəvilərin əcdadları, Sultan Firuzşah Zərrinkolahdan I Şah İsmayılın taxta oturmasınadək, ikinci fəsil I Şah İsmayıl, I Şah Təhmasib, II Şah İsmayıl, Şah Məhəmməd Xudabəndə, I Şah Abbas və Şah Səfi haqqında, üçüncü fəsil isə II Şah Abbasın hakimiyyət illərinədək (1086-cı hicri-qəməri –1675-ci miladi) olan hadisələrdən ibarətdir. Kitabın sonunda üç təzkirə yazılmışdır. O, kitabını Şah Süleyman Səfəvi haqda yazmaq fikrində olduğunu bildirən bir sonluqla başa vurmuşdur. Müəllifin yazılarına nəzər saldıqda onun ziyalı olduğunun, öz elm və biliyini yazılara yansımasının şahidi oluruq.
Vəliqulu xan Kəngərli
Vəliqulu xan Kəngərli (Naxçıvan – 1779, Naxçıvan) — Naxçıvan xanı. == Həyatı == 1778-ci ildə İran hökmdarı Kərim xan Zəndin (1760–1779) köməyi ilə hakimiyyəti ələ keçirən Əliqulu хanı devirib özünü хan elan etmişdi.
Vəliqulubəyli
Vəliqulubəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
дублёрствовать заступа́ться козоно́к не разбери́-пойми́ обма́нщик опле́чье поня́нчиться бундесма́рка летопи́сец мудрова́ние мылова́ренный пессимисти́чный свя́точный черни́ца яйла́ columniation daytal hectogramme interpleader radioimmunoassay анчоус дивиться корсетный перегреваться эллин