Elməddin Vəlişov
Elməddin Fuad oğlu Vəlişov (21 mart 1996; Üçtəpə, Cəlilabad rayonu, Azərbaycan — 11 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi., ruhani, şeyx.
== Həyatı ==
Elməddin Vəlişov 21 mart 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. Orta təhsil alıb hərbi xidmətdən qayıtdıqdan sonra ilahiyyatçı olaraq çalışmış, ruhani alim və dini şeyx olmuşdur.
== Hərbi xidməti ==
Elməddin Vəlişov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini snayper vəzifəsində yerinə yetirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü snayper olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Vəlişov 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.