vəllənmək
vəngildəmə
OBASTAN VİKİ
Vəlvələ
Vəlvələ (alət) — pərsəngli əyircək. Vəlvələ (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Vəlvələçay — Quba və Xaçmaz rayonlarında çay. Xəzər dənizinə tökülür.
Vəlvələ (Quba)
Vəlvələ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Vəlvələ oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Vəlvələ çayının sağ sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1942-ci ildən sonra yaranmışdır. İlk məskunları Zərqova,Əsparəsti,Kələnov,Xaspolad, İsnov və b. kəndlərdən çıxmış ailələr olmuşdur. Kəndin adı yaxınlığındakı Vəlvələçayın adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1482 nəfər əhali yaşayır.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. == Quruluşu və istifadəsi == Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Vəlvələ bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vəlvələçay
Vəlvələçay - Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür. == Ümumi məlumat == Uzunluğu 98 km, hövzəsinin sahəsi 629 km²-dir. Böyük Qafqazın şimal-şərq hissəsindən axan Cimi və Babaçay çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyini Babadağın şimal yamacından (2940 m) alır. İllik axımının 26%-ni yağış, 40%-ni yeraltı və 34%-ni qar suları təşkil edir. Orta illik su sərfi 3,52 kub m/san-dir. Axımın 40%-i yazda, 30%-i yayda, 20%-i payızda, 10%-i isə qışda keçir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir. Suyunun bir hissəsi Samur-Abşeron kanalına axıdılır. Üstündə SES və su qovşağı tikilmişdir, suvarma işlərində istifadə edilir.

Значение слова в других словарях

груз-200 изма́зывать обра́доваться отва́диться передва́иваться по-шко́льному подче́рчивать продыша́ть угота́вливаться иглотерапевти́ческий перещу́пывание приса́харивать разбо́лтанный тут черепе́нник biomagnification church-text drift-pin half-cock imbibery May Queen государыня дискуссия пижон распутывать