VƏLƏMİRQUŞU

сущ. зоол. овсянка (птица из отряда воробьиных). Dağ vələmirquşu горная овсянка, palıdlıq vələmirquşu овсянка-дубровник, cırtdan vələmirquşu овсянка-крошка
VƏLƏMİR
VƏLƏMİRQUŞUKİMİLƏR
OBASTAN VİKİ
Vələmirquşu
Vələmirquşu (lat. Emberiza) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinə aid heyvan cinsi.
Adi vələmirquşu
Adi vələmirquşu (lat. Emberiza citrinella) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda şərq yarımnövü qışlayır. Başqa vələmirquşlarından sarı-qonur alalı başı və bədəninin alt tərəfi ilə seçilir. Erkəyin beli və döşünün böyürlərindəki xallar qəhvəyidir. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanlarında ağ zolaqlar vardır. Dişidə və cavanlarda qəhvəyi rəng qonur rənglə, sarı isə bulaşıq sarımtıl rənglə əvəz olunur. Sürü ilə gəzir, yerdə yemlənir. Arealı Avrasiyadır.
Bağ vələmirquşu
Bağ vələmirquşu (lat. Emberiza hortulana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından sarımtıl boğazı ilə seçilir. Başı və döşü açıq bozdur. Qanadları və quyruğu qonur, quyruğunun yanlarında ağ zolaqlar vardır. Qalan lələklənməsi oxra-qəhvəyimtildir. Dimdiyi qırmızımtıldır. Dişilər və cavanlar erkəkdən bellərindən və çinədanlarındakı uzununa qonur alalarla yaxşı seçilir. Yuvalama dövründə cüt-cüt, sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Daş vələmirquşu
Daş vələmirquşu (lat. Emberiza cia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Qafqaz yarımnövü yaşayan politipik növdür . Dağlarda yaşayan başqa vələmirquşlarından gözünün üstündəki açıq rəngli zolaq və dimdiyindən başlayaraq gözündən keçməklə yanaqlarını haşiyələyib dimdiyinin yanında qurtaran qara zolaqla seçilir. Erkəyin beli, döşü və qaşı kürənimtil – qəhvəyi, başı və çinədanı bozdur. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanları ilə ağ zolaqlar uzanır. Dişilərin və cavanların rəngi daha tutqundu. Yuvalama dövründə cüt-cüt və tək-tək, çoxalmadan sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.
Qarabaş vələmirquşu
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır.
Qayalıq vələmirquşu
Qayalıq vələmirquşu (lat. Emberiza buchanani) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Azərbaycan faunasına E.b.cerrutii Filippi yarımnövü daxil olur. == Təsviri == Bağ vələmirquşundan ağ bığı və boz çiyin tükləri ilə seçilir. Ancaq çəhrayı dimdiyi, ağımtıl göz halqası ilə bağ vələmirquşuna və dağ vələmirquşuna bənzəyirlər. Yetkin fərdin başı açıq kül rəngli boz, dağ vələmirquşundan daha açıq rənglidir və bu boz rəng sinəsinə qədər enib qurşaq əmələ gətirmir. Döşü qırmızımtıl-qəhvəyi olub, boğazı və "bığ" xətti ağımtıl, ayaqları və quyruqaltı açıq krem rəngindədir. Payızda yeni lələk dəyişdiyi zaman alt tərəfi açıq qırmızı olur. Üstdəki xəttlər tünd, quyruq hissəsi boz rənglidir.
Tarla vələmirquşu
Tarla vələmirquşu (lat. Emberiza calandra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Rəngində parlaq fonlar yoxdur. Boğazı, döşü və qarnı bulaşıq-ağ, uzununa qonur alalıdır. Bədənin, qanadların və quyruğun üst hissəsi bozumtul-qonur, uzununa tünd-solğun alalıdır. Yuvalama dövründə tək-tək və ya cütlərlə, payızda və qışda isə sürü ilə gəzir. Çox vaxt kolların başına qonur. Yerdə yemlənir.

Digər lüğətlərdə

беска́рточный гречи́шный листоката́льный неритми́чно познава́емость политу́рный приши́бленный сдира́ться марганцовоки́слый нево́льник разру́шить рыса́чий фан чиги́рь Denmark Strait gluey loll metrorrhagia mytho- swagger toboggan-run ворон живо нерентабельный чертёж