VƏSİYYƏT

is. [ ər. ] Ölərkən bir şəxsin öz övladına, yaxud yaxınlarına verdiyi tapşırıq, göstəriş, sərəncam, məsləhət, son sözü.
[Hacı Xəlil:] Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Ə.Haqverdiyev.
Xədicə əlavə etdi: – Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırmayınız. S.Hüseyn.

□ Vəsiyyət etmək (eləmək) – ölərkən, yaxud sağ ikən tapşırmaq, sərəncam vermək, məsləhət görmək, son arzusunu bildirmək.
[Əbdül:] Biçarə qız əvvəldən ölməyini yəqin eləmişdi, kağız da yazıb vəsiyyət eləyibdir. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏSİYYƏT tapşırıq — göstəriş — sərəncam — məsləhət
VƏSİY
VƏSİYYƏTNAMƏ
OBASTAN VİKİ
Vəsiyyət (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. == Musiqidə == "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.
I Pyotrun vəsiyyətnaməsi
I Pyotrun vəsiyyətnaməsi — Rusiya dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir. Bu gün Rusiyada bu sənədin mövcudluğu inkar edilsə də "vəsiyyətnamə"nin mükəmməlliyi, deklarativ xarakteri, öz dövrü üçün dünya proseslərinə verdiyi siyasi traktlaşdırma Avropanın gələcək siyasi modelini formalaşdırmaq təklifləri və nəhayət, böyük fatehlik iddiaları və s. onun həqiqətən mövcud olduğunu sübut edir. "Vəsiyyətnamə"də maraq doğuran əsas cəhətlərdən biri də dövlət başçısı kimi I Pyotrun dinə münasibətidir. Ümumilikdə 12 bənddən ibarət olan bu sənədin IX bəndi həcmcə ən böyük olmaqla əsas hissəsi "məxfi qalsın" başlığı ilə verilib. Məhz bu bənddə I Pyotrun dinə mənfi münasibəti açıqlanaraq dinin dövlət işlərinə qarışması qadağan edilib. Sənəddə deyilir: "Bizim üləmalarımızın bu günə qədər dövlət işlərinə müdaxilə etməsi Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətlərimdən istifadə edərək onları dövlət işlərindən ayırdım, ruhanilərin dövlət işlərinə müdaxiləsini rədd etdim. İndi onlar adi bir dərəcədə qalmışlar və əl-qol aça bilmirlər. Mən bunu çox böyük zəhmət bahasına etdim.
Siyasi Vəsiyyətim (Hitler)
Siyasi Vəsiyyətim (alm. Bormann Vermerke‎) — Adolf Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə dostu Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarət kitab. == Məzmun == Adolf Hitler "Siyasi Vəsiyyətim" adı altında qələmə aldığı kiçik həcmli bu əsərini müharibənin sonlarına yaxın sığınacaqda yazdığı ehtimal olunur. 1952-1953-cü illərdə Avropanın bir çox ölkələrində "Bormann Vermerke" (Bormanın qeydləri) adı altında nəşr olunan kitab, Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə ən etibarlı yoldaşı Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarətdir. == Nəşr və tərcümə == Kitab Aysel Araz və Rəhim İmranov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Aysel Arazın redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, dekabr 2017-ci ildə Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 1000 tirajla 80 səhifədə ilk dəfə nəşr edilib.
Vəsiyyətnamə
Vəsiyyətnamə – fiziki şəxsin vəfat etdiyi halda ona məxsus olan əmlak barəsində qanunla müəyyən olunmuş yazılı formada tərtib etdiyi xüsusi sərəncamdır. Vəsiyyətnamənin tərtib edildiyi məqamda fiziki şəxs öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli olmalıdır. O, özünə məxsus olan əmlakın hamısını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlar dairəsindən istənilən şəxsə, o cümlədən dövlət və bələdiyyə orqanlarına, hüquqi şəxslərə vəsiyyət edə, vərəsələrin miras paylarını müəyyənləşdirə, miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər. == İstinadlar == == Xarici keçidlər == Mirasdan məcburi pay...
Vəsiyyətnamə (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. == Musiqidə == "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.

Digər lüğətlərdə

дли́нно католи́чество раззева́ться растопта́ть роево́й третьеку́рсник тропосфе́рный чуфы́скать эполеме́нт загне́тка карти́нный с потолка́ ска́шивание трёхме́сячный зверобой митрополия body-surf incase lily-like Middle Ages Psychozoic warrant Yin инкассировать источать