vətən
və'z
OBASTAN VİKİ
Aydoğan Vətəndaş
Aydoğan Vətəndaş (türk. Aydoğan Vatadaş) — Türk yazıçı, jurnalist və tədqiqatçı. == Haqqında == 1974-cü ildə İstanbulda anadan olub. 1993-cü ildə Dəniz Litseyindən məzun olub. 1995-ci ildə Dəniz Hərbi Məktəbindən ayrılıb. 1997-ci ildə başladığı Fateh Universiteti İngilis dili və ədəbiyyatı fakültəsindən 2001-ci ildə məzun olub. 1995-ci ildə Aksiyon dərgisində jurnalistlik peşəsinə başlayıb. 1995-2000-ci illərdə Aksiyon dərgisində müxbirlik, redaktorluq və köşə yazarlığı edib. 2000-2004-cü illərdə Zaman qəzetində müxbirlik, redaktorluk və köşə yazarlığı edən müəllif, 2002-2004-cü illərdə Qaraqutu verilişinin rejissor və aparcısı olmuşdur. 1997-ci ildə Timaş nəşriyyatında nəşr olunan ilk kitabı Armagedon (Türkiyə-İsrail Gizli Müharibəsi) əsəri ilə diqqət çəkib.
ABŞ Vətəndaş müharibəsi
Amerika Vətəndaş Müharibəsi
Anqola Vətəndaş Müharibəsi
Anqolada vətəndaş müharibəsi — 1974-cü ilin aprelində yalnız müstəqilliyini əldə etmiş Anqola Portuqaliyanın himayəsindən çıxdıqdan sonra meydana gələn bir münaqişədir. Afrikadakı ən uzun sürən münaqişəsidir. Rəsmi olaraq 2002-ci ildə sona çatan və 27 il davam edən müharibə, 500 min insanın ölümünə və minlərlə insanın köçünə səbəb oldu. Üçüncü dünya ölkələrində Soyuq müharibənin ən böyük əks olunduğu bu müharibədə üç tərəf var: Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı əsasını Sovet İttifaqı və Şərq Bloku ilə əlaqəsi olan Kimbundu və Luanda hibridlərindən gəlir. Anqola Milli İstiqlal Cəbhəsi (FNLA) etnik baxımdan Bakongoda köklü idi, lakin ABŞ, Çin və Zairdə ki Mobutu rejimi ilə əlaqələndirildi. Anqolanın Tam Müstəqilliyi Uğrunda Milli Birliyi Jonas Savimbinin rəhbərliyi ilə Ovimbund bölgəsində idi. ABŞ, Cənubi Afrikadakı aparteid rəhbərliyinin və bir çox Afrika liderinin dəstəyini aldı. == Müharibənin səbəbləri == 1950-ci illərdə Portuqalların Anqoladakı varlığına qarşı ilk ciddi millətçi hərəkatlar başladı. Marksizm yönümlü bir təşkilat olan Anqolanın İstiqlal Naminə Xalq Hərəkatı, Anqolanın müstəqillik hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının əsas dayanağı Bambundular idi.
Anqolada vətəndaş müharibəsi
Anqolada vətəndaş müharibəsi — 1974-cü ilin aprelində yalnız müstəqilliyini əldə etmiş Anqola Portuqaliyanın himayəsindən çıxdıqdan sonra meydana gələn bir münaqişədir. Afrikadakı ən uzun sürən münaqişəsidir. Rəsmi olaraq 2002-ci ildə sona çatan və 27 il davam edən müharibə, 500 min insanın ölümünə və minlərlə insanın köçünə səbəb oldu. Üçüncü dünya ölkələrində Soyuq müharibənin ən böyük əks olunduğu bu müharibədə üç tərəf var: Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı əsasını Sovet İttifaqı və Şərq Bloku ilə əlaqəsi olan Kimbundu və Luanda hibridlərindən gəlir. Anqola Milli İstiqlal Cəbhəsi (FNLA) etnik baxımdan Bakongoda köklü idi, lakin ABŞ, Çin və Zairdə ki Mobutu rejimi ilə əlaqələndirildi. Anqolanın Tam Müstəqilliyi Uğrunda Milli Birliyi Jonas Savimbinin rəhbərliyi ilə Ovimbund bölgəsində idi. ABŞ, Cənubi Afrikadakı aparteid rəhbərliyinin və bir çox Afrika liderinin dəstəyini aldı. == Müharibənin səbəbləri == 1950-ci illərdə Portuqalların Anqoladakı varlığına qarşı ilk ciddi millətçi hərəkatlar başladı. Marksizm yönümlü bir təşkilat olan Anqolanın İstiqlal Naminə Xalq Hərəkatı, Anqolanın müstəqillik hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının əsas dayanağı Bambundular idi.
Bizansda vətəndaş müharibəsi
Bizansda vətəndaş müharibəsi (1321-1328)
Vətəndaş
Vətəndaş – dövlət-hüquqi münasibətlər mənasında deyil, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüsü, vətəndaşların birliyi və s. kontekstində cəmiyyətin üzvü kimi başa düşülür. Vətəndaş — müəyyən dövlətlə siyasi-hüquqi münasibətlə bağlı olan fərd. Bu bu münasibətlərə malik olmayan digər cəmiyyət üzvlərinə nisbətən müəyyən hüquqlara və vəzifələrə malik olmağa imkan verir. Öz hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Vətəndaş 13660
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. == İlk illəri == Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu.Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir. Federal İncəsənə Proqramı çərçivəsində ABŞ ordusu üçün Fort-Ord, Qovernment adası, Oklend Qonaqpərvərlik Evi və Trejer adasında divar rəsmləri və mozaikalar yaratmışdır.
Vətəndaş Keyn
Vətəndaş Keyn (ing. Citizen Kane) — 1941-ci il istehsalı olan ABŞ filmi, aktyor, rejissor Orson Uellsin ilk ən böyük həcmli filmi. Filmin ssenarisini Herman Menkeviç, Cozef Kolen və Con Hauzmenlə birgə yazsa da titrlərində sonuncu iki nəfərin adı salınmamışdı. Hələ indiyə qədər filmin ssenarisində kimin hansı hissələri yazması mübahisəli olaraq qalır. Filmin süjeti sadə quruluşa malikdir. Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız "qızılgül qönçəsi" sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal sujet əsasında inkişaf etməyə başlayır. Jurnalist Tompson isə Keynin həyatı, karyerası, ölümü və ən əsas da dediyi son sözlərin nə olması haqqında araşdırma aparmağa başlayır. Film boyu biz Keynin dostları, həyat yoldaşlarının onun haqqında olan xatirələrini eşidirik. Tompsona o, məlum olur ki, Keyn hələ uşaqlığında Tetçer adlı birisinin himayəsinə verilib və sonradan qəfildən Tetçer böyük miqdarda pul əldə edir.
Vətəndaş cümhuriyyətçiliyi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş cəmiyyəti
Vətəndaş cəmiyyəti – dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera. Bazar – öz özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştirak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir. Dövlət bazar münasibətlərinin formalaşdırılması və qorunmasında mühüm faktordur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar: İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birlikləri təşkil edir. Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil K.İ.V. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi. == Vətəndaş cəmiyyətinin prinsipləri == Vətəndaş cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri nəzərə almaqla belə ifadə etmək olar: İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
Vətəndaş elmi
Vətəndaş haqqında
Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı. Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı. == Məzmun == De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara rəğmən, o yazısını bitirə bildi.
Vətəndaş humanizmi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş jurnalistikası
Vətəndaş jurnalistikası (ictimai jurnalistika adı ilə də tanınır) – jurnalistlərin və onların auditoriyasının siyasətdə və ictimai həyatda baş verən proseslərin yalnız seyrçisi olmaları barədə fikirdən boyun qaçırmaq cəhdidir. Vətəndaş jurnalistikası öz oxucu, dinləyici və tamaşaçıları, eləcə də cəmiyyətin istisnasız bütün üzvləri ilə olay iştirakçısı kimi davranmağı özünə məqsəd bilir. Bu tərif məcburi öhdəlik və qaydalara dayanır. Vətəndaş jurnalistikası konsepsiyası (eyni zamanda "ictimai", "iştirakçı", "demokratik", "partizan" və ya "küçə" jurnalizmi olaraq da bilinir) vətəndaşların “xəbər və infomasiyanın toplanması, hesabat verilməsi, təhlil edilməsi və yayılması prosesində aktiv iştirak etməsinə” əsaslanır. Vətəndaş jurnalistikasın fərqli açıqlamaları var, məsələn amerikan jurnalisti olan Courtney C. Radsch vətəndaş jurnalistikasını “cox vaxt peşəkar jurnalistika sahəsindəki çatışmazlıqlara cavab olaraq mətbuat orqanlarından kənarda fəaliyyət göstərən infomasiya toplanmasının və hesabat verilməsinin alternativ ve daha fəal növu, hansı ki eyni jurnalisitka praktikalarını istifadə edir lakin müxtəlif hədəflər və ideallıqlarla idarə olunan və ənənəvi və ya ümumi jurnalistikadan fərqli alternativ legitimlik mənbələrinə əsaslanır." Yeni texnologiyaların istifadəsi, mobil telefonlardan artan istifadə yanı sıra sosial şəbəkələr və media paylaşma saytları, vətəndaş jurnalistikasıni dünya miqyasında insanlar üçün daha əlçatan etdi. Eyni zamanda, yeni mətbuatdakı son inkişafların dərin siyasi təsiri vardır. Texnologiyanın mövcudluğundan dolayı, vətəndaşlar son xəbərlər haqqında ənənəvi mətbuat jurnalistlərinə nisbətən daha sürətli xəbərlər verirlər. 2010-cu ildə Haiti zəlzələsi, Ərəb baharı, “Wall Streeti işğal et" hərəkatı, 2013-cü il Gəzi parkı etirazları, Ukraynadakı Euromaidan hadisələri və Suriyada vətəndaş müharibəsi və 2014-cü ildə Ferguson qarşıdurması zamanı yayılan reportaj ve xəbərlər vətəndaş jurnalistikasının əhəmiyyətli nümunələridir. Vətəndaş jurnalistikasınınin tənqidçiləri, o cümlədən peşəkar jurnalistlər və xəbər təşkilatları, vətəndaş jurnalistikasının tənzimlənməmiş, subyektiv, amatör və keyfiyyəti və əhatə dairəsi baxımından təsadüfi olduğunu iddia edirlər. Vətəndaş jurnalsitikasının pionerlərindən sayılan Devid Perri özünün “Vətəndaş jurnalistikasının kökləri” kitabında həmin öhdəlik və qaydalardan bəzilərini belə ifadə edib: Jurnalist və KİV-i bir qırağa çəkilmiş müşahidəçilər kimi qavramaq əvəzinə, onları ictimai həyatın fəal iştirakçılarına çevirməyə çalışmaq; KİV-i ictimai problemlərin azad müzakirə məkanına çevirmək; Olayları işıqlandırarkən, sıradan insanların yaşamında önəmli rol oynayan iş, olay və problemlərə üstünlük vermək; Yalnız cəmiyyət üzvləri arasında diskussiya və debatlardan (müzakirə və mübahisələrdən) sonra ictimai rəyin necəliyi barədə bəlli qənaətə gəlmək; Jurnalistikadan ictimai kapitalı (sosial sərvəti) artırmaq üçün yararlanmağa can atmaq.
Vətəndaş müharibəsi
Vətəndaş müharibəsi — ölkə daxilində müxtəlif qruplar arasında baş verən və əhalinin əksər hissəsini əhatə edən müharibə.
Vətəndaş respublikaçılığı
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Finlandiya vətəndaş müharibəsi
Finlandiya vətəndaş müharibəsi — Finlandiyada Finlandiya knyazlığından müstəqil dövlətə keçid mərhələsi ərzində ölkədəki hakimiyyəti ələ almaq üçün 1918-ci ildə başlayan vətəndaş müharibəsidir. Toqquşmalar Avropada Birinci Dünya müharibəsindən (Şərq cəbhəsi) sonra yaranan milli, siyasi və sosial qarışıqlıq zəminində baş vermişdir. Müharibədə Sosial Demokrat Partiyasının bir qolu tərəfindən idarə olunan Qırmızılar və konservativ əsaslı Senat və Almaniya İmperiyası tərəfindən idarə olunan Ağlar döyüşmüşdür. Sənaye və təsərrüfat işçilərindən ibarət yarımhərbi Qırmızı Qvardiya cənubi Finlandiyanın şəhər və sənaye mərkəzlərini idarə edərkən, fermerlərdən, orta və nisbətən üst sinif təbəqədən təşkil edilən yarımhərbi Ağ Qvardiya kənd mərkəzlərinə və şimali Finlandiyaya nəzarət edirdi. Münaqişədən əvvəl Finlandiya cəmiyyətində əhalinin sürətli təbii artımı, sənayeləşdirmə, şəhərləşmə və hərtərəfli işçi hərəkatının yüksəlişi qeydə alınmışdı. Ölkənin siyasi və hökumət sistemləri demokratikləşmə və modernləşmənin qeyri-sabit mərhələsində idilər. Ölkədəki sosio-iqtisadi durum və əhalisinin təhsil səviyyəsindən başqa, milli düşüncə də zamanla inkişaf etdi, mədəni həyatda oyanış yaşandı. Finlandiyada iqtidar boşluğuna səbəb olan Birinci Dünya müharibəsi Rusiya İmperiyasını çöküşə aparmış və ardınca hakimiyyət mübarizəsi üçün militarizasiyanı və sol yönümlü işçi hərəkatı ilə mühafizəkarlar arasında artan krizi özüylə gətirmişdi. Sovet Rusiyası tərəfindən silahlandırılan Qırmızılar 1918-ci ilin fevralında uğursuz ümumi hücum təşkil etmişdi. Apreldə Almaniya İmperiyasının dəstək qüvvələriylə güclənən Ağlar martda əks hücuma başladı.
Göytürk vətəndaş müharibəsi
Göytürk vətəndaş müharibəsi - Taspar xaqanın ölümündən sonra baş vermiş hakimiyyət uğrunda daxili savaş idi. == Yaranması == Taspar xaqan ölümündən öncə Muğan xaqanın oğlu Apa xaqanı vəsiyyət etsə də onun belə bir hüququ olmadığı üçün Qurultay buna qarşı çıxdı və Amrak xaqanı seçdi. Apa xaqanın taxta çıxmasını İstəmi xaqanın oğlu Tardu, Amrak xaqanı isə İşbara dəstəkləyirdi. == Parçalanma == İşbara xaqan Ötükəndə qərarlaşmışdı.Tardu Qərb zonasında hakimiyyətdə idi. Amrak xaqan indiki Ulan Bator ətrafında, Apa isə daha şimalda idi. == Müharibə == Apa İşbaraya qarşı Bumın xaqanın qardaşları Tardu və Tamqanın simasında müttəfiq tapdı.İşbara xaqan bu gücə qarşı gələ bilməyəcəyini bildiyi üçün Suy imperiyası ilə ittifaq bağladı. 584-cü ildə İşbaranın orduları Apanın çadırlarına basqın etdi və onun anası da daxil olmaqla bir çox adamı öldürdü. Apa məğlubiyyətdən sonra Tardunun dəstəyini itirdi və Buxaraya çəkildi. 587-ci ildə isə İşbara və Apa ikisi də öldü. Dövlət iki yerə bölündü.
Gürcüstan vətəndaş müharibəsi
Gürcüstan vətəndaş müharibəsi (gürc. საქართველოს სამოქალაქო ომი) — Cənubi Osetiya (1988-1992) və Abxaziya (1992-1993) bölgələrində etnik qruplar arasındakı qarşıdurmalardan başqa 1991-ci ilin Dekabr ayının 22-dən, 1993-cü ilin Dekabr ayının 31-ə qədər davam edən şiddətli hərbi zərbələrdən ibarət olan hərbi münaqişə. == Etnik Münaqişələr == Etnik azlıq separatçı hərəkatlərı başda Osetinlər və Abxazlar olmaqla 1990-cı illərin əvvəllərində yeni nizam içində tanınmağı tələb etdi. Yeni qazanılan milli imtiyazlarını müdafiə edən Gürcüstan, separatizmi zorla məhdudlaşdırmaq üçün hərbi təşəbbüslərlə cavab verdi. 1991-ci ilin Yanvar ayının 5-də Gürcüstanın Milli Gözətçiləri, Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə daxil oldu və şəhər içində döyüş baş verdi. Gürcüstan-Cənubi Osetiya münaqişələri, Qamsaxurdiya hökumətinin qarşılaşdığı ilk böyük böhran idi. SSRİ-nin dağıldığı zaman, Amerika Birləşmiş Ştatları hökuməti (Franklin Delano Ruzvelt həmən ilin axırlarında Kreml ilə diplomatik əlaqələr qurmuşdur) ölkənin 1933-cü ildəki sərhədlərini qanuni olaraq tanıyır. Çünki bu, Corc Herert Uoker Buş administrasiyası Baltik ölkələrinin SSRİ-dən ayrılmasını dəstəkləyirdi, amma Azərbaycan, Gürcüstan, Ermənistan habelə Qafqaz haqqında bitərəf idi və bunu SSRİ-nin daxili işləri olaraq hesab edirdi. == Vətəndaş İğtişaşı == Müxalifətin Zviad Qamsaxurdiya hökuməti əleyhinə olan fəaliyyəti, 1991-ci ilin payız fəslində, sonradan şiddətli vuruşmalara çevrilən kəskin bir siyasi mübahisə yaratdı. 2 sentyabrda Tbilisidə reallaşan geniş bir müxalifət nümayişinin polis tərəfindən dağılmasının ardından bir neçə müxalif həbs olundu və müxalifət tərəfdarı qəzetlər bağlanıldı.
Laos vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. == Arxa plan == Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
Livan vətəndaş müharibəsi
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية‎‎) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000 - 230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976-90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi.
Livanda vətəndaş müharibəsi
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية‎‎) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000 - 230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976-90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi.
Liviya vətəndaş müharibəsi
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. == Tarixi == Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
Nepal vətəndaş müharibəsi
Nepal vətəndaş müharibəsi (1996–2006) — 13 fevral 1996-cı ildə ölkənin qərbindəki Maoistlərin silahlı dəstələrinin başlatdığı Maoistlər və Nepal kral hakimiyyəti arasında silahlı qarşıdurma. Maoistlər "Nepal Xalq Cümhuriyyəti" təsis etmək məqsədi ilə "Nepal xalq müharibəsi" elan etdilər və tədricən ölkənin bir hissəsinə nəzarəti qurdular. 2001-ci ildə kral Maoistlərə qarşı ordunun istifadəsini əmr etdi (əvvəllər yalnız polis hərbi əməliyyatlarda iştirak edirdi). 11.500-dən çox insan öldü və 100.000–1000.000 nəfər evlərini tərk etmək məcburiyyətində qaldı. Ancaq qanunsuz silahlı dəstələrin dağıdılması nəticəsiz qaldı. Münaqişə yerli iqtisadi inkişafı iflic etdi və Nepal cəmiyyətində dərin dəyişikliklərə səbəb oldu. == Münaqişənin səbəbi == Monarxiya sistemi və cəmiyyətin kasta bölgüsü ilə mübarizə bəhanəsi ilə inqilabi qruplar meydana gəldi (baxmayaraq ki, qonşu Hindistanda bu qruplar əvvəllər çoxpartiyalı demokratiyada yaranmışdı). Bəziləri xaricdən Mao Tszedun ideologiyasını və metodlarını, həmçinin silahları borc aldı. Nəticədə hökumət bir sıra təcrid olunmuş ərazilərə nəzarəti itirdi. Oradakı qanuni hakimiyyət məhv edildi və kənd əhalisi orada terror rejimini quran yaraqlıların göstərişlərini yerinə yetirməyə məcbur oldu.
ABŞ-da Vətəndaş müharibəsi
ABŞ Vətəndaşlığı
Amerika Birləşmiş Ştatları vatandaşlığı Amerikalıları ABŞ-də xüsusi hüquqları, vəzifələri və faydaları ilə təmin edən hüquqi bir statusdur . İfadə azadlığı, lazımi müddət, səsvermə(lakin bütün federal seçkilərdə bütün vətəndaşların səs vermək hüququ yoxdur. Məsələn: Puerto Rico) yaşamaq və işləmək və Amerika Birləşmiş Ştatlarından federal yardım almaq hüquqları kimi Amerika Birləşmiş Ştatları Konstitusiyasından və qanunlarından irəli gələn və qorunan əsas hüquqların təməli rolunu oynayır. Vətəndaşlığın həyata keçirilməsi ABŞ-yə sədaqət və onun konstitusiyasını dəstəkləyəcək və müdafiə edəcəyinə dair and içmək də daxil olmaq kimi münasibətləri tələb edir. Vətəndaşlığın iki əsas mənbəyi var: doğum hüququ vətəndaşlığı, şəxsin Birləşmiş Ştatların ərazi sərhədləri daxilində doğulduğu təqdirdə və ya — xaricdə doğulub valideynlərinin Birləşmiş Ştatlar vətəndaşı olduğu halda və qanuni immiqrant kimi vətəndaşlığa müraciət edib naturalizasiya vasitəsilə qəbul olunduğu təqdirdə. Vətəndaşlıq üçün bu iki yol Konstitusiya nın On dördüncü Düzəlişinin Vətəndaşlıq Maddəsində göstərilmişdir: Milli vətəndaşlıq ümumilikdə ölkəyə üzvlüyü bildirir; dövlət vətəndaşlığı, əksinə bir şəxslə müəyyən bir dövlət arasındakı əlaqəni ifadə edir və ümumiyyətlə daxili məsələlərlə məhdudlaşır. Ştat vətəndaşlığı (1) vergi qərarlarını, (2) ali təhsil kimi dövlət tərəfindən təmin edilən bəzi güzəştlər və (3) ABŞ senatoru kimi dövlət siyasi vəzifələrinə uyğunluğu təsir edə bilər. Konstitusiyanın Birinci maddəsində "vahid vətəndaşlıq qaydası" yaratmaq səlahiyyəti açıq şəkildə Konqresə verilir. Amerika Birləşmiş Ştatları qanunları bir çox vətəndaşlığa icazə verir. Amerika Birləşmiş Ştatları vətəndaşı kimi qəbul edilmiş digər ölkələrin vətəndaşları əvvəlki vətəndaşlıqlarını qoruya bilərlər, baxmayaraq ki, digər ölkəyə sədaqətdən imtina etməlidirlər.
ABŞ vətəndaşları üçün viza tələbləri
Amerika Birləşmiş Ştatları vətəndaşları və vətəndaşlığı olmayan milliyətlər üçün viza tələbləri digər ölkələrin səlahiyyətliləri tərəfindən ABŞ vətəndaşlarına qoyulan inzibati giriş tələbləridir. 13 aprel 2021 (2021-04-13) tarixinə olan məlumata əsasən, Birləşmiş Ştatlar pasportu sahibləri 187 ölkəyə/əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Henley Pasport İndeksinə görə Birləşmiş Ştatlar pasportu, səyahət azadlığı baxımından (Belçika, Yeni Zelandiya, İsveçrə və Biləşmiş Krallığın pasportları ilə bərabər) 7-ci sırada qərarlaşır. == Viza tələbləri xəritəsi == == Viza tələbləri == Dövlətlərin Amerika Birləşmiş Ştatları vətəndaşlarına qarşı ümumi viza tələbləri: === Fərqli viza siyasətinə sahib ərazilər və ya inzibati bölgülər === ABŞ vətəndaşları üçün müxtəlif ərazilərə, mübahisəli ərazilərə, yuxarıda göstərilən siyahıda adı çəkilən qismən tanınmış ölkələrə, fərqli viza siyasəti və məhdud bölgələrdə fəaliyyət göstərən tanınmış inzibati bölmələrə səfərlər üçün viza tələbləri: == Xaricdəki ABŞ vətəndaşlarının konsulluq qorunması == ABŞ dünyanın hər bir ölkəsindən ən çox diplomatik nümayəndəliyə sahibdir. ABŞ-nin diplomatik nümayəndəliklərinin siyahısı və həmçinin ABŞ-dəki diplomatik nümayəndəliklərin siyahısına da baxın.
ABŞ vətəndaşlıq qanunu
Amerika Birləşmiş Ştatları vətəndaşlıq qanunu şəxsin hansı hallarda Birləşmiş Ştatlar vətəndaşı olmasını müəyyən edir. Amerika Birləşmiş Ştatlarında vətəndaşlıq ABŞ Konstitusiyasındakı müddəalar, müxtəlif qanunlar və beynəlxalq müqavilələr yolu ilə əldə edilir. Yerli sənədlərdə tez-tez vətəndaşlıq və milliyətlilik bir-birini əvəz etdiyi halda, milliyyət, qanuni yolla bir şəxsin milli şəxsiyyət əldə etməsinin və bir millətə rəsmi üzvlüyünün əldə edilməsini izah etdiyi halda, vətəndaşlıq bir millətə üzv olduqdan sonra olan əlaqə deməkdir. ABŞ-nin 50 əyalətində, Kolumbiya Bölgəsində və ya demək olar ki, hər hansı bir ərazidə anadan olanlar, doğuşdan Amerika Birləşmiş Ştatları vətəndaşlarıdır. Yeganə istisna, fərdlərin adətən doğuşdan ABŞ vətəndaşı olmayan Amerika Samoasıdır. Hər hansı bir əyalətdə və ya ixtisaslı ərazidə yaşayan xarici vətəndaşlar daimi sakin olduqdan və yaşayış şərtini (normal olaraq beş il) yerinə yetirdikdən sonra vətəndaşlıq ala bilərlər. == Əlavə oxumaq üçün == Robert Ceyms Makriter. Vətəndaşlıq axını cədvəli. American Bar Association. 2007.
Apokrifal (Aydoğan Vətəndaşın əsəri)
Apokrifal (İtmiş Kitab, Ərgənəkon və Bir Cinayətin Anatomiyası) (türk. Apokrifal (Kayıp Kitap, Ergenekon ve Bir Cinayetin Anatomisi)) — Aydoğan Vətəndaşın 2008-ci ildə yazdığı tədqiqat əsəri. == Məzmun == 1981-ci ildə Hakkaridə kəndlilər tərəfindən bir mağarada hit içərisində köhnə bir əlyazma kitab tapılır. Aramicə mütəxəssisi dos. dr. Həmzə Hocagil qısa müddət sonra sözügedəm mətnin Axrami dilində, lakin süryani əlifbasıyla yazılmış bir İncil mətni olduğunu anlayır. Birinci əsrə aid orijinal İncil′in ortaya çıxması bütün dinləri maraqlandıran bir mövzudur. İstər İsanın tarixiliyinin, istərsə də İncilin Quranla nə cür uyğun olduğunun sübut edilməsi müxtəlif çevrələri narahat edir. Hocagil 1983-cü ildə Prezident Özalın cəhdləri və Xüsusi Hərb Dairəsinin nəzarətində İncili tərcümə etməyə başlayır. Ancaq tərcümə prosesi bir müddət sonra dayandırılır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi — vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılıb. == Tarixi == 28 mart 2022 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib == Mərkəz haqqında == Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır. Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
== Əsas vəzifələri == Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; əsirlikdən və girovluğdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumat == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir. Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edir. Agentliyin vəzifəsi həmçinin xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etməkdir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 13 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Həmin ilin sentyabrın 5-də prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Agentliyin fəaliyyətə başlaması 29 dekabr 2012-ci ilə təsadüf edib. 2014-cü ilin 13 fevralında Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib. Həmin ilin yayında Agentliyin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin sonlarında, 15 dekabrda Agentlik OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü.2015-ci ildə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb. Həmin ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlıq andı
Vətəndaşlıq andı, Azərbaycan vətəndaşlığının qəbulu zamanı dövlətə sədaqət andı. == Mahiyyəti == Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Cümhuriyyət Parlamentinin 1919-cu il, 11 avqust tarixli “Azərbaycan Vətəndaşlığı Haqqında Qanun”un VI maddəsində göstərilən qaydada dövlətə sədaqət andı içməli idi. == Andın mətni == Andda deyilirdi: Andı qəbul etməyən şəxslər bu məzmunda, ancaq “and içirəm” ifadəsi olmadan təntənəli surətdə söz verirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarını müəyyən edən qanunvericilik aktı. == Qəbul edilməsi == 1919 il avqustun 11 –də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul edilmişdir. == Bölmələri == Qanun 4 bölmədən ibarət idi: Vətəndaşlığın müəyyən edilməsi; Vətəndaşlığın verilməsi; Vətəndaşlığın itirilməsi; Azərbaycan vətəndaşlığı haqqında 1918 il 23 avqust tarixli Əsasnamənin qüvvədəndüşməsi. Qanunun birinci bölməsinin 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri və ya valideynləri Azərbaycan Xalq Cümhuriyyəti ərazisində doğulmuş keçmiş Rusiya imperiyası vətəndaşları Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları hesab olunurdu == Mahiyyəti == Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 17 yaşı tamam olmamış və Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş xarici vətəndaşlar Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşı hüququ qazanırdılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına çatmamış Azərbaycan vətəndaşının xarici vətəndaşdan doğulmuş övladı, elmi və digər istedadı ilə Azərbaycana xüsusi xidmət göstərmiş və Azərbaycana köçmüş xarici vətəndaş, Azərbaycanda hərbi və mülki xidmətdə olan xarici vətəndaş da Azərbaycan vətəndaşlığı hüququ əldə edirdi. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Azərbaycan dövlətinə sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and içməli idi Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, Azərbaycan vətəndaşlığı hüququnu itirirdi. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən şəxslər yerli dairə məhkəmələrinin inzibati bölməsinə ərizə ilə müraciət etməli və öz ərizələrində hansı ölkənin vətəndaşlığını qəbul etdiklərini bildirməli idilər. Azərbaycan vətəndaşlığından çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına qayıtmaq barədə yalnız 5 ildən sonra ərizə ilə müraciət edə bilərdi. İcazəsiz olaraq xarici vətəndaşlığı qəbul etmiş şəxslər isə yalnız Cümhuriyyət Hökuməti daxili işlər nazirinin xüsusi icazəsi ilə yenidən Azərbaycan vətəndaşlığını qəbul edə bilərdilər. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlıq andı Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun maddəsi.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarının müəyyən edən hüquqi sənəd. == Qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 23 avqust tarixli qərarı ilə təsdiq olunmuşdur. == Mahiyyəti == Əsasnamənin birinci maddəsinə görə, 1914 il iyulun 19-na qədər Azərbaycan XalqCümhuriyyətinin ərazisində yaşamış və hər hansı inzibati idarə və ya ictimai zümrə tərəfindən qeydə alınmış hər bir şəxs, həmçinin istər ölkə daxilində və ya onun xaricində Azərbaycan vətəndaşından doğulmuş, ölkə ərazisində 5 ildən yuxarı yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan şəxslər Azərbaycan vətəndaşı hesab edilirdi. Xarici vətəndaş Azərbaycan vətəndaşı ilə nikaha girdikdə o, Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı hesab olunurdu. Azərbaycan vətəndaşı eyni vaxtda başqa ölkənin vətəndaşı ola bilməzdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak etmək hüququna və s. hüquqlara) malik idilər. Əsasnaməyə görə, Hökumətə xarici ölkə vətəndaşlarının dövlət qulluğuna dəvət etmək səlahiyyəti verilirdi. Əsasnamədə xarici vətəndaşın Azərbaycan vətəndaşlığını qəbul etməsi və ya Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığına keçməsi qaydalarının xüsusi qanunla müəyyən ediləcəyi qeyd olunmuşdu. == Ləğvi == 1919 il avqustun 11-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul edildikdən sonra Hökumətin Azərbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü.
Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq andı
Vətəndaşlıq andı, Azərbaycan vətəndaşlığının qəbulu zamanı dövlətə sədaqət andı. == Mahiyyəti == Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Cümhuriyyət Parlamentinin 1919-cu il, 11 avqust tarixli “Azərbaycan Vətəndaşlığı Haqqında Qanun”un VI maddəsində göstərilən qaydada dövlətə sədaqət andı içməli idi. == Andın mətni == Andda deyilirdi: Andı qəbul etməyən şəxslər bu məzmunda, ancaq “and içirəm” ifadəsi olmadan təntənəli surətdə söz verirdilər.
Azərbaycan vətəndaşları üçün viza tələbləri
Henley Tərəfdaşları Pasport İndeksinin 26 may 2019 tarixindəki hesabatına görə 67 ölkə və ya ərazi Azərbaycan pasportunu vizasız, ya da vizanı girişdə verərək qəbul edir. Eyni vaxtda Azərbaycan ilə Avropa İttifaqı arasında vizanın qaldırılması ilə bağlı danışıqlar aparılır. Aşağıdakı cədvəl ancaq Azərbaycan vətəndaşlarının turist səfərləri haqqında məlumatı göstərir. Digər iş, jurnalist və başqa vizasız girişlər cədvəldə göstərilməyib. Aşağıdakı "vizasız" və ya "viza girişdə verilir" adı altında göstərilən ölkələr bəzən gediş/qayıdış bileti və maddi vəziyyəti göstərən sənədlər tələb edə bilər. Bu səbəbdən səyahətə çıxmazdan qabaq viza haqqında məlumatları səfirliklərdən öyrənmək tövsiyə olunur. Məlumatlar Azərbaycan Xarici İşlər Nazirliyi və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasısından götürülmüşdür. Əgər məlumat fərqli yerdən götürülübsə, cədvəldə qeyd edilib.
Azərbaycan vətəndaşlığı
Azərbaycan vətəndaşlığı — Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının vətəndaşı bəzi hallarda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilər.Azərbaycan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur. == Vətəndaşlığının əldə edilməsi == Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda. == Vətəndaşlığa qəbul == Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.(Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.) Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. == Vətəndaşlığa xitam verilməsi == Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.
Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edir. Agentliyin vəzifəsi həmçinin xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etməkdir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 13 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Həmin ilin sentyabrın 5-də prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Agentliyin fəaliyyətə başlaması 29 dekabr 2012-ci ilə təsadüf edib. 2014-cü ilin 13 fevralında Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib. Həmin ilin yayında Agentliyin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin sonlarında, 15 dekabrda Agentlik OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü.2015-ci ildə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb. Həmin ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub.
Birinci Kolumbiya vətəndaş müharibəsi
Mərkəzləşdirmə və Federallaşma tərəfdarları arasındakı vətəndaş müharibəsi.Müharibə 1812–1814 illəri əhatə edir.Bu müharibə Kolumbiya tarixində ilk vətəndaş müharibəsidir. == Münaqişədən öncə == 1810-cu ildə Yeni Qranada vitse krallığında inqilabi hərəkat başlayır.Vilayyətlərin çoxu Requn idarə üsuluna qarşı cıxır və bir-birinin ardınca mərkəzə tabe olmaqdan imtina edir.1810-cu ilin dekabrında üsyançılar yürüş təşkil edirlər ancaq yürüşə cəmi 8 vilayyət qoşulduğundan (Kartaxena ,Popayan,Tunja,Pamplona,Antokiya) konstutsiya qəbul etmək mümkünsüz olur.27 dekabr 1811-ci ildə Tunjada ikinçi yürüş təşkil edilir.Burada Antokiya,Kartaxena,Neyva,Pamplona və Tunja vilayyətləri birləşərək Birləşmiş Yeni Qranada Provensiyasını yaradırlar.Burada Federasiya aktı imzalanır.Aktda vilayyətlərin muxtariyyəti,sərbəstliyi və bərabərliyi nəzardə tutulurdu.Federallaşma tərəfdarlarına qarşı Mərkəzləşdirmə tərəfdarları müqavimət göstərirdi.Mərkəzləşdirmə tərəfdarları əsasən Boqota və Cako vilayyətlərində cəmləşmişdilər.Onlar bu aktı imzalamaqdan imtina etdilər.Bu vilayyətlər isə müstəqilliyini elan etdilər.Yeni Qranadanın bəzi vilayyətləri isə İspaniyaya sədaqətli qaldılar.1811-ci ildə Kundinamarka vilayyəti Marikita vilayyətini və Neyva vilayyətinin bir hissəsini işğal edir.Buda digər vilayyətlərin etirazına səbəb olur.1812-ci ilin dekabrında isə hərbi əməliyyatlar başlayır. == Müharibənin gedişi == 2 dekabr 1812-ci ildə federalistlərin qüvvələri Antonio Barayanın başçılığı ilə Ventakemadda qalib gəlir və Santa Fe de Boqotaya irrəlləyir.9 yanvar 1813-ci ildə Antonio Narino federalistləri Santa Viktorinoda Boqota yaxınlığında məğlub edir.Bundan sonra hərbi əməliyyatlarında fasilə yaranır.1813-ci ilin sonlarında cənubdan Loyalistlər hüçuma keçirlər.Narino loyalistlərin qarşısını almağa gedir və ilk döyüşdə qalib gəlsədə sonrakı döyüşdə məğlub olaraq əsir düşür.Bundan xəbər tutan Federalistlər Simon Bolivarın başçılığı ilə hüçum başlanır.10 dekabr 1814-ildə Boqota tutulur və Kundinamarka Birləşmiş Yeni Qranada Provensiyasına birləşdirilir. == Nəticəsi == Daxili çəkişmələr səbəbindən öz güclərini artırmağa imkan olmaması səbəbindən bütün Kolumbiya əraziləri bir ildən sonra İspaniyanın işğalına məruz qalır.
Bizansda vətəndaş müharibəsi (1321-1328)
Bizansda vətəndaş müharibəsi (1321-1328) — Bizans İmperatorluğunun idarəsi səbəbilə Bizans İmperatoru II Andronikos və nəvəsi III Andronikos arasındakı bir sıra qarşıdurmalar. Qardaşı Manuilin bir sevgi münasibəti səbəbilə qəza ilə öldürülməsindən sonra II Andronikos III Andronikosu taxtdan salarkən II Andronikosun oğlu və imperatorluğa namizəd olmağa ilk sırada olan IX Mixail oğlunun ölümünün şoku ilə öldü. == 1321: İlk münaqişə == III Andronikosun mühüm tərəfdarları var idi, onların arasında ən önəmliləri könhə imperatordan narazı olan Frakiyada özlərini rüşvətlə qubernator elan edən VI İoannis və Sirgiannis Paleologos da var idi. 1321-ci il Pasxa bayramında III Andronikos paytaxtda sarayını qurub babasına qarşı üsyana başlamaq üçün Ədirnəyə qaçdı. Sirgiannis Paleologos keçmiş imperatoru danışıqlara məcbur etmək üçün orduya əmr verdi. Barışıq sazişi 6 iyun 1321-ci ildə imzalandı, bu sazişə görə III Andronikos ortaq imperator kimi tanınır və Frakiya, Makedoniyaya rəhbərlik edir, Konstantinopol daxil qalan yerlər isə qocaman imperator olan II Andronikosun idarəçiliyində qalırdı, təcrübəli İmperator olaraq II Andronikos eyni zamanda xarici siyasətə də nəzarət edirdi. == 1322: İkinci münaqişə == 1321-ci il tarixli sülh müqaviləsi uzun ömürlü olmadı, hər iki Andronikos faktiki olaraq bir-birilərindən ayrı müstəqil xarici siyasət aparmağa davam etdilər. III Andronikos ilə Sirgiannes Paleologos və Ali Baş Komandan İoannis Kantakuzinos arasında münaqişə yarandı. Sirgiannes verdiyi dəstək səbəbiylə kifayət qədər təltif edilmədiyini fikirləşirdi və II Andronikosun Kantakuzinosa daha çox diqqət göstərməsindən inciyirdi. Bundan əlavə III Andronikosun Sirgiannesin həyat yoldaşı ilə aldatdığı barədə şayiələr var idi.
Bizansda vətəndaş müharibəsi (1373-1379)
Bizansda vətəndaş müharibəsi (1373–1379) Bizans İmperiyasında Bizans İmperatoru V İoannis ilə oğlu IV Andronikos arasında olan eyni zamanda Osmanlı İmperatoru I Muradın oğlu Savcı bəy Andronikos ilə birgə atasına qarşı olan üsyana qoşulunca Osmanlı vətəndaş müharibəsinə çevrilən hərbi qarşıdurmadır. Üsyan Andronikos 1373-cü ildə atasını devirməyə çalışarkən başladı. Genuyanın köməyi ilə uğursuz olsa da, Andronikos sonda 1376-cı ildə V İoannisni devirərək onu həbs etdi. Lakin V İoannis 1379-cu ildə qaçdı və Osmanlı İmperiyasının köməyi ilə yenidən taxtına qayıtdı. Vətəndaş müharibəsi əsrin əvvəlində olan dağıdıcı vətəndaş müharibələrinin zəiflətdiyi Bizans İmperiyasını daha da zəiflətdi. == Arxa plan == 1354-cü ildə V İoannis İmperiyanın yeganə suverenliyini qəbul edərkən açıq şəkildə Qərbyönümlü xarici siyasət yeritdi. Bacısının evlənməsinə görə Lesbosu genuyalılara verdi, Bizansın son Anadolu limanı Herakleya Pontikini Venesiyalılara satdı, bunun müqabilində özünə çox az şey qazandıran bir hərəkət olan Roma-Katolik kilsəsinə geri döndü. Frakyadakı son bölgələri 1365-ci ildə Hadrianapolisi (indiki Ədirnə) ələ keçirən Osmanlılar tərəfindən işğal edildi. Qərbdən kömək istəyən V İoannis V Urbanusu ziyarət etdikdən sonra həmin yay Venesiyaya getdi və bununla da Venesiyalılarla Bozcaada qarşılığında imperatorun borcunu ləğv edən saziş imzaladı. Bizans ərazisini tərk edərkən Konstantinopol və Salonikini idarə etmələri üçün iki oğlu IV Andronikos və Manuili tərk etdi.
Dünya vətəndaşı (film, 2008)
Film Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub. Film Azərbaycanın böyük ziyalısı, ixtiraçı alim Xudu Məmmədovun təzadlı həyatına və zəngin elmi yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifləri Eldar İsgəndərzadə, Rəhman Babaxanlı, rejissoru Şahəddin Mayıloğludur.

Digər lüğətlərdə

надтре́снуто осо́с пи́кнуть подползти́ размусо́ливать растопи́ть рыда́ющий слове́чушко спе́ться ута́иваться де́вка лоску́тный нада́иваться топить горе в вине́ то́ркаться халупа чахать caryopsis emergency ration infinitude pull through read back wrappage жуткий однако