vətəndaş
vəzifə
OBASTAN VİKİ
Vəz
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair — şuşalı tarixçi Əhməd bəy Cavanşir tərəfindən yazılmış və Qarabağ bölgəsinin tarixindən bəhs edən əsər nəzərdə tutulur. == Əlyazması == Əhməd bəy Cavanşir "1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb bitirdikdən sonra onun əlyazmasını qızı Həmidə xanım Cavanşir Tiflisə aparmış və orada Qeyrət nəşriyyatında çap edilməsini təmin etmişdir. == Haqqında == Əsər 1747-ci ildən 1805-ci ilə qədərki dövrdən bəhs edir. Bu dövr ərzində Qarabağ xanlığında baş vermiş sosial-siyasi dəyişikliklərdən, Ağa Məhəmməd xan Qacarın Şuşaya yürüşlərindən, Qarabağ xanlığının digər xanlıqlarla əlaqələrindən əsərdə bəhs edilmişdir. Əsər rusca yayımlanmasından keçən 50 ildən sonra AMEA Tarix İnistitutu tərəfindən 1961-ci ildə azərbaycanca yayımlanmışdır. === Nəşrləri === Джеваншир А. О политическомъ существованiи Карабачскаго ханства съ 1747 по 1805 годъ. — Тифлисъ: тип. Канц. главноначальствующаго гражд. частiю на Кавказѣ, 1884.
Akim (vəzifə)
Akim (qaz. әкім, qırğ. аким) — Qazaxıstan və Qırğızıstanda yerli dövlət hakimiyyəti orqanının başçısı. Akim ölkə prezidentinin rəsmi nümayəndəsidir. == Qazaxıstanda Akim == Qazaxıstanda bələdiyyə başçısı respublika prezidentinin və hökumətinin nümayəndəsi olan (bölgənin, respublika əhəmiyyətli şəhərlərin və ya paytaxtın, bölgənin rayonları və bölgənin kənd rayonlarının rəhbərliyi) rəhbərliyin rəhbəridir. Ölkənin bütün bələdiyyə sədrlərinin (rayon əhəmiyyətli şəhərlər, kənd rayonları, qəsəbə və kəndlər) 91% -i dolayı səsvermə yolu ilə seçilir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərləri Qazaxıstan Baş nazirinin təklifi ilə Prezident tərəfindən təyin edilir. 2013-cü ildən bu yana Qazaxıstan Respublikasının kənd əhəmiyyətli bir hissəsi olmayan kənd şəhərləri, kənd bölgələri, qəsəbə və kəndlərinin rəhbərləri dolayı seçkilər yolu ilə dörd il müddətinə seçilirlər. Seçicilər müvafiq bölgənin məsləhət müavinləridir. 2018-ci ildə yerli özünüidarəetmənin inkişafı konsepsiyası çərçivəsində rayon və rayon əhəmiyyətli şəhərlərin bələdiyyə sədrləri seçkilərinin tətbiq olunmasının məqsədəuyğunluğu məsələsinin hazırlanması nəzərdə tutulmuşdur.
Areola vəzisi
Areola vəzisi və ya Montqomeri vəziləri döş giləsini əhatə edən areolada olan yağ vəziləridir. Areola və döş giləsini yağlanmış və mühafizə edilmiş vəziyyətdə saxlamaq üçün yağlı ifrazatlar (lipoid mayesi) ifraz edirlər. Bu sekresiyalardakı uçucu birləşmələr yeni doğulmuş körpələrin iştahı üçün qoxu stimulyatorları kimi də çıxış edə bilirlər. Dərinin səthində görünən vəzi hissələri “Montgomery tuberculosis” adlandırılır. Dairəvi qabarlar areolada və döş giləsininin üzərində yerləşir. Onlar döş gilələri stimullaşdırıldıqda üzə çıxa və ya qaldırıla bilərlər. Səthin açıqda olan hissəsinin üzərindəki dəri yağlanır və areolanın qalan hissəsindən daha yumşaq vəziyyətə gətirilir. Hamiləlik dövründə tuberkuloz daha aydın görünür.
Aslan Vəzirov
Vəzirov Aslan Fərhad oğlu (13 dekabr 1910, Zümürxan, Cavanşir qəzası – 27 iyun 1988, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (29.06.1945). == Həyatı == Vəzirov Aslan Fərhad oğlu 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub. Aslan Vəzirovun anası gənc qadın Ağca xanım Vəzirova 4-cü övladını dünyaya gətirərkən vəfat etmişdir. Həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də 40 gün ərzində 1912-ci ildə dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy İkinci dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür. Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafkaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928–30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir.
Aslan bəy Vəzirov
Aslan bəy Vəzirzadə və ya Aslan bəy Vəzirov (tam adı: Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə; 6 yanvar 1898, Bakı – 1984, Bakı) — Cümhuriyyət tələbələrindən biri, azərbaycanlı mineraloq, kristalloqraf və professor. Azərbaycan SSR əməkdar elm xadimi, filatelist. Bir müddət Azərbaycan Filatelistlər Cəmiyyətinə rəhbərlik edib. == Həyatı == Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə 6 dekabr 1898-ci ildə anadan olub. 1915-ci ildə Bakı real məktəbini qızıl medalla bitirib Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutuna daxil olub. 1917-ci ildə orada baş verən hadisələrlə bağlı təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıdıb. Burada Hümmət partiyasına üzv olur. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə Avropaya təhsil üçün 100 tələbənin göndərilməsi ilə bağlı qanun layihəsi təqdim etdi. 1 sentyabr 1919-cu ildə qanun qəbul edilir və 1919–1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına 7 milyon rubl ayrılır.
Aslan bəy Vəzirzadə
Aslan bəy Vəzirzadə və ya Aslan bəy Vəzirov (tam adı: Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə; 6 yanvar 1898, Bakı – 1984, Bakı) — Cümhuriyyət tələbələrindən biri, azərbaycanlı mineraloq, kristalloqraf və professor. Azərbaycan SSR əməkdar elm xadimi, filatelist. Bir müddət Azərbaycan Filatelistlər Cəmiyyətinə rəhbərlik edib. == Həyatı == Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə 6 dekabr 1898-ci ildə anadan olub. 1915-ci ildə Bakı real məktəbini qızıl medalla bitirib Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutuna daxil olub. 1917-ci ildə orada baş verən hadisələrlə bağlı təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıdıb. Burada Hümmət partiyasına üzv olur. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə Avropaya təhsil üçün 100 tələbənin göndərilməsi ilə bağlı qanun layihəsi təqdim etdi. 1 sentyabr 1919-cu ildə qanun qəbul edilir və 1919–1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına 7 milyon rubl ayrılır.
Asteriks və Obeliks: Vəzifəmiz Kleopatra (film, 2002)
Asteriks və Obeliks: Kleopatra missiyası — Alen Çabatın ssenari müəllifi və rejissoru olduğu film. Komik kitabdan uyğunlaşdırılmış 2002 Fransa və İtaliya fantaziya komediya filmi olan" Asteriks" Ren Goscinnyand Albert Uderzo tərəfindən prodüserliyi edilib. Ssenari Asteriks və Kleopatra 1968 cizgi filminin əsasıdır. Bu film 1999 filmin davamı kimi çıxış edir. Kristian Klaiver və Jerar Depardye Asterikslə Obelisk kimi öz rollarını repriz, Camel Debbouze, Monika Beluççi, Klod Riç, Grard Darmon, Bayer, Dieudonn və Chabat öz rollarını repriz edib. Bu film, o zaman ən bahalı Fransız kino idi. Film, Fransada kassa filmlərin siyahısında tənqidi uğurlar, Fransada böyük kassa uğuru, 1966-cı illərdən sonra 36 il ərzində özünün ən uğurlu filmi və bütün zamanların ikinci ən böyük kommersiya uğuru olub. Film 107 dəqiqədir. == Məzmun == Asteriks və Oburiks, Misir Kraliçası Kleopatranın xidmətində çalışır. Qəlbini Sezara verən Kleopatra, Sezar istehza davranışlarından sıxılar və onunla bir iddiaya girir.
Azad bəy Vəzirov
Vəzirov Azad bəy Mirzə Həmid bəy oğlu (22 avqust 1869, Şuşa – 1921, Qəzvin) — Çar Rusiyası və Azərbaycanın hərbi lideri, polkovnik. Sovet dövlət xadimi, neft sənayesinin təşkilatçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun atası. == Həyatı == Azad bəy Mirzə Həmid bəy oğlu 22 avqust 1869-cu ildə Şuşa şəhərində anadan olub. Şuşa real məktəbini bitirib. 43-cü Tver draqun alayının nəzdində Yelisavetqrad süvari yunker məktəbinə girib. 20 dekabr 1888-ci ildə hərbi xidmətə başlayıb. 1895-ci ildə Dağıstan piyada alayında qulluq edib. 27 oktyabr 1897-ci ildə kornet rütbəsi, 27 oktyabr 1901-ci ildə poruçik rütbəsi alıb. 1902-ci ildə Dağıstandan Bakı qubеrniyasına dəyişilib. 27 oktyabr 1905-ci ildə ştabs-rotmistr rütbəsinə, 27 oktyabr 1909-cu ildə rotmistr rütbəsinə layiq görülüb.
Azərbaycan Respublikasında ekoloji vəziyyət
== Ətraf mühitə təsir edən amillər == İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. == Ekoloji problemlər == Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. == Ekoloji vəziyyət == Son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır. Aztullantılı texnologiyalardan istifadə, neftlə çirklənmiş ərazilərin reablitasiyası, su hövzələrinin ekoloji vəziyyətinin bərpa olunması, yaşıllaşdırma işlərinin həyata keçirilməsi xüsusi ilə Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərində ətraf mühitinin vəziyyətinin yaxşılaşması ilə nəticələnmişdir. == Meşə sahəsi == Ölkə ərazisinin 12 faizi meşə ilə örtülüdür, 10,3 faizini isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. == Milli park, təbiət qoruğu, təbiət yasaqlığı == Respublikada 10 Mili Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur. Təbii və coğrafi şəraitin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaratmışdır. Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.
Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti (kitab)
"Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti" — 1919-1920-ci illərdə Versal Sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin Parisdə nəşr etdirdiyi üç kitabdan biri. == Məzmunu == Kitabda Azərbaycanın və xüsusilə də Bakının iqtisadi və maliyyə vəziyyəti təsvir edilmişdir. Rəqəmlər və faktlar əsasında dəqiq məlumatlar bu kitab vasitəsilə Versal Sülh konfransının iştirakçılarına çatdırılır. Kitabın ayrıca bölməsində gəlir və xərclər, gömrükdən gələn mənfəətlər, fövqəladə xərclər haqqında ətraflı məlumat verilmişdir. === 1919-cu ilin büdcəsi === Azərbaycan Demokratik Respublikasının 1919-cu il üçün büdcəsi də kitaba daxil edilmişdir. Büdcədən aydın olur ki, gəlir və xərclər bərabər, yəni 665 milyon rubl olmuşdur. Bu rəqəmlərdən maraqlı bir fakt aydınlaşır: Gənc respublika ağır iqtisadi və siyasi şəraitdə yaşasa da, xalq təhsilinə xüsusi fikir verilmiş, onun inkişafı üçün 45 milyon rubl ayrılmışdır. Yalnız hərbi sahə üçün ayrılan 140 milyon rubl məbləğindəki xərc xalq təhsilinə, maarifə ayrılan xərcdən çoxdur. Kitabda verilmiş rəqəmlərdən o da aydın olur ki, xalq maarifinə ayrılmış xərc kənd təsərrüfatına ayrılan xərclərə bərabərdir.
Baba Vəziroğlu
Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Bakı şəhərinin ekoloji-geokimyəvi vəziyyəti
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bartolin vəziləri
Bartolin vəziləri (lat. glandula vestibularis major) uşaqlıq yolu dəhlizində yerləşən nisbətən iri cüt vəzilərdir.
Bağ-i Vəzir (Şəbüstər)
Bağ-i Vəzir (fars. باغ وزير‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 610 nəfər yaşayır (147 ailə).
Böyrəküstü vəzilər
Böyrəküstü vəzilər - lat. glandulae suprarenales cüt daxili sekresiya vəzilərindən olub, böyrəklərin yuxarı ucları üzərində yerləşmişdir. Sağ vəzi üçbucağa və sol vəzi ayparaya bənzəyir; səthləri qabarıqdır, rəngləri sarımtıl və konsinstensiyaları yumuşaqdır. Böyüklərdə hər vəzinin çəkisi 11-18 q (ya 7-20 q) olur; uzunluğu 4-6 sm, eni 2-3 sm və qalınlığı 3–6 mm-dir. == Quruluşu == Böyrəküstü vəzinin ön səthi - lat. facies anterior, dal səthi - lat. facies posterior və aşağı basıq - böyrək səthi - lat. facies renalis vardır. Ön səthi qonşu üzvlərə söykənmiş; bunun üzərində damarlara məxsus qapısı - lat. hilus vardır, dal səthi zəif surətdə diafraqmanın bel hissəsinə və böyrək səthi böyrəyin yuxarı ucuna söykənmişdir.
Bəhram bəy Vəzirov
Bəhram bəy Əsəd bəy оğlu Vəzirov və ya Bəhram bəy Fədаi (23 dekabr 1857, Mirzəcamallı, Şuşa qəzası – 1921, Qaryagin, Qaryagin qəzası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının üzvü, şair, hüquqşünas. == Həyatı == Bəhram bəy Əsəd bəy оğlu Vəzirоv 23 dekabr 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcаmаllı (Şərifbəyli) оbаsındа anadan olub. Sоnrа Şuşa şəhərinə köçüblər. Şuşa Realni Məktəbini bitirdikdən sonra Sankt Peterburq Dövlət Univerisitetinin Hüquqşünaslıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra Qarabağa geri dönmüş və hüquq sahəsində çalışmağa başlamışdır. O, Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarındandır. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, İttihad Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Parlamentdə İttihad fraksiyasına daxil olub. Aprel işğalından (1920) sonra müxtəlif təsərrüfat müəssisə və idarələrində çalışıb.Bəhram bəy sоvеt dönəmində gizli İttihаdа dахil оlub və həmin vахtdаn gizli fəаliyyətə kеçib. Lаkin çох çəkmədən yеrli аdаmlаrın yаzdığı şikаyət ərizələri əsаsındа оrqаn işçiləri оnu, qаrdаşını, qаrdаşıоğlunu izləməyə bаşlаyıblаr və hər üçü də həbs оlunub.
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Camal bəy Vəzirov
Camal bəy Yusif bəy oğlu Vəzirov (1881, Zümürxan, Cavanşir qəzası – 1929, Bakı) — Sovet partiya və dövlət xadimi. == Həyatı == Yusif bəyin üçüncü oğlu Camal bəy 1881-ci ildə anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. 1896-cı ildə Bakı real məktəbinə daxil olmuşdu. 1905-ci ildə real məktəbi bitirib, Bakı şəhər dumasının səhiyyə şöbəsində üçüncü sanitar müdiri vəzifəsində işləməşdi. Sonra iş yerini dəyişib, Bakının böyük neft sənayesi rayonu olan Balaxanıda, neft mədənlərində kantor müdiri vəzifəsində çalışmışdı. 1914-cü il iyun ayının 19-da qabaqcıl fəhlə sinifi kütləvi surətdə çar ordusuna səfərbərliyə alındı, Camal bəy o cümlədən doqquz mindən artıq mədən işçisi orduya aparıldı. Vuruşmalarda döyüş drujinalarından birinə başçılıq edən Camal bəy "asayişi pozduğuna" və "siyasi etibarsız" olduğuna görə tətilin əsas iştirakçıları sırasında tutulub, cəbhəyə göndərildi. Tale onu Türküstan çöllərinə atdı. Camal bəy Cərco şəhər qarnizonundakı birinci əlahiddə piyada keşikçi taqımında xidmət eləməyə başladı.
Cəlal Vəzirov
Cəlal Bədirxan oğlu Vəzirov (5 dekabr 1993, Qaralılar, Beyləqan rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlal Vəzirov 5 dekabr 1993-cü ildə Beyləqan rayonunun Qaralılar kəndində anadan olmuşdur. == Hərbi xidməti == Cəlal Vəzirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət etmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cəlal Vəzirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal Vəzirov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cəlal Vəzirov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Cəlil Vəzirov
Cəlil Həbib oğlu Vəzirov (8 noyabr 1944, Naxçıvan – 19 avqust 2008) — tеаtrşünаs. Аzərbaycan Rеspublikаsının əməkdаr mədəniyyət işçisi (1987), "Qızıl dərviş" (2004), R.Rzа аdınа Bеynəlхаlq ədəbi mükаfаtlаrı lаurеаtı (2004). == Həyatı == Аzərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1968). "Şərq qаpısı" qəzеtində işləmişdir; bаş müхbir, ədəbiyyаt və incəsənət şöbəsinin müdiri оlmuşdur (1968–2003). Cəlil Vəzirov Nахçıvаn tеаtrı tаriхinin, оnun öncül nümаyəndələrinin yаrаdıcılığının tədqiqаtçısıdır. 21 kitаb və brоşürün, оnlаrcа еlmi-tənqidi məqаlənin müəllifidir. Аzərbaycan Tеаtr Хаdimləri İttifаqının (1976), Jurnаlistlər (1978) və Yаzıçılаr (2000) birliklərinin üzvü, Tеаtr Хаdimləri İttifаqı Nахçıvаn Təşkilаtının sədri olmuşdu (1980-ci ildən). 2004-cü ildən Аzərbaycan MЕА Nахçıvаn Bölməsinin İncəsənət, Dil və Ədəbiyyаt İn-tunun Musiqi və Tеаtr şöbəsində еlmi işçi işləyirdi. == Əsərləri == İbrаhim Həmzəyеv, B., 1982; Güldürən-аğlаdаn, Nахçıvаn, 1998; Cаvid dünyаsı. Nахçıvаn, 2005.
Cəmil bəy Vəzirov
Cəmil bəy İsmayıl bəy oğlu Vəzirov (5 mart 1888, Şuşa və ya Zümürxan, Cavanşir qəzası – 19 may 1945, Rusiya imperiyası və ya Rusiya) — Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı (naziri), mühəndis, jurnalist, dövlət xadimi. == Həyatı == Cəmil bəy Vəzirov 1886-cı ildə Cavanşir qəzasının Zümürxan kəndində dünyaya gəlmişdi. Bakı real məktəbini bitirəndən sonra Kiyev Politexnik İnstitutuna daxil olmuşdu. Kiyev Politexnik İnstitutunun kimya şöbəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, burda əməli mübarizə məktəbi keçmiş və proletar döyüşçüsü kimi yetişmiş Cəmil bəy 1917-ci ildə Bakıya gəldi. Gələn gündən inqilabi fəaliyyət göstərməyə başladı. Eyni zamanda da şəhər ərzaq komitəsində manufaktura şöbəsinin müdiri vəzifəsində çalışdı. 1918-ci ilin iyul ayının 31-də Cəmil bəy keçmiş vəzifəsindən azad olunub, Şəhər telefon şəbəkəsində müfəttiş vəzifəsində işlədi. 1919-cu ildə bir-birinin ardınca Azərbaycan və rus dillərində leqal və qeyri-leqal qəzetlər nəşr olunmağa başladı. Cəmil bəy də bu mətbuat orqanlarının yaranmasında və nəşrində yaxından iştirak edirdi. 1919-cu ilin axırlarında "Novıy mir" qəzetinin ilk nömrəsi çapdan çıxdı.
Daxili sekresiya vəziləri
Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae (lat. endo - daxilə, lat. crino - ifraz edirəm) lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus adını daşıyır. Bəzən bunlara qapalı vəzilər - lat. glandulae clausae deyilir. Bu xüsusiyyət ilə xarici sekresiya vəzilərindən fərqlənir.
Dilaltı vəzi
Dilaltı vəzi lat. Glandula sublingualis — ağız boşluğu dibinin selikli qişasının altında lat. m. mylohyoideus üzərində yerləşmişdir. Uzunsov olub, uzunluğu 3-4 sm, eni və qalınlığı 1 sm və çəkisi 5q-dır. vəzin bir neçə axacağı vardır, bunlardan bəzisi — lat. ductus sublingualis minores ayrıca olaraq dilaltı büküşdə və bəzisi bir-birilə birləşərək — lat. ductus sublingualis major (Bartolini — BNA) adı ilə dilaltı ətciyi üzərində lat. ductus submandibularis ilə birlikdə xüsusi ağız boşluğuna açılır. Vəzifəsi şəffaf qələvi reaksiyalı, xüsusi çəkisi 1,006-1,008, tərkibində ptialin və salivin fermentlər olan ağız suyu lat.
Dövlət Fövqəladə Vəziyyət Komitəsi
Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) − SSRİ-də 1991-ci ilin 18 avqust − 20 avqust tarixləri arasında hakimiyyəti ələ almış 8 nəfər yüksək vəzifəli şəxsdən ibarət qurum. Sonradan "Avqust qiyamı" adı ilə tanınan və dövlət çevrilişi kimi qiymətləndirilən bu qurumun hakimiyyət dövrü cəmi 3 gün davam etmişdir. Qurumu təşkil edənlərdən, intihar etmiş 1 nəfər istisna olmaqla, yerdə qalan digərləri həbs olunsalar da, həbs olunanlardan hamısı daha sonra amnistiya ilə azadlığa buraxılmış və onlardan biri məhkəmə hökmü ilə bəraət almışdır.

Digər lüğətlərdə

без ме́ры грацио́зность кате́дер-социали́ст первопу́тье политика́н прожурча́ть реабилити́ровать ту́чка бекаси́ный домино́шник кости́ть разрустова́ть уготовля́ть circus fliers Gipsy-flower gust ka monkey-puzzle posh re-let Xianggang маклер надстройка отдых светофильтр