WALK

walk1

n (pl walks) 1. piyada gəzmə, gəzib dolaşma, ayaqseyrinə çıxma; to have a ~ gəzib dolaşmaq; to go for a ~ gəzməyə getmək; to take a ~ gəzmək, ayaqseyrinə çıxmaq; The baby is learning to walk Uşaq gəzməyi öyrənir; 2. gəzinti; long / short ~ uzun / qısa gəzinti; morning / evening ~ səhər / axşam gəzintisi; She’s taken the. dog for a walk O, iti gəzməyə aparıb; 3. yeriş, yeriş tərzi; I recognized him at once by his walk Mən onu dərhal yerişindən tanıdım; 4. addım; to go at a ~ addım-addım yerimək; 5. məsafə; a mile’s ~ from here buradan bir mil məsafədə; The station’s just a ten-minute walk from here Vağzal buradan təxminən on dəqiqəlik məsafədədir; 6. gəzinti yeri, seyrəngah; My favourite walk is in the neighbourhood Mənim sevimli gəzinti yerim qonşuluqdadır; 7. hasarlanmış yer (otlaq və s.);

◊ a ~ of life peşə, məşğuliyyət; ictimai vəziyyət; She has friends from all walks of life Onun müxtəlif peşə sahibləri arasında dostları vardır

walk2

v 1. piyada / ayaqla getmək, ayaqseyrinə çıxmaq; When it’s a nice day, I walk to work, Hava yaxşı olanda mən işə piyada gedirəm; 2. yerimək, hərəkət etmək / gəzib dolaşmaq / var-gəl etmək; He was walking up and down the station platform O, dəmiryol stansiyasının platformasında gəzib dolaşırdı / var-gəl edirdi; to ~ slowly / steadily yavaş / aramsız / dayanmadan yerimək; 3. aparmaq, gəzdirmək, gəzməyə aparmaq, dolandırmaq (atı, iti və s.); 4. zahir olmaq, zühur etmək, görsənmək (xəyal, kölgə, kabus); The ghost walks at midnight Kabus gecə yarısı peyda olur / zühur edir; to ~ about gəzmək, gəzib dolaşmaq, dolaşmaq; We could hear him all night walking about the room Biz onun bütün gecəni otaqda gəzişməsini eşidirdik; to ~ around dolaşmaq, gəzib dolaşmaq; I have walked this district for miles around Mən bütün bu rayonu eninə-uzununa gəzib dolaşmışam; to ~ away uzaqlaşmaq, çıxıb getmək; to ~ away from smb. / smth. 1) bir kəsi / şeyi asanlıqla ötüb keçmək; 2) bir kəsə / şeyə qalib gəlmək, bir kəsi məğlub etmək; Tom walked away from all his enemies Tom bütün düşmənlərinə qalib gəldi; to ~ away / off 1) aparmaq, özü ilə aparmaq; The mother walked the child away Ana uşağını özü ilə apardı; 2) uzaqlaşmaq, çıxıb getmək; He didn’t like our attitude and at once walked off O bizim ona olan münasibətimizi xoşlamadı və dərhal çıxıb getdi; to ~ away / off with 1) oğurlamaq, qaçırmaq; Someone has walked off with my umbrella Kimsə mənim çətirimi oğurlayıb; 2) yüngül / asanlıqla qələbə çalmaq / qazanmaq / əldə etmək; Smith walked away with the match Smit asanlıqla yarışda qələbə çaldı / qazandı; to ~ back geri qayıtmaq; to ~ in / into 1) içəri girmək, daxil olmaq; 2) məc. düşmək (ehtiyatsızlıq ucbatından); They set a trap for him and he walked right into it Onlar onun üçün tələ qurdular və o da düz o tələyə düşdü; 3) bir kəslə / şeylə toqquşmaq; She wasn’t looking where she was going and walked straight into me O hara getdiyinə baxmırdı və odur ki, mənimlə toqquşdu; to ~ on 1) irəli getmək; 2) davam etdirmək (gəzintini); to ~ out çıxıb getmək (etiraz əlaməti olaraq); to ~ out with gəzmək (bir kəslə); to ~ out on smb. bir kəsi tərk etmək / atmaq / qoyub çıxıb getmək; He had a row with his wife and just walked out on her O, arvadı ilə savaşdı və onu atıb çıxıb getdi; to ~ over 1) adlayıb / üstündən keçmək; 2) hesablaşmamaq; pis rəftar etmək; 3) rəqibini asanlıqla ötüb keçmək, yüngül qələbə qazanmaq (yarışda və s.); to ~ up to smb. / smth. 1) bir kəsə / bir şeyə yaxınlaşmaq; She walked up to the desk and asked to see the manager O, piştaxtaya / kontorkaya yaxınlaşdı və meneceri görmək istədiyini bildirdi; 2) gəzmək, dolaşmaq; She walked up Oxford Street O, Oksford küçəsi boyunca gəzdi /dolaşdı; 3) yuxarı çıxmaq, qalxmaq;

◊ to ~ in on smb. qəflətən yaxalamaq; heyrətə salmaq; to ~ out on smb. əkilmək, pis gündə qaçmaq, yayınmaq (bir kəsdən); to ~ the boards aktyor olmaq; to ~ on air ≅ gözü ayağının altını görməmək, sevincdən uçmaq; to ~ the floor var-gəl etmək; to ~smb. round bir kəsi barmağına dolamaq; to ~ in golden / silver slippers ≅ cah-calal içərisində üzmək, çox zəngin olmaq; Don’t run before you can walk ≅ Çayı keçməmiş "hop" demə! /Çay gəlməmiş çırmanma

WALE
WALK-UP
OBASTAN VİKİ
Star Walk
Star Walk Vito texnologiyası tərəfindən mobil proqram bazarında 2001-ci ildən təqdim olunan İOS, Android, Amazon üçün təkmilləşdirilmiş tətbiqetmədir. Star Walk proqramının məqsədi həvəskar kosmonavtlara, tələbələrə və peşəkarlara gecə səmasında 200.000-dən çox olan ulduzlar, planetlər, bürclər və peyklərin yerləşməsini bilməyə və müəyyən edilməsinə kömək etməkdir. Çıxdığı vaxtdan bəri Star Walk 5 milyon dəfədən çox yüklənmişdir. == Funsionallığı == Tətbiqetmə istifadəçilərə real vaxtda göy cismləri, ayın fazaları, meteor yağışları, iridium parlamalarını tədqiq etməyə, gündəlik gün doğuşu və batımı vaxtlarını, yüksəlmə bucağı və günün uzunluğunu bilməyə imkan verir. Tətbiqetmədəki cisimlərin çoxu geniş informasiyası ilə tamamlanıb. Star Walk istifadəçilərə təqvimə xatırlamaq üçün əlavə edilə bilən, gələcək astronomik hadisələrin siyahısını göstərir. Həmçinin tətbiqetmə zaman maşını xüsusiyyəti ilə təchiz olunmuşdur ki, bu keçmiş və gələcək səmanın xəritəsini kəşf etməyə şans tanıyır. Bununla yanaşı Star Walk artırılmış şəffaflıq üçün İOS kamera istifadə edir. Özündə ulduz xəritəsi ilə birlikdə şəkil və məlumatı birləşdirməklə istifadəçilərə səma cisimlərinin real zaman görüntüsünü göstərir. == Buraxılışı == Star Walk İphone və İPod üçün noyabrın 8-i 2008-ci ildə təqdim olunub.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
You Let Me Walk Alone
You Let Me Walk Alone (azərb. Sən məni yolda yalnız qoydun‎) — Almaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mixael Şulte "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mixael Şulte, Tomas Stenqaard, Nisse İnqversen və Nina Müller tərəfindən bəstələnmişdir.
You Let Me Walk Alone (Mixael Şulte mahnısı)
You Let Me Walk Alone (azərb. Sən məni yolda yalnız qoydun‎) — Almaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mixael Şulte "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mixael Şulte, Tomas Stenqaard, Nisse İnqversen və Nina Müller tərəfindən bəstələnmişdir.
Anthactinia walkeri
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Calophyllum walkeri
Calophyllum walkeri (lat. Calophyllum walkeri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Euonymus walkeri
Euonymus walkeri (lat. Euonymus walkeri) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
George Arnott Walker-Arnott
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
George Walker Bush
Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[…], Nyu-Heyven[d]) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. == Həyatı == Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
Passiflora walkeri
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Senecio walkeri
Senecio walkeri (lat. Senecio walkeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Walking Out (mahnı)
Walking Out (azərb. Çölə çıxmaq‎) — Ermənistanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Srbuk "Walking Out" mahnısı ilə Ermənistanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Lost Capital və tokionine, sözləri isə Qarik Papoyana aiddir.
Walkie
İvan Vitalyeviç Petunin (rus. Иван Витальевич Петунин , 24 may 1995, Beloreçensk, Krasnodar diyarı – 30 sentyabr 2022, Krasnodar) daha çox Walkie kimi tanınır(keçmişdə Walkie T) — rusiyalı hip-hop ifaçısı və batl-reper. Rusiyada iştirak etdiyi rep-batl sayına görə ilk yeri tutur. == Bioqrafiya == === Erkən həyatı === İvan Petunin 1995-ci il 24 may tarixində dünyaya göz açıb. 14 yaşında Eminem və Tupak Şakurdan ilhamlanaraq rep oxumağa başlayıb. Batl-rep karyerasına 2012-ci ildə Slovo(ru) protekti çərçivəsində başlayıb. 2015-ci ildə hərbi xidmətə yolanıb. === İlk məşhurluq === 2016-cı ildə ordudan qayıtdıqdan sonra Sankt-Peterburqa köçüb və #SLOVOSPB proyekti tərkibində fəaliyyət göstərməyə başlayıb. Rəqibi ilə saxta dava şousu hazırladığına görə protyektdən kənarlaşdırılılmasına baxmayaraq ilk məşhurluğunu qazanıb. 2017-ci ildə Versus(ru) protekti çərçivəsində batllarda iştirak edib.
аспира́т индигоно́сный колеба́тельно лабиодента́льность наусти́тель обре́зчик стери́льность трёха́ктный целести́новый амбицио́зно дифтери́йный класть яйца стишо́нки Allie benumbed canister-shot fathom intraoperative Jamestown mottled shammer sicilienne sportdom жёлчь заполоснуть