WEAR

wear1

n I 1. geymə, geyilmə; a suit for everyday ~ gündəlik geyilən pencək, hər gün geyilən kostyum; 2. dəbdə olma; Large hats are now in wear Böyük şlyapalar indi dəbdədir; 3. paltar; a dress for summer ~ yay paltarı; working ~ iş paltarı; beach ~ çimərlik paltarları; 4. köhnəlmə, dağılma, yırtılma; sürtülüb yırtılma; dağılma, yırtma; The carpets are showing wear Xalçalar sürtülüb yırtılıb; 5. möhkəm olma, davamlı olma (geyim haq.); There is still much wear in these shoes Bu çəkmələri hələ çox geymək olar;

◊ ~ and tear işlənib köhnəlmə / xarab olma; ~ and tear of life həyat çəkişmələri, həyat uğrunda mübarizə

wear2

v 1. geyinmək, geymək (bir şeyi); She wore a black gown O, qara paltar geyinmişdi; to ~ shoes / stockings qaloş / corab geymək; I have nothing to wear Mənim geyməyə heç nəyim yoxdur; 2. taxmaq (eynək, üzük və s.); She wore glasses O, eynək taxmışdı; 3. qoymaq (bığ və s.); 4. saxlamaq (saç, hörük); to ~ one’s hair long / in a braid saçını uzun / hörükdə saxlamaq; 5. gəzdirmək; to ~ a sword / a cane qılınc / əl ağacı gəzdirmək; 6. görkəmi / görünüşü olmaq; She wore an angry frown Onun qaşqabaqlı / acıqlı görkəmi vardı; 7. geyilmək; dağılmaq, yırtılmaq (paltar, ayaqqabı və s.); I have worn my socks into holes Mən corablarımı tamam yırtmışam; 8. yumaq, yuyub aparmaq, dağıtmaq; sürtmək; The water has worn a channel Su kanalı yuyub aparıb / dağıdıb; 9. davamlı olmaq; This cloth wears well Bu mahud davamlıdır / möhkəmdir; 10. yormaq, əldən salmaq, əldən düşmək; to be worn by anxiety təlaşdan əldən düşmək; 11. yaxınlaşmaq, başa çatmaq (vaxt haq.); The day wears towards its close Gün başa / sona çatır; to ~ away silmək, silinmək; sürtüb / silib aparmaq; Time has worn away the inscription Zaman kitabəni silib aparıb; to ~ down 1) dağılmaq, yırtılmaq; sürtülmək; The heels of these shoes are worn down Bu ayaqqabıların dabanları yeyilib; 2) əldən düşmək, üzülmək; zəifləmək; She was worn down by overwork Hədsiz iş onu üzüb / əldən salıb; 3) qırmaq, sındırmaq (müqavimət və s.); to ~ down the enemy’s resistance düşmənin müqavimətini qırmaq / sındırmaq; to ~ off 1) azalmaq, yox olmaq; sürtmək, sürtülmək; The pain is slowly wearing off Ağrı yavaş-yavaş yox olur / azalır; 2) unutmaq, yaddan çıxarmaq; to ~ off an impression təəssüratı unutmaq / yaddan çıxartmaq; to ~ on tədricən yaxınlaşmaq / başa çatmaq (vaxt və s. haq.); As the evening wore on, she became more and more nervous Axşam yaxınlaşdıqca, o daha çox əsəbiləşirdi; to ~ out 1) yırtmaq, dağıtmaq; yırtılmaq, dağılmaq; to ~ out a dress paltarı dağıtmaq / yırtmaq; 2) tükənmək, tükəndirmək (səbri və s.); hövsələdən çıxartmaq; His patience wore (was worn) out Onun səbri tükəndi; 3) yormaq, əldən salmaq; Just listening to his silly chatters wears me out Onun bu səfeh boşboğazlıqlarına qulaq asmaq məni əldən salır / yorur

WEAPONRY
WEARABLE
OBASTAN VİKİ
Android Wear
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Wear OS
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Neoseiulus wearnei
Neoseiulus wearnei (lat. Neoseiulus wearnei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
антропоге́нный вступи́тельный груди́нковый коррумпи́рованный повяза́ть след флако́нчик автоба́н гран при́ гра́ция междупу́тье обхвати́ть переизбира́ть пе́рсиковая елдыжить манеж awe-struck frock coat Omagh Oriental pulvilli stayer дослать мясоконсервный швейцар