Üçdilim dağrazyanası

Üçdilim dağrazyanası — Hündürlüyü 50–150 sm, gövdəsi əsasında kökətrafı yarpaqların ölmüş qalıqlarından ibarət tünd nazik lifli qın geyinmişdir, düz, silindrik, nazik şırımlı, göyümtül rəngdədir, orta hissəsindən yuxarısı budaqlanmış çoxillik çılpaq ot bitkisidir. Kökü qalındır.[1]

Üçdilim dağrazyanası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Üçdilim dağrazyanası
Beynəlxalq elmi adı

Kökətrafı yarpaqları uzun saplaq üzərindədir; yarpaq ayası üçər olub, iki-üç dəfə yarıya bolünmüşdür; hissələri iridir, uzunluğu 2,5–5 sm-dir, enli yumurtaşəkillidir, qaidə hissəsi ürəkşəkillidir, bütövdür, 3 bölümlüdür, kənarları seyrək və iri dişlidir; yuxarı yarpaqları oturaq, uzun şiş qınlıdır, daha az bölünmüşdür.

Çətirləri uzunluğu (bar verən zaman) 8–12 sm olan (10) 15–20 ədəd uzunluğuna görə eyni olmayan şüalara malikdir. Ləçəkləri ağ rəngdədir. Qını 1–5 ədəd neştərvari tökülən yarpaqcıqlardan ibarətdir və ya yoxdur.

Meyvələrinin uzunluğu 7–8 mm, eni 4 mm-ə yaxındır.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

May-İyul

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

İyul-Avqust

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.dağ. (Şahbuz r.) Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşə və kolluqlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Meyvələrində efir yağı vardır.

  1. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı, 2016