İlham İsmayılov

İlham Mehdixan oğlu İsmayılov (15 iyul 1963, Ucar) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı.

İlham İsmayılov
bayraq
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
17 dekabr 2018-ci ildən
ƏvvəlkiNiyazi Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1963(1963-07-15) (60 yaş)
Doğum yeri
Partiya
Təhsili Azərbaycan Texniki Universiteti,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

İsmayılov İlham 15 iyul 1963-cü ildə Ucar şəhərində anadan olub. 1986-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis ixtisası üzrə fərqlənmə diplomu ilə, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "Politoloq ali və orta təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi" ixtisası üzrə bitirmişdir.

1998–2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuş, 2004-cü ildə "Azərbaycanda demokratiya təsisatlarının formalaşması xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək siyasi elmlər namizədi adını almışdır.

Əmək fəaliyyətinə 1980–1981-ci illərdə Ucar şəhər 2 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin 10 saylı sahəsində fəhlə kimi başlayıb. 1986–1989-cu illərdə Mingəçevir şəhərində Azərbaycan Dövlət İstilik Elektrik Stansiyasında növbə rəisi, Azad Komsomol Komitəsi katibi,1989–1992-ci illərdə Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi,1992–1995-ci illərdə Mingəçevir şəhər Xalq Deputatları Sovetində təşkilat şöbəsinin müdiri, 1999–2004-cü illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2004–2008-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, 2008–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub[1].

Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatı sədrinin müavinidir.

Ailəlidir, üç övladı var.

  1. "İ.M.İsmayılovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]