Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İlham İsmayıl oğlu Nəcəfov — azərbaycanlı musiqiçi. Əməkdar artist,
İlham Nəcəfov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Vikianbarda əlaqəli mediafayllar |
Professor , sənətşünaslıq üzrə fəlsəfə doktoru.
İ. Nəcəfov Ü. Hacıbəyov adına Azərbaycan Dövlət və M. Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyalarını klarnet və ney ixtisasları üzrə bitirməklə, Azərbaycanın ilk ali təhsilli milli nəfəs aləti ifaçısıdır. Milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atmış, xarici səfərlərində Azərbaycan mədəniyyətini təbliğ etmişdir.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə 3 dəfə (24.04.2014; 26.01.2016; 21.11.2017-ci il) solo konsert proqramları ilə çıxışları olmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu", "Qız Qalası", "Vaqif", "Gəlin Qayası" və "İntizar" operalarının tamaşası üçün simfonik orkestr ilə solo zurna, balaban, tütək alətləri ifa etməklə mövzunun illüstrasiyalarına nail olmuşdur.
Milli musiqi tariximizdə ney aləti ifaçısı kimi ilk dəfə olaraq, Dövlət Teleradio Verilişləri Şirkətinin fonotekasında "Qızıl fond" üçün lentə alınan 40-dan çox muğam, mahnı və rəqsləri saxlanılır. A. Məlikov, S. Ələsgərov, A. Əlizadə, Emin Sabitoğlu, Rauf Babayev, Ramiz Mirişli, S. Kərimi, Firəngiz Əlizadə, C. Quliyev, C. Əmirov, E. Mansurov və başqa Azərbaycan bəstəkarlarının filmlərinə yazılmış musiqilər məxsusi olaraq onun ifa etdiyi ney aləti üçün nəzərdə tutulmuşdur.[mənbə göstərin] A. Əlizadənin "5-ci Simfoniya"sının səsləndirilməsi üçün nəzərdə tutulan balaban, ney, zurna ifaçısı kimi və eləcə də, F. Əlizadənin məşhur violençel ifaçısı Yo-Yo Ma üçün bəstələdiyi "Dərviş" əsərinin tütək, ney ifaçısı olaraq "İpək yolu" transkontinental layihəsi üzrə Amerikanın, Avropanın, həmçinin dünyanın bütün qitələrinin ən nüfuzlu konsert salonlarında Azərbaycan mədəniyyətini uğurla tərənnüm etmişdir. "YUNESKO" xətti ilə keçirilən dövlət əhəmiyyətli bir çox silsilə tədbirlərdə (2005-ci ildə "YUNESKO"nun 60 illik yubileyi, 2009-cu ildə Xalq rəssamı, Dövlət mükafatı laureatı S. Bəhlulzadənin 100 illik yubileyi, 2017-ci ildə İ. Nəsiminin edam edilməsinin 600 illiyi), 2018-ci ildə "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsi üzrə və VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində və 2019-cu ildə İ. Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı Şəki şəhərində "İpək Yolu" X Beynəlxalq Musiqi Festivalı konsert proqramlarında "Nəsimiyə ithaf" musiqili tamaşanın iştirakçısı olmuşdur. Heydər Əliyev Fondunun layihəsi üzrə "Azərbaycan Muğamı" ("Humayun", "Bayatı Şiraz", "Bayatı kürd"-2009) və "Balaban" adlı kompakt disk toplularında və "Avroviziya mahnı müsabiqəsilə bağlı "Bizimkilər" layihəsində tələbələr ilə birgə ("Yeni Nəfəs" qrupu) fəal iştirak etmişdir. 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.