İli-Qazax Muxtar dairəsi[1] (qaz. ىله قازاق اۆتونومىيالى وبلىسى; çin. ; uyğ. ئىلى قازاق ئاپتونوم ۋىلايىتى) — Çinin Sincan-Uyğur Muxtar Rayonu ərazisinə daxil olan muxtar dairə. Dairə Çinin şimal-şərq hissində yerləşir.
İli-Qazax Muxtar dairəsi | |
---|---|
qaz. ىله قازاق اۆتونومىيالى وبلىسى; çin. 伊犁哈薩克自治州; uyğ. ئىلى قازاق ئاپتونوم ۋىلايىتى | |
44°26′59″ şm. e. 84°59′09″ ş. u.HGYO |
|
Ölkə | Çin |
Daxildir | Sincan-Uyğur Muxtar Rayonu |
İnzibati mərkəz | Külcə |
Ən böyük şəhəri | Külcə |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1954 |
Sahəsi | 273 200 km² |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 3 880 000 nəfər (2000) |
Etnik tərkib |
xanlar — 45,2 %, qazaxlar — 25,4 %, uyğurlar — 15,9 %, dunqanlar — 8,3 %, monqollar — 1,69 %, sibolar — 0,83 % |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 833400 |
Avtomobil nömrəsi | 新D、新F、新G、新H |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
1757-ci ildə Cunqar xanlığının çinlilərin Sin sülaləsi imperatoru Aysinqioro Xunlinin hakimiyyəti dönəmində varlığına son qoması ilə ərazi çinlilərin əlinə keçir. 1761-ci ildə ərazidə Sinszyan (Yeni Torpaq) vilayəti yaradılır. İli çayı vadisində isə uyğur və qazaxların köçəri icmaları dərbəst yaşıyırdılar. Hətta ərazinin bir qismi Böyük Cuzun tərkibinə daxil idi. XIX əsrdə İli vilayəti ərazisində müstəqil İli sultanlığı yaradılır. Rusiya İmperiyası ilə münaqişədə sultanlıq müstəqilliyini itirərək imperiyanın tərkibinə keçir. Rusiya bir müddət sonra Sin imperiyası ilə imzaladığı Livadiy və Peterbur anlaşmaları ilə İli sultanlığının ərazisini Çinə qaytarır.
1916-ci ildə Rusiya ipmeriyasında yaşayan bir qrup qazaklar təqiblərə və işgəncələrə məruz qalmamaq məqsədi ilə bu əraziyə pənah aparmışlar. Rusiya vətəndaş müharibəsi zamanı ağlar, qazaxlar və uyğurlar əraziyə köç etmişlər.
1930-cı illərdə qazaxlar, uyğurlar, tatarlar və özbəklər artıq SSRİ-dən, Qazaxıstanda baş verən açlıqdan (1932-1933) və komunistlərin təqiblərindən əraziyə kütləvi şəkildə pənah gətirmişdilər.
1950-ci ildə ərazidə İli rayonu (伊犁专区) yaradılır və 12 uezdə bölünür.
1954-ci ildə bölgədə ərazinin etnik xüsusiyyətləri nəzərə alınaraq İli-Qazax Muxtar dairəsi yaradılır. 1955-ci ildə dairənin ərazisinə İli, Altay və Taçen rayonları daxil edilir.
1962-ci ildə Çində ölkə əhalisinin çinliləşdirilməsinə etiraz olaraq SSRİ-yə köç etmişlər.
1970-ci ildə Taçendə Çuquçaq vilayəti təşkil edilir. 10 sentyabr 1975-ci ildə İli-Qazax Muxtar dairəsinin inzibati mərkəsi Kulcadan Kuytun şəhərinə köçürülür.
İli-Qazax Muxtar dairəsi Tyan-Şan dağları ilə iki hissəyə bölünür. Tyan-Şandan şimalda Cunqariyada Altay və Çuquçak vilayətləri, həmçinin Kuytun uezdi yerləşir. Tyan-Şan dağlarından cənubda dairənin dalan hissəsi yerləşir. Dairənin tərkibinə 2 Şəhər Uezdi, 7 Uezd və 1 Muxtar Uezd daxildir.
# | Status | Adı | Heroqliflər | Pinin | Uyğurca (ərəb əlifbası) |
Uyğur dili (latın əlifbası) |
Əhali (2003) |
Sahəs (/km²) |
Əhalinin nisbəti (/km²) |
---|---|---|---|---|---|---|---|---|---|
* | Dairə | Altay | 阿勒泰地区 | Ālètài Dìqū | تارباغاتاي ۋىلايىتى | Altay Wilayiti | 561,667 | 117,800 | 5 |
Dairə | Çuquçak | 塔城地区 | Tǎchéng Dìqū | تارباغاتاي ۋىلايىتى | Tarbaghatay Wilayiti | 994.776 | 104,546 | 16 | |
1 | Şəhər uezdi | Kulca | 伊宁市 | Yīníng Shì | غۇلجا شەھىرى | Ghulja Shehiri | 430,000 | 629 | 684 |
2 | Şəhər uezdi | Kuytun | 奎屯市 | Kuítún Shì | كۈيتۇن شەھىرى | Küytun Shehiri | 300,000 | 1,171 | 256 |
3 | Uezd | Kulca | 伊宁县 | Yīníng Xiàn | غۇلجا ناھىيىسى | Ghulja Nahiyisi | 360,000 | 4,486 | 80 |
4 | Uezd | Xoçen | 霍城县 | Huòchéng Xiàn | قورغاس ناھىيىسى | Qorghas Nahiyisi | 360,000 | 5,466 | 66 |
5 | Uezd | Tokkuztara | 巩留县 | Gǒngliú Xiàn | توققۇزتارا ناھىيىسى | Toqquztara Nahiyisi | 160,000 | 4,124 | 39 |
6 | Uezd | Kyones | 新源县 | Xīnyuán Xiàn | كۈنەس ناھىيىسى | Künes Nahiyisi | 300,000 | 7,583 | 40 |
7 | Uezd | Monqolkyore | 昭苏县 | Zhāosū Xiàn | موڭغۇلكۈرە ناھىيىسى | Mongghulküre Nahiyisi | 160,000 | 10,465 | 15 |
8 | Uezd | Tesek | 特克斯县 | Tèkèsī Xiàn | تېكەس ناھىيىسى | Tékes Nahiyisi | 160,000 | 8,080 | 20 |
9 | Uezd | Nilki | 尼勒克县 | Nílèkè Xiàn | نىلقا ناھىيسى | Nilqa Nahiyisi | 160,000 | 10,130 | 16 |
10 | Çapçal-Sibo muxtar uezdi | 察布查尔锡伯自治县 | Chábùchá'ěr Xībó Zìzhìxiàn | ئاپتونوم يېزىسى چاپچال شىبە | Chapchal Shibe Aptonom Nahiyisi | 170,000 | 4,489 | 38 |
Dairənin 273.200 km² təşkil edir. Ərazinin böyük hissəsi səhralıqlardan ibarətdir. Kontinental ilqimə malik ərazidə əhalinin bir hissəsi köçəri həyat sürür. Dairədə 2000-ci ilə olan məlumata əsasən 3.880.000 nəfər yaşayır. Əhalinin milli tərkibi Çinlilər (Xanlılar) 45,2 %, Qazaxlar 25,4 %, Uyğurlar 15,9 %, Dunqanlar (8,3 %), Monqollar (1,69 %), Sibolardan (0,83 %) ibarətdir. Daiənin mərkəzi Kulca şəhəridir. Ən böyük şəhər isə Altaydır.