İmperator Novorosiyski Universiteti

İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi.

Odessa Universiteti
ОНУ, ОНУ ім. І. І. Мечникова, ОДУ ім. І. І. Мечникова, ОДУ, Новоросійський університет
Loqonun şəkli
Əsası qoyulub 13 may 1865
Ölkə
Sayt onu.edu.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir.

Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası.

Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi.

Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir.

Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir. Ukraynanın ali təhsil müəssisələrinin reytinqində Odessa universiteti 9-cu yeri tutur.

Fakultələr və ixtisaslar

[redaktə | mənbəni redaktə et]
  • Biologiya fakültəsi
  • Geoloji-coğrafiya fakültəsi
  • Tarix fakültəsi
  • Romano-alman filologiya fakültəsi
  • Kimya fakültəsi
  • Fizika fakültəsi
  • Filologiya fakültəsi
  • İqtisadiyyat və hüquq fakültəsi
  • Fəlsəfə fakültəsi
  • Sahibkarlıq və sosial iş kolleci
  • Ali məktəbə qədər hazırlıq fakültəsi
  • Xarici vətəndaşlar üçün hazırlıq fakültəsi

Pervomaysk, İliçevsk və Nikolayev şəhərlərində OMU-nin filialları olan tədris-elmi mərkəzlər yerləşir.

Universitetin nəzdində Ukraynanın ən böyük və ən qədin elmi kitabxanalarından biri olan Elmi kitabxana işləyir. 1817-ci ildə əsası qoyulmuş kitabxana 3.6 milyondan çox cild fonduna malikdir.

OMU-nin botanika bağı, Ukraynada, ən qədim və məşhur, dünya bitki aləminin müxtəlifliyinin saxlanılmasının elmi mərkəzindən, 1867-ci ildə əsası qoyulmuş, biridir.

1865-ci ildə yaradılmış Petroqrafo-mineralogiya muzeyi həmçinin Odessa universitetinin tərkibinə daxildir və milli var-dövlətdir. Muzey fondları bütün dünyadan toplanmış 12500 nümunə təşkil edir. Muzeyin ən qiymətli toplantısı Ukraynada və Avropada olan meteoritlərin ən zəngin kolleksiyasıdır.

OMU-nin nəzdində işləyən zoologiya və paleontologiya muzeyləri Ukraynanın ən qədim muzeylərinə aiddir. Paleontologiya muzeyi isə bundan başqa dünyanın 10 ən yaxşı muzeyinə aiddir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • onu.edu.ua — Odessa Universitetinin rəsmi saytı
  1. 1 2 Directory of Open Access Journals. 2003.