İrmaşlı Kilsəsi

İrmaşlı Kilsəsi və ya yerli xalq arasında Pir olaraq bilinən XVI–XVII əsrə aid olduğu güman edilən xristyanlıq abidəsi.

İrmaşlı Kilsəsi
Xəritə
40°46′43″ şm. e. 45°49′37″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şəmkir
Yerləşir Dağ Daşbulaq kəndi
Tikilmə tarixi XVI-XVII əsrlər
İrmaşlı Kilsəsi (Azərbaycan)
İrmaşlı Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə Şəmkir Rayonunun Dağ-Daşbulaq kəndi (əvvəllər Dağ İrmaşlı) ərazisində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir.[1]

Kilsənin şərq divarının aşağı hissəsindəki işləməli daşda erməni dilində "ԵՍ ՊԷԿ ԵԼԽաՆՍ ՈրԴ|Ի ՏՈԼՈՅԽաՆիՍ ԿաՆԿնեՑոՒՑԻ ՍուրԲԽաչՍ ԲԱՐԷԽՈՍ ՊաՐՈՆ | ՏաՐՍաԻՃԻՆ ԹՎ" yazıldığı məlum olmuşdur.[1]

Alman qafqazşünası Yost Gippertə görə mətnin tərcüməsi "Mən, Elxan bəy, Toloyxanın oğlu, rəhmətlik məlik Tarsayiç üçün bu müqəddəs xaçı qoyuram" olaraq təqdim edilmişdir.[2]

Erməni tarixşünas Samvel Karapetyan isə eyni yazını "Mən Bəki xan, oğlum Voroy xanla bu Müqəddəs Xaçı cənab Tarsaiçin xatirəsinə ucaltdıq."[1][3] kimi oxumağı təklif etmişdir, lakin onun təklif etdiyi versiya Qaciqyan adlı qeyri-müəyyən bir mənbəyə isnad edildiyindən, səhih hesab edilə bilməz. Hətta Karapetyan kilsə ilə bağlı qeydlərində "həmin dövrə aid olduğu bəllidir" deyərək, dəqiq tarix — "1621-ci il" vermişdir. Bu da müəllifə qarşı ciddi güvən əksikliyi yaratmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

İrmaşlı Kilsəsi

  1. 1 2 3 "Arxivlənmiş surət". 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-15.
  2. "Arxivlənmiş surət". 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-19.
  3. "Northern Artsakh", Karapetyan Samvel, səh. 479