İsraildə İvritdilli Yazıçılar Assosiasiyası (ivr. אגודת הסופרות והסופרים העברים בישראל) – İsraildə ivrit dilində yazan yazıçılar və şairlər üçün nəzərdə tutulmuş təşkilat.
İsraildə İvritdilli Yazıçılar Assosiasiyası | |
---|---|
ivr. אגודת הסופרות והסופרים העברים בישראל | |
| |
Fəaliyyəti | ivritdilli ədəbiyyat |
Yaranma tarixi | 1921 |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | İsrail |
Qurucusu | Haim Nahman Byalik |
Üzvləri | 500 |
hebrew-writers.org |
İsraildə İvritdilli Yazıçılar Assosiasiyası 1921-ci ildə Tel-Əvivdə yaradılmışdır. Təşkilatın ilk görüşündə İsraildən və xaricdən olan 70 yazıçı iştirak etmiş və Nahum Sokolov assosiasiyanın fəxri prezidenti seçilmişdir.[1]
Ahad Ha-Am, Yakob Fixman, Aşer Baraş, Aaron Abraham Kabak, Haim Nahman Byalik, Saul Çernixovski, Amaliya Kahana-Karmon kimi ivritdilli yazıçılar təşkilatda fəaliyyət göstərmişdirlər[1][2]
2024-cü ilin məlumatına əsasən təşkilatın 500-ə yaxın üzvü var. Təşkilat tərəfindən keçirilən mədəni tədbirlərdə yazıçılar, dramaturqlar, şairlər, ədəbi tənqidçilər iştirak edirlər. Assosiasiyanın hər il təşkil etdiyi mədəni tədbirlərə kitab təqdimatları, mütaliə sessiyaları, ədəbi müzakirələr, simpoziumlar, ədəbiyyat festivalları daxildir.[2]
Təşkilat Tel-Əvivdə yerləşən "Beyt Hasofer" ədəbi layihəsinə təşkilatçılıq edir. Təşkilat tərəfindən Brenner mükafatı və Lamdan mükafatı kimi bir sıra ədəbi mükafatlar təqdim olunur.[2]
Assosiasiya dünyanın ən böyük ivritcə ədəbiyyat arxivi olan "Gnazim" arxivini idarə edir.[2] Arxiv layihəsi 1951-ci ildə təşkilatın üzvü olan Aşer Baraş tərəfindən yaradılmışdır.[3] Tel-Əviv Mərkəzi Kiitabxanasının binasında yerləşən bu arxivdə ivrit ədəbiyyatına aid əlyazmalar və materiallar saxlanılır.[2]
Assosiasiya tərəfindən hər iki aydan bir "Moznaim" ədəbi jurnalı nəşr olunur.[2] Jurnal 1928-ci ildə keçirilmiş görüş zamanı Haim Nahman Byalikin başçılığı ilə yaradılmışdır. Jurnalın ilk sayı 15 mart 1929-cu ildə nəşr olunmuşdur.[4]