İstehlak (İqtisadiyyat)

İstehlak (ing. Consumption) — Tələbatı yaxud ehtiyacı təmin etmək üçün iqtisadi mənbə sərf etməyi nəzərdə tutan termin.[1]

Müxtəlif iqtisadi məktəblərə mənsub olan iqtisadçılar "istehlak" anlayışını geniş şərh etmişlər. Bunların sırasında ən populyar yanaşmaya görə yalnız hazır məhsul və ya xidmətin satın alınması və istifadəsi istehlak adlanan prossesə rəvac verir. Bununla yanaşı, digər növ xərcləmələr; sabit investisiya, dövlət xərcləri və s. tamamilə ayrı kateqoriyalarda qiymətləndirilir. İstehlakın tədqiqi baxımından müasir iqtisadi sistemə təsirləri olduğu düşünülən iqtisadçı alimlər, Con Meynard Keyns, Milton FridmenFranko Modilyanidir.[2]

İstehlakçının Davranış Nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

İstehlakın mahiyyəti sözügedən nəzəriyyədə tələb əyrisi vasitsi ilə geniş tədqiq olunur. O cümlədən, fərdi qərarların tələb əyrisi üzərindəki təsirləri, İstehlakçının Davranış Nəzəriyyəsi altında Büdcə Məhdudiyyətləri əyrisində və Fərqsizlik Əyrisində təhlil edilir. [3]

  1. Nicat Muradzadə. "İqtisadiyyat nəyi öyrənir və öyrədir?". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
  2. Wiktionary.Consumption
  3. Investopedia. "Consumption Choice Theory". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.