Şəhanə Yusifova

Şəhanə Yusifova — (4 oktyabr, 1991) — azərbaycanlı aktrisa.

Şəhanə Yusifova
Doğum tarixi (31 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası teatr və kino aktyorluğu
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

1991-ci il oktyabrın 4-də Bakı şəhərində neftçi ailəsində anadan olub.

1998—2009-cu illərdə 177 saylı orta məktəbdə oxuyub.

2009—2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və Kino aktyorluğu” fakultəsində təhsil alıb.

2011—2013-cü illərdə Xəzər TV-də “Aramızda qalsın” serialında rol alıb.

2014—2016-cı illərdə ANS TV-də kastinq direktoru olaraq çalışıb.

2017—2018-ci illərdə Mədəniyyət Nazirliyinin nəzdində olan “Sənətsevər” layihəsində aparıcı olaraq fəaliyyət göstərib.

2017—2019-cu illərdə yeniden Xəzər TV-də “Ata ocağı” serialında çəkilib.

2019-cu ildən CBC Sport telekanalında “Danışaq” layihəsində aparıcı olaraq fəaliyyət göstərir.

Hobbi və maraqları kitab oxumaq, film izləmək, səyahət etməkdir.[1][2][3][4][5][6][7]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

1. Son hədd

2. Sonun başlanğıcı

3. Aramızda qalsın (teleserial)

4. Ay brilliant (film)

5. Ata ocağı (serial)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəhanə Yusifova: "Gələcək həyat yoldaşımın xəyanətinə görə ailəmi dağıtmaram" — MÜSAHİBƏ". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  2. Şəhanədən şəhanə FOTOSESSİYA[ölü keçid]
  3. "Защитник футбольного клуба «Кешля» запел и повторил сцену из фильма «O qızı tapın» – ФОТО – ВИДЕО". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  4. ""Ondan övladım olsa, xəyanətini bağışlayaram" - aktrisa Şəhanə Yusifova". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  5. "Azərbaycanlı aktrisa: "Ona görə aktyorla ailə qurmaram ki..." – FOTOSESSİYA". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  6. "5 ildən sonra yenidən "Xəzər"də - fotolar". 2017-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  7. “Keçmişə dönüb baxanda kimsənin haqqına girdiyimi xatırlamıram” - aktrisa-aparıcı ilə MÜSAHİBƏ[ölü keçid]