Şağlaser kənd məscidi — Azərbaycanın Lənkəran rayonunun Şağlaser kəndində yerləşən məscid.
Məscid 2006-cı ildə müasir şərq və milli üslubda inşa edilmişdir. Məscid müasir dövrün tələblərinə uyğun su, kanalizasiya və istilik sistemləri ilə təchiz edilmişdir. Sahəsi 260 kv. metrdir. Burada eyni vaxtda 300 nəfər ibadət edə bilər. 1 günbəzi və 2 minarəsi vardır. Minarələrin hündürlüyü 30 metrə yaxındır. Tikilinin orta hissəsində heç bir divar və sütun yoxdur. Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.[1]