Şahin Şəmsəddin oğlu Hüseynov (27 mart 1987, Gədəbəy rayonu – 3 dekabr 2021, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid.
Şahin Hüseynov | |
---|---|
Şahin Şəmsəddin oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Yenikənd kəndi |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycan Türkü |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003-2005, 2011-2021 |
Rütbəsi | Gizir |
Döyüşlər |
Aprel döyüşləri Vətən müharibəsi |
Təltifləri |
Şahin Hüseynov 27 mart 1987-ci ildə Gədəbəy rayonunun, Yenikənd kəndində dünyaya gəlmişdir. 1993-cü ildə Bilal Qəhrəmanov adına Yenikənd orta məktəbinin 1 sinfinə daxil olub. 2002-ci ildə məktəbi bitirib.
Subay idi.
2003-cü ildə, hərbi xidmətə yola düşmüşdür. 2005-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurmuşdur. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2011-ci ildə, yenidən öz istəyi ilə, hərbi xidmətə yola düşmüşdür. Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, Macarıstanda keçirilən hərbi təlimlərdə iştirak etmişdir. Şahin Hüseynov Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Bir çox orden və medallarla təltif olunmuşdur. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladığı gündən etibarən döyüşlərdə iştirak etmiş və 7 noyabrda döyüşlərdə yaralanıb, yaralanmasına baxmayaraq, yenə döyüşə davam etmişdir. Müharibə bitdikdən sonra da dəfələrlə sərhəd döyüşlərində iştirak edib.
Döyüşlərdə göstərdiyi şücaətlərə görə, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Kəlbəcərin azad olunmasına görə" medalı[1] ilə bundan əlavə o, "Silahlı Qüvvələrin 95 və 100 illiyi" medalları ilə təltif olunmuşdur. Şəhid Şahin Hüseynov 3 dekabr 2021-ci ildə Kəlbəcər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.