Şahnaz Şahbazova

Şahnaz Nadir qızı Şahbazova — texnika elmləri doktoru, dosent. Azərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi, Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıcısı.[1]

Şahnaz Şahbazova
Şahnaz Nadir qızı Şahbazova
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
Elmi adı Professor
İş yeri Azərbaycan Texniki Universiteti
Mükafatları "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketi

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1979–1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olmuşdur. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaratmışdır.
  • 1983–1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olmuşdur. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb.
  • 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib.
  • 1995-ci ildə "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub.
  • 1995-ci ildə AMEA-nın Kibernetika İnstitutunun ixtisaslaşdırılmış şurasında "Relyasiya tipli verilənlər bazasında dinamikli qeyri-asılılığı təmin edən anomaliyasız emalın əməli-assosiasiv fiziki-modeli" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, bir il sonra isə işlədiyi kafedrada dosent vəzifəsinə seçilib. Tədqiqat işlərini davam etdirən Şahnaz xanım "Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları" mövzusunda doktorluq dissertasiyası işləyib hazırlayıb. Dissertasiya mövzusu üzrə 94 məqaləsi və 1 monoqrafiyası çap olunub.
  • 1998-ci ildə Hindistanın Yeni Dehli şəhərində "Proqram təminatı" kursunun qrantını qazanmış və beynəlxalq standartlı sertifikata layiq görülmüşdür.
  • 1999-cu ildə Alman Akademik Mübadilə Xidməti (DAAD) fondunun təqaüdünü qazanaraq sentyabr ayının 20-dən üç ay müddətində Almaniyanın Zigen Universitetində "Lokal şəbəkələrdə informasiyanın qorunması və mühafizəsi" mövzusunda elmi-tədqiqat işini yerinə yetirib.
  • 2003, 2010-cu illərdə də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) müvafiq proqramlarının qalibi kimi hər dəfə üç ay müddətində Almaniyanın Zigen Universitetində tədqiqatlarını davam etdirib. Müxtəlif illərdə dünyanın ayrı-ayrı ölkələrində keçirilən Beynəlxalq Fazi Sistemlər və Soft Computinq konfranslarında fəal iştirak edib.
  • 2000-ci ilin iyununda UNESCO Beynəlxalq Kadrlar Akademiyasının fəxri texnika elmləri fəlsəfə doktoru adına layiq görülüb.
  • 2002-ci ildə Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilib.
  • Alimin fəaliyyətinin böyük bir hissəsi ABŞ-nin Kaliforniya ştatının Berkli Universiteti ilə bağlıdır. 2007-ci ildə ABŞ-nin Fulbright proqramını qazanaraq Kaliforniya ştatının Berkli Universitetində professor Lütfi Zadənin rəhbərliyi ilə "Xaos mühitli tədris prosesinin öyrədici sistemləri üçün hibrid neyro-qeyrisəlis arxitektura əsasında qərarların qəbul edilməsi alqoritminin tətbiq edilməsi və modelləşdirilməsi sahəsinin tədqiq edilməsi" mövzusunda elmi-tədqiqat işini yerinə yetirib.
  • Şahnaz Şahbazova Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi kimi çıxış etmişdir.
  • 2014-cü ildə Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti seçilən Ş. Şahbazova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədilə keçirilən qrant müsabiqələrində iştirak etmişdir.
  • 2013-cü ildə birgə müsabiqənin "Sosial şəbəkə modelində qeyri-səlis çoxluqlar əsasında çoxmənbəli informasiyaların intellektual birləşməsi problemi" adlı layihənin qalibi olmuşdur.[1]

Lütfi Zadə davamçısı

[redaktə | mənbəni redaktə et]
" "Mənim Dr.Şahnaz Şahbazova ilə tanışlığım 15 il bundan öncəki zamana təsadüf edir... Dr.Şahbazova bacarıqlı tədqiqatçı və istedadlı araşdırıcıdır. ...Dr. Şahnaz Şahbazovanın Berklidə olan müddətdə və Azərbaycanda fəaliyyəti zamanı qüsursuz işi, ədalətli proqram rəhbəri olmağına məmnunam".
"

Bildiyi dillər

[redaktə | mənbəni redaktə et]
  • rus, türk, ingilis və alman

Həmmüəllifi olduğu kitabları

[redaktə | mənbəni redaktə et]

Onun indiyədək müxtəlif elmi jurnallarda 110 elmi məqaləsi dərc olunmuşdur, 1 monoqrafiyası, 8 metodik göstərişi, 3 kitabı işıq üzü görmüşdür.

  • "Soft Computinq: Yaradıcı nəzəriyyələrin vəziyyəti və yeni əlavələr"
  • "Soft Computinq üzrə yeni istiqamətlər və son nəticələr"

Springer-Verlaq, Berlin Heidelberq nəşriyyatında 2013-cü ildə çapdan çıxmış birinci kitabda Soft Computinq üzrə Birinci Ümumdünya Konfransında iştirak etmiş alimlərin məruzələri əsasında hazırlanmış genişləndirilmiş məqalələri dərc olunmuşdur. Kitabın digər müəllifləri professor Ronald R. Yager (ABŞ-nin Nyu-York ştatının İONA kollecinin direktoru), akademik Əli Abbasov (Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri) və professor Marek Z. Reformatdır (Kanada, Edmonton Universiteti).

Həmin alimlərlə bərabər Lütfi Zadənin də müəlliflər sırasında olduğu və 2014-cü ildə Spinger Beynəlxalq İsveçrə nəşriyyatında çap olunmuş ikinci kitabda isə Soft Computinq üzrə İkinci Ümumdünya Konfransına dəvət olunmuş alimlərin seçilən əhəmiyyətli məruzələr əsasında hazırlanmış genişləndirilmiş məqalələri toplanıb.

Hər iki kitabda informasiya nəzəriyyəsi, qeyri-müəyyənliklər, Bayes və ehtimal metodları, faktiki məlumatlar və nəzəriyyənin imkanları, faydalılıq nəzəriyyəsi, Fazi şəbəkə və Fazi məntiq, yaxınlaşdırılmış fikirlər, qeyri-klassik məntiq, susmaya görə olan fikirlər, dəyişikliklərin əminliyi, əsaslandırma, biliklərdə qeyri-müəyyənlik, qrafiki modellər və s. kimi məsələlər üzrə məqalələr yer almışdır. Kitablardakı məqalələr Soft Computinq sahəsində yeni işləmələr, əlavələr və nəticələr olmaqla aspirantlar və gənc alimlər üçün çox dəyərli vəsaitlərdir.[1]

  1. 1 2 3 "Lütfi Zadənin yüksək qiymət verdiyi Azərbaycan alimi". 2018-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.