Şimali Koreya koronavirus barədə bir neçə məlumatları gizlədiyindən ilk koronavirus xəstəsinin bu xəstəliyə nə vaxt yoluxduğu bilinmir.
Şimali Koreyada COVID-19 pandemiyası | |
---|---|
İlk qarşılaşma | 8 may 2022 |
Statistika | |
Yoluxma sayı | 0 (rəsmən) |
Ölüm sayı | ən azı 180 (Daily NK iddiası)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Koreya bu dövrdə sərhədlərini bağlayan ilk ölkələrdən oldu.Hökumət geniş səyahət məhdudiyyətlərini tətbiq etdi,yanvar aylarının sonlarında turistlərin ölkəyə gəlməsi qadağan edildi.Sərhədin çox hissəsi bağlansa da, Dandonq və Sinicu arasındakı körpü bağlanmadı. Koreya bir neçə təchizat və avadanlıqları xəstəxanalara gətirdi.
Fevralın əvvəlində Nampo limanında və digər sərhəd bölgələrdə daha çox dezinfeksiyanın aparıldığı bildirildi. Bütün nəqliyyat dayandırıldı. Restoranlar, kafelər, bazarlar bağlandı.
12 fevralda karantin günü 14 gündən 30 günə qədər uzadıldı.Hökumət vaksinin tapılacağına qədər məktəbin,bazarların,restoranların,sərhədlərin bağlı qalacağını bildirdi.
Pxenyana qayıdan başqa ölkələrdə təhsil alan tələbələr üçün xəstəxanalarda yataqxanalar tikildi.
Kim Çen In ölkədə yeni xəstəxanaların tikilməsi barədə qərar verdi. Cənubi Koreya prezidenti Mun Çje İn ilə məktublaşdı. Tramp da Şimali Koreya ilə bu barədə çalışmağa hazır olduğunu bildirdi.
27 martda 2280 koreyalı karantində idi.
30 martda Kim Çen In Putinlə məktublaşdı. Putin Şimali Koreyaya yardım edəcəyini açıqladı və tibbi avadanlıqlar göndərdi.
Şimali Koreya yoluxanlar,ölənlər və sağalanlar barədə bütün məlumatları gizlədiyindən hətta ÜST belə bu barədə məlumat yaymır.