Şimali Makedoniya Konstitusiya Məhkəməsi

Şimali Makedoniya Konstitusiya Məhkəməsi (mak. Уставен суд на Република Северна Македонија) — Şimali Makedoniyada konstitusiyaqanuniliyi qoruyan ixtisaslaşdırılmış məhkəmə orqanıdı.

Şimali Makedoniya Konstitusiya Məhkəməsi
  • mak. Уставен суд на Република Северна Македонија
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Konstitusiya Məhkəməsi
Yaradılma tarixi 1963
Ünvan 12 Udarna briqadası №. 2, 1000, Skopye
Rəsmi saytı ustavensud.mk

Konstitusiya Məhkəməsi 1963-cü ildə SFYR(Sosialist Federal Yuqoslaviya Respublikası) Konstitusiyası ilə yaradılmış və 15 fevral 1964-cü ildə Sosialist Yuqoslaviyasının tərkibində olan Makedoniya Sosialist Respublikasının konstitusiya məhkəməsi kimi fəaliyyətə başlamışdır. Makedoniya Respublikası Yuqoslaviyadan ayrıldıqdan sonra Konstitusiya Məhkəməsi müstəqil dövlətin — Şimali Makedoniyanın məhkəməsi oldu.

Konstitusiya Məhkəməsi Şimali Makedoniya Assambleyası tərəfindən deputatların ümumi sayının səs çoxluğu ilə seçilən doqquz hakimdən ibarətdir. Hakimlərin mandatı yenidən seçilmək hüququ olmadan doqquz ildir. Konstitusiya Məhkəməsinin hakimləri müstəsna olaraq tanınmış hüquqşünaslar arasından seçilir. Məhkəmənin sədri hakimlər tərəfindən onun üzvləri arasından təkrar seçilmək hüququ olmadan üç il müddətinə seçilir.

Məhkəmə sədrləri

[redaktə | mənbəni redaktə et]
  • Pero Korobar 1963–1974
  • Asen Qrupu 1974–1979
  • Qoqa Nikolovski 1979–1984
  • Vladimir Mitkov 1984–1986
  • Dimçe Kozarov 1986–1987
  • Fidanço Stoev 1987–1989
  • Yordan Arsov 1989–1994
  • Yovan Proevski 1994–1997
  • Milan Nedkov 1997–2000
  • Todor Tsunov 2000–2003
  • Liliana İnqilizova-Ristova 2003–2006
  • Trendafil İvanovski 2007–2010
  • Branko Naumovski 2010-cu ildən

Səlahiyyətlər

[redaktə | mənbəni redaktə et]

Şimali Makedoniya Konstitusiya Məhkəməsi aşağıdakı səlahiyyətlərə malikdir:

  • Qanunların Konstitusiyaya uyğunluğu barədə qərar qəbul edir
  • Digər normativ aktların və kollektiv müqavilələrin Konstitusiyaya və qanunlara uyğunluğu barədə qərarlar qəbul edir
  • Fikir, vicdan, söz və fikirlərin açıq şəkildə ifadəsi, siyasi fəaliyyət azadlığı ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edir, o cümlədən vətəndaşlar arasında cinsi, irqi, dini, milli, sosial və siyasi mənsubiyyət
  • Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlərə dair mübahisələri həll edir
  • Respublikanın mərkəzi orqanları ilə yerli özünüidarəetmə orqanları arasında səlahiyyətlərə dair mübahisələri həll edir
  • Respublika Prezidentinin məsuliyyəti haqqında qərar qəbul edir
  • Siyasi partiyaların və vətəndaş birliklərinin proqram və nizamnamələrinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul edir.