Kaşar tarix və diyarşunaslıq muzeyi — Rostov vilayəti Rostov-na-Donu şəhərində yerləşən Şimali Qafqaz dəmiryolları ilə əlaqəli texnika və digər ləvazimatların saxlandığı muzey. Muzey 1960-cı ildə təşkil edilmişdir. Bununla belə ekspozisiya meydançası isə 2003-cü ildə açılmışdır.
Şimali Qafqaz dəmiryolları tarix muzeyi | |
---|---|
rus. Музей истории Северо-Кавказской железной дороги | |
Əsası qoyulub | 1969 |
Ölkə | |
Yerləşir | , Rusiya |
Direktor | Anna Vladimirovna Qorina |
İş rejimi | 10.00—17.00 |
47°11′26″ şm. e. 39°38′14″ ş. u. | |
muzeikashar.ucoz.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Qafqaz dəmiryolları tarıx muzeyi Dəmiryolçuların mədəniyyət sarayında rayon vağzalının Rostov-Qlavnıy stansiyasında yerləşir. Ekspozisiya meydançarı isə Qnilov stansiyası, Portovaya küçəsi ərazisində yerləşir. Muzeyə şəhər nəqliyyatı ilə və ya elektrovaqonlarla getmək mümkündür.
Muzeyin ekspozisiyasında 60 ədəd texnika yerləşdirilmişdir. Onların sırasına 14 paravoz (onların hamısı işlək vəziyyətdədir), 2 köhnə sərnişin vaqon-salon, 1 ədəd 1869-cu ildə istehsal edilən sərnişin vaqonu (bu bütün Rusiya və MDB ölkələri arasında ən qədim vaqondur), 11 yük vaqonu, 7 elektrovoz, 5 teplovoz, 4 yol maşını, 2 dəmiryol kranı, 2 elektrovaqon (ayrıca vaqonlar), müharibə zamanı əldə edilən qənimətlər və qəza-bərpa işlərini həyata keçirən texnikalar.
Muzeyin ən qədim ekponatlarından biridə rum rəqəmləri ilə işarələnmiş və yaşı 125 yaşı olan cənlərdir. Sisterndə vaxtı ilə kimyavi məhlul aparılmışdır.
Muzey Rusiya dəmiryollarının tərkib hissəsinə daxil olan Şinali Qafqaz dəmiryolları idarəsinin balansındadır. Üstəlik dəmiryol işçilərinin köməyi ilə bərpa və restavrasiya işləri aparılır[1].
Eksponatların təmiri və bərpasında Tixoreskaya, Lixaya, Kamenolomni, Krasnodar, Rostov-na-Donu, Bataysk, Qafqazskaya, Mineralnıe Vodı, Novoçerkassk, Tuapse, Soçi, Timaşevskaya, Salsk və başqa stansiyaların əməkdaşları yardım edir.
Muzeyin direktoru və parovoz texnikasının əsas entuziasti — Vladimir Burakov.
Gediş — avtobus № 4, trolleybus № 12, maşrut taksisi № 4 və ya 8 — Mərkəzi bazardan məktəb № 77 qayanacağına qədər.