Şuşa real məktəbi — 1881-ci ildə Azərbaycanın Şuşa şəhərində yaranan 6 sinifli yeni tipli məktəb.[1]
Şuşa real məktəbi | |
---|---|
39°45′12″ şm. e. 46°44′37″ ş. u.HGYO | |
Əsası qoyulub | 1881 |
Bağlanıb | 1992 |
Tələbə sayı | 400 |
Şəhər | Şuşa |
Ölkə | |
Ünvan | Aslan Qaraşarov, 1, Şuşa, AZ5800 |
Vikianbarda əlaqəli mediafayllar |
XIX yüzilliyin sonlarında kapitalizmin inkişafı nəticəsində müxtəlif sahələrdə baş verən dəyişikliklər Azərbaycanın mədəniyyətinə də ciddi təsir göstərmiş və xalqın mədəni inkişaf sferasına istiqamətlənməsinə şərait yaranmışdı. Bu dövrdə çarizmin riyakar siyasətinə baxmayaraq, rus mədəniyyətinin nümayəndələrinin təsiri nəticəsində Azərbaycanda maarifçilik inkişaf edirdi. Maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi.
XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Məktəblərin təsiri və maarifin inkişafına cəhd baxımından Azərbaycanın Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də, Cənubi Qafqazda, demək olar ki, ən ilkin yeri tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi.
XIX əsrin 80-ci illərində Azərbaycanda cəmi bir real məktəb (Bakıda) və bir klassik progimnaziya (Gəncədə) fəaliyyət göstərirdi. Bu isə bir tərəfdən əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən isə sənayə və ticarətin artmaqda olan tələbini qətiyyən ödəmirdi. Bu tələb və ehtiyac Şuşada özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan tələb get-gedə artırdı. Şuşada progimnaziya təsisi sahəsindəki tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa-Qafqaz komitəsinə yazırdı.[1]
Şuşa şəhər sakinlərinin təhsilə olan ciddi-cəhdinə, (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və bu ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür. |
Beləliklə, 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu[2].[1][3]
1886-cı ildə məktəbə 7.500 manat xərclənmişdi.
Lakin Şuşa məktəbi dövrünün nümuməvi maarif ocağı sayılırdı və buna görə də Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmiş, onlar tədrislə maraqlanmış və aydın olmuşdur ki, məktəbdə üzürlü və üzürsüz dərs buraxanların faizi 7,64-dür. Ümumiyyətlə, bu faiz xalqın elmə-maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq dinin qadağan qanununa əhəmiyyət vermədən, başqa xalqların dillərini də öyrənir. Həmin dində danışmağa və oxumağa cəhd göstərirdilər. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu könüllülük prinsipi ilə aparılırdı. Yeni açılan bu məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi yetişdirməkqüdrətinə malik idi. Bunu, Şuşa realnı məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi "Bizim orta məktəblərdə, ədəbiyyat şakirdlərin əxlaq tərbiyəsdində, söhbətlərin aparılmasında əsas silahdır". Məqaləsi bir daha təsdiq edir. O zaman ədəbiyyata xüsusi diqqət yetirilirdi.[1]
1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılaraq xarabazara çevrilib. Halbuki, bu məktəb ilk açılanda 159 şagird təhsil almışdır.[1]