Əhmədalılar türbəsi

Arğalı türbəsiFüzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən XIII əsrə aid türbə.

Arğalı türbəsi
Xəritə
39°25′22″ şm. e. 47°20′04″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Əhmədalılar, Füzuli rayonu, Azərbaycan
Tikilmə tarixi XIII əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti bərbad
İstinad nöm.4212
Kateqoriyatürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Arğalı türbəsi (Azərbaycan)
Arğalı türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Arğalı türbəsi XIII əsrdə Füzuli rayonunun Əhmədalılar kəndinin yaxınlığında tikilib.[1] Türbənin yerləşdiyi yerdə vaxtilə Arğalı adlı kənd olduğu üçün belə adlanıb. Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması araşdırılmayıb.[2]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]

Arğalı türbəsi düzən ərazidə inşa edilib. Memarlıq və konstruksiya baxımından planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq Arğalı türbəsini günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub.[4] Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib. Arğalı türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Məhz buna görə də türbə öz adını yerləşdiyi kəndə görə alıb. Türbənin memarlıq və konstruksiya həllini əsas götürən bəzi tədqiqatçılar onun tikilmə tarixini XIII əsrə aid edirlər.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Борис Владимирович Иогансон. Искусство стран и народов мира: краткая художественная енциклопедия : архитектура, живопись, скульптура, графика, декоративное искусство. 1. Советская энциклопедия. 1962. 52.

    БАБЫ — с. Физулинского р-на. Сохранился 8-гранный (шир. грани 3 м) мавзолей (1272), покрытый 8-гранным сферич. куполом из тонких плит камня. Материал — прекрасно тёсанный камень (известняк). Неподалёку в с. Ахмедаллар расположен идентичный мавзолей (конец 13 в.)

  2. Ağayev, İlkin. "Füzulinin tarixi abidələri haqda nə bilirik?". Palitra. 2013-06-08. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  4. Леонид Семенович Бретаницкий. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Наука, Главная редакция восточной литературы. 1966.

    Восьмигранный объем мавзолея также покрыт сомкнутым сводом. Внутреннее пространство расчленено на подземный склеп и просторную верхнюю камеру. Однако в ахмедалларском мавзолее два портала, декорированных резным геометрическим орнаментом. В верхней камере нет сеней.

  5. Mədətoğlu, Əbülfət. "Hər daşın altında bir tarix yatır". Ədalət qəzeti. 2017-11-24. səh. 3. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.