"Əl-Cümhuriyyə" (ərəb. الجمهورية; mənası – respublika) — dövlətə məxsus Misir gündəlik qəzeti.[1]
Əl-Cümhuriyyə | |
---|---|
Yaranma tarixi | 1954 |
Dil | ərəb dili |
Baş ofis | |
Ölkə | |
gomhuriaonline.com |
"Əl-Cümhuriyyə" 1954-cü ildə Misir inqilabından sonra qurulmuşdur[2][3] və yeni rejimin aparıcı media orqanı olmuşdur. Qəzet "Vəfd" partiyasının rejim tərəfindən ləğv edilmiş "Əl-Misri" qəzetinin imkanlarından istifadə etməklə nəşr edilmişdir. Ənvər Sədat qəzetin redaktoru olmuşdur.[4] Qəzetin nəşriyyatçısı 1952-ci il inqilabından sonra əsası qoyulan "Dar Əl-Təhrir"dir.[5][6] Buna baxmayaraq, "Əl-Cümhuriyyə" Camal Əbdül Nasirin qarşıya qoyduğu məqsədlərə tam nail ola bilməmişdir.[7]
2000-ci ildə gündəlik tirajı 400,000 nüsxə idi.[8] 2005-ci ildə gündəlik tirajı 200,000 nüsxəyə enmişdir.[9]