Əli Məmmədov (dəmiryolçu)

Məmmədov Əli Ruf oğlu (15 mart 1947, Aşağı Maralyan, Cəbrayıl rayonu) — Azərbaycan dəmiryolçusu, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010), "Şərəf nişanı" ordeni laureatı (1986), Fəxri dəmiryolçu (1994), Qarabağ müharibəsi veteranı (1991–1994), Əmək veteranı (1988).[1], Fərdi təqaüdçü (2017)[2]

Əli Məmmədov
Doğum tarixi 15 mart 1947(1947-03-15) (77 yaş)
Doğum yeri
Həyat yoldaşı Əhmədova Məhluqə Aslan qızı (15.07.1949-10.08.2010)
Uşaqları Asəf, Vüsalə və İbrahim
Atası Məmmədov Ruf Xanalı oğlu
Anası Süleymanova Pəri Əli qızı
Milliyyəti azərbaycanlı
Dini İslam
İxtisası Dəmir yollarında hərəkətin təşkili və istismarı
Təhsili
Fəaliyyəti "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmış
Fəaliyyət illəri 1965–2020
Mükafatları "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı — 1985 "Əmək veteranı" medalı
Fəxri dəmiryolçu "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2010

Əli Ruf oğlu Məmmədov 15 mart 1947-ci il Azərbaycan Respublikası Cəbrayıl rayonu Aşağı Maralyan kəndində fəhlə ailəsində anadan olmuşdur. 1954-cü il tarixdə Maralyan səkkizillik məktəbinin I sinfinə daxil olmuş, 1962-ci il tarixdə həmin məktəbin VIII sinfini bitirmişdir. 1962-ci il tarixdə Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumuna daxil olur, 1966-cı ildə həmin texnikumun Hərəkətin təşkili və istismarı fakültəsini bitirir. Təhsilini davam etdirmək üçün Əli Məmmədov 1966-cı ildə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olur və 1978-ci ildə həmin institutu Dəmir Yollarının İstismarı ixtisası üzrə bitirir[3].

Əmək faliyyəti

[redaktə | mənbəni redaktə et]

İlk əmək faliyyətinə 1965-ci ilin iyun ayında Bakı Yük Stansiyasında yük-qəbul-təhvilçisi kimi başlamış və sonra Yol dəyişdiricisi vəzifəsində çalışmışdır[4].
1966-cı ilin noyabr ayında Keşlə Dəmiryol Stansiyasında texniki kontorunda vaqon yazan, böyük yol dəyişdiricisi, post növbətçisi vəzifələrində çalışan Əli Məmmədov üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Elə bu səbəbdən də 1968-ci ilin avqust ayında Sumqayıt Dəmiryol Stansiyasında stansiya növbətçisi vəzifəsinə təyyin edilir.
1969-cu ilin noyabr ayında Azərbaycan Dəmir Yolları İmişli hissəsinin qatar dispetçeri vəzifəsinə təyyin olunduqdan sonra İmişli hissəsində böyük mühəndis, hissə üzrə növbətçi vəzifələrində çalışır. Naxçıvan Dəmir Yolu Hissəsində Hərəkət şöbəsinin istismar üzrə müavini vəzifəsində təyin edilən Əli Məmmədov 1979-cu ilin avqust ayında Sabirabad rayonunda yerləşən Sabir stansiyasında rəis kimi əmək fəaliyyətini davam etdirir.
1987-ci ilin mart ayında Naxçıvan Dəmir Yolu hissəsinin rəisinin birinci müavini və 2004-cü ilin fevral ayından isə Azərbaycan Dəmir Yolu Daşıma Proseslərinin İdarəetmə Birliyinin rəisinin Cənub istiqaməti üzrə müavini təyyin edilir[5].
2010-cu ilin May ayında Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Cənub İstiqaməti üzrə bölmə rəisi vəzifəsinə təyin edilmiş və 2020-ci ilin fevral ayında yaşla əlaqədar təqaüdə çıxmışdır.

1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

1986-cı ildə SSRİ Yollar Nazirliyinin qərarı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

1988-ci il 29 aprel tarixində uzun illər ictimai əməklə məşğul olduğuna görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə "Əmək veteranı" medalı ilə təltif edilmişdir.

1989-cu ildə Cəhbədə növbəli postlarda göstərdiyi xidmətlər səbəbindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Müharibə vetiranı adı verilib.

1994-cü ildə Yollar Nazirliyinin 41 saylı qərarı ilə Fəxri dəmiryolçu nişanı ilə təltif edilmişdir[3].

2010-cu il 12 oktyabr tarixində ölkənin nəqliyyat sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar mühəndisi fəxri adı verilmişdir[6][7][8].

2017-ci il 12 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilb[9][10].

Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

Əli Məmmədov Qarabağ müharibəsinin ilk günlərindən arxa cəbhədə xüsusi fəallıq göstərmişdir. 1993-cü ilin 23 oktyabr tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən CəbrayılFüzuli rayonlarını işğal etməsi nəticəsində Horadiz Dəmiryol Stansiyasından 54 örtülü vaqonla mülkü əhalini, 18 ədəd yüklə dolu yük vaqonlarını mühasirədən çıxarılmasını öz üzərinə götürür və iki Lokomotivlə mülki əhalini və yük vaqonlarını çox çətinliklə atəş altından itkisiz çıxarır və İmişli stansiyasına gətirir.

1972-ci ildə Əhmədova Məhluqə ilə ailə qurur. Bu izdivacdan onların 3 övladı dünyaya gəlir.

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. "Dəmir yolu nəqliyyatı işçiləri təltif edilib - SİYAHI". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  3. 1 2 Azərbaycan Dəmiryolçusu qəzeti № 6 (6731), 28 mart- 4 aprel 2007-ci il. səh. 2
  4. Azərbaycan Dəmiryolçusu qəzeti № 6 (6731), 28 mart — 4 aprel 2007-ci il. səh. 2
  5. Azərbaycan Dəmiryolçusu qəzeti № 6 (6731), 28 mart- 4 aprel 2007-ci il. səh. 3
  6. Əməkdar mühəndis
  7. Azərbaycan qəzeti, № 224 (5625), 13 oktyabr 2010-cu il. səh. 3. ADY QSC-nin işçilərinə fəxri adının verilməsi
  8. Xalq qəzeti, № 224 (26574), 13 oktyabr 2010-cu il. ADY QSC-nin işçilərinin təltif edilməsi
  9. "Dəmir yolu nəqliyyatı işçiləri təltif edilib". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  10. Azərbaycan Dəmiryolçusu qəzeti № 10 (6990), oktyabr 2017-ci il. səh. 1