Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; 15 mart 1954[1], Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Əli Nağıyev | |
---|---|
15 may 2006 – 20 aprel 2011 | |
5 noyabr 1996 – 7 fevral 2006 | |
24 noyabr 1995 – 5 noyabr 1996 | |
Seçki dairəsi | 1995 — Proporsional siyahı |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Murtuz Ələsgərov |
Əlincə Xeyriyyə Cəmiyyətinin sədr müavini | |
199? – 199? | |
Sədr | Fəraməz Maqsudov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1954[1] (70 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir.
Əli Nağıyev ailəlidir, 2 övladı var.
Yeni Azərbaycan Partiyasının qurucu üzvü və sədr müavini olub.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.[2][3]
Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 20 aprel 2011-ci il tarixli 1148 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi.