Əliabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kəndi Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[1]
Əliabad | |
---|---|
39°13′ şm. e. 48°25′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 798 nəfər əhali yaşayır.[2]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Əliabad kənd məscidi dini icması fəaliyyət göstərir.[3]
Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |