Əlillər binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yerləşən bina. Bina 1812-ci il Napoleon müharibəsində yaralanmış əsgərlərin xatirəsinə inşa edilmişdir. Hazırda binada Cənub Federal Universitetinin Geologiya və Neftqaz işləri üzrə fakültə yerləşir. Bina 1913-cü ildə arxitektor Sergey İvanoviç Boldırevin layihəsi əsasında inşa edilmişdir.
Əlillər binası | |
---|---|
rus. Дом инвалидов | |
47°25′02″ şm. e. 40°04′55″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Novoçerkassk |
Tikilmə tarixi | 1913 |
Vikianbarda əlaqəli mediafayllar |
Əlillər binası Novoçekassk şəhərinin Boqdan Xmelinski və Troyski küçələrinin küncündə qərarlaşır. Bina 1812-ci il Napoleon müharibəsindəki qələbənin yük illiyinə inşa edilmişdir.
1812-ci il Napoleon müharibəsindəki Don kazakları ataman Matvey İvanoviç Platovun rəhbərliyi altında fransız ordusuna qarşı müharibədə böyük hünər göstərmişdir. Bu səbəbdən Don kazakları üçün Novoçekasskdə 25 nəfərlik əlillər evinin inşası qərara alınmışdır.
Bu illərdə bütün Rusiya ərazisində müharibə veteranları üçün çoxlu sayda bu tip binalar inşa edilmişdi. Novoçekassk şəhərində isə bu ilk olmuşdur. Binanın inşası üçün kütləvi şəkildə ianə toplanırdı. Burada E hərfinə bənzər bina inşa edilirdi. Bina layihəsinin müəllifi Sergey İvanoviç Boldırev olmuşdur. 1919-cu ildə Don Kazak qoşunlarının əmri ilə Andrey Avsenteviç Lobov Əlillər binasının himayəçisi olmuşdur. Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Bir müddət sonra burada Novoçekassk Politexnik İnstitutu yerləşirdi. Burada metallurgiya və metalloqrafiya kafedrası, laboratoriya və tədris emalatxanası yerləşirdi. Hazırda binada Cənub Federal Universitetinin Geologiya və Neftqaz işləri üzrə fakültə yerləşir
Əlillər binası kərpiçdən inşa edilmişdir. Bina üzərində iki tarix yazılmışdır. Bu isə 1812-ci il Napoleon müharibəsi münasibəti il əlaqədardır.