Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Əlimərdan Ələkbər oğlu Əliyev 1954-cü il martın 5-də Lənkəran rayonunun Kosalar kəndində anadan olub. Lənkəran (qəzet)inin baş redaktoru.
Əlimərdan Əliyev | |
---|---|
Əlimardan Ələkbər oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Kosalar (Lənkəran) rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Lənkəran qəzeti Baş Redaktor |
Fəaliyyət illəri | 2017-ci ildən |
Mükafatları | "Tərəqqi" medalı |
Əlimərdan Ələkbər oğlu Əliyev 1954-cü il martın 5-də Lənkəran rayonunun Kosalar kəndində anadan olub. 1971-ci ildə Lənkəran rayonunun Şürük kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. 1976-cı ildən Astara və Lənkəran rayonlarında orta məktəblərdə və Lənkəran Dövlət Humanitar Kollecində ingilis dili və Azərbaycan dili müəllimi, dərs hissə müdiri, tərbiyə işi üzrə direktor müavini, direktor, Lənkəran Şəhər Təhsil Şöbəsində metodist, metodkabinet müdiri, məktəb inspektoru işləyib. 1999-cu ildən dövlət qulluğuna keçərək Lənkəran Şəhər İcra Hakimiyyətində İctimai-siyasi şöbənin müdiri, İnformasiya sektorunun müdiri, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb. 1993-cü ilin mart ayından YAP üzvüdür. YAP Lənkəran Şəhər Təşkilatının ilk təsis konfransının katibi olub. 1994-cü ildən 2017-ci ilədək YAP Lənkəran Şəhər Təşkilatınında Şura üzvü, İdarə Heyətinin üzvü, uçot-protokol bölməsinin müdiri, ideoloji iş üzrə katib və sədr müavini vəzifələrində çalışıb. YAP-ın 1-ci, 2-ci və 3-ü qurultaylarının nümayəndəsi , bütün prezident, parlament və bələdiyyə seçkilərində YAP Lənkəran rayon seçki qərargahının təbliğat-təşviqat qrupunun rəhbəri olub. 2017-cı ilin mart ayından dövlət qulluğu təqaüdçüsüdür. 2017-ci ildən Lənkəran (qəzet) inin baş redaktoru, eyni zamanda əmək veteranı kimi Rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları təşkilatının sədri, 2021-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayon Ağsaqqallar Şurasının üzvüdür. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2022-ci ildə YAP-ın yaranmasının 30 illiyi münasibətilə "Tərəqqi" medalı 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. Dövlət xətti ilə bir dəfə Polşanın Varşava və Lodz şəhərlərində, iki dəfə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko və Monterey şəhərlərində, bir dəfə İtaliyanın Roma əyalətinin Çerveteri şəhərində səfərlərdə olub, bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.
Ailəlidir, 2 övladı, 6 nəvəsi var.