Ər-Rəstən döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı Suriya hökumət qüvvələri ilə silahlı müxalifət qüvvələri arasında hərbi toqquşmalar. Döyüş BMT-nin elan etdiyi atəşkəs razılaşmasını pozmuş, 14 may 2012-ci ildə başlamışdır. Şəhər hökumət qoşunları tərəfindən bombalanmış və bu, şəhərdə yerləşən üsyançı qüvvələrə ciddi itkilər vermişdir. Öz növbəsində yaraqlılar hökumətyönümlü qüvvələrin daşındığı bir neçə piyada döyüş maşınını məhv etməyə müvəffəq olmuşdular.[1] Nəticədə şəhər ASO yaraqlılarının nəzarətinə keçmiş[2] və nizami ordunun bir hissəsi üsyançıların tərəfinə keçmişdir.
Ər-Rəstən döyüşü | |
---|---|
Tarix | 2012 |
Yeri | |
Hüquq müdafiəçilərinin məlumatına görə, toqquşmalarda Suriya Silahlı Qüvvələrinin azı 23 üzvü, həmçinin yerli komandirlərindən biri Əhməd Əyyub da daxil olmaqla azı 9 üsyançı həlak olmuşdur.[1][3]
Ər-Rəstan yaxınlığındakı ərazi 2011-ci ilə qədər üsyançılarla Suriya ordusu arasında ilk və ən ciddi silahlı toqquşmalara səhnə olmuşdur. Suriya ordusu bir neçə dəfə şəhərə nəzarəti ələ keçirsə də, şəhər yenidən üsyançıların əlinə keçmişdir.[4] Onun paytaxt Dəməşqi[5] ölkənin şimalı ilə birləşdirən magistral yol boyunca strateji yerləşməsi və ərazi ayrı-ayrı bölmələrdən qaçanlara Suriya ordusunun kolonnoları, hərbi ləşfiyyat və hökumətyönlü milislər tərəfindən idarə olunan yol maneələrinə hücumlar qurmağa kömək etmişdir.[4]
Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına görə, 14 mayda Rəstən şəhərində üsyançılarla şiddətli toqquşmalarda iyirmi üç suriyalı hərbçi həlak olmuş, onlar üç zirehli maşını məhv etmişdilər. "Reuters" xəbər vermişdir ki, daha əvvəl müxalifət mənbələri yerli üsyançı komandirin Suriya ordusunun Rəstəni atəşə tutması nəticəsində ölən onlarla yaraqlı arasında olduğunu bildirmişdir.[4] Məlumata görə, atışma nəticəsində 9 mülki həlak olmuşdur. Bundan əlavə, 15 əsgərlə birlikdə daha iki hərbi zirehli transportyor üsyançılar tərəfindən əsir götürülmüşdür.[6][7]