Əyri meşə

Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə.

Əyri meşə
Krzywy Las
Ümumi məlumatlar
Sahəsi
  • 0,3 km²
Yerləşməsi
53°12′50″ şm. e. 14°28′30″ ş. u.HGYO
Ölkə
Yerləşməsi Qərbi Pomeraniya voyevodluğu[d]
Əyri meşə xəritədə
Əyri meşə
Əyri meşə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əyri meşə

Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar.

Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.

Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır.

Bəziləri ağacları bu yerlərdə əsən güclü küləklərin əydiyini deyirlər. Bəziləri də ağacların belə vəziyyətə düşməsinə insanın hansısa formada müdaxiləsinin də səbəb ola biləcəyi istisna etmirlər. Belə ki, bu ağacların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışanlar da var.

Ən maraqlı versiya isə budur: deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar, yaxud azanda da yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər başa çatdırmağa mane olub.

Qeyri-adi mühit müşahidə olunduğu əyri meşədə müşahidə olunan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur[1].

  1. Polşada "sərxoş meşə" Arxivləşdirilib 2020-02-24 at the Wayback Machine. azertag.az 11.09.2017  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]