Ağcaqala (tarixi abidə)

Ağcaqala — tarixi abidə.

Ağcaqala – Şörəyel vadisində, Arpaçayın Araza qovuşduğu yerdə, Türkiyə sərhəddindəki yüksək bir təpədə yerləşən və I dünya müharibəsinin gedişində xarabaya çevrilən bu qədim qalanı tarixçi A. Təbrizli də xatırlamışdır. Kitabi Dədəd Qorqud dastanlarında xatırlanan Ağcaqalanın Sürməliyə (İğdır) yaxın bir yerdə olduğu göstərilir.

"Ağca Qala Sürməliyə gəlüb, Qazan qırq otaq digdirdi" (D-153) cümləsində də Kitabi Dədə Qorqud dastanlarındə adı çəkilən və Sürməli (İğdır) yaxınlığındakı bir ərazidə xatırlanan Ağcaqala adı ilə oxşarlıq təşkil edir. Doğrudan da, bu tarixi Ağcaqala İqdır mahalına yaxındır. Məhz bu amilə əsasən həmin Ağcaqalanı Kitabi Dədə Qorqud dastanlarındakı Ağcaqala ilə lokalizə etmək olar.