Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
AIRPod — "Motor Development International" tərəfindən hazırlanmış sıxılmış hava vasitəsi.[1] "AIRPod"un eyni əsas şassi saxlanılmaqla oturacaqların sayını və yük anbarının miqdarını dəyişən üç fərqli konfiqurasiyada istehsalı planlaşdırılmışdır.[2] O, sıfır emissiyalı şəhər avtomobili kimi hazırlanmışdır. Prototiplər hava limanlarında emissiyasız nəqliyyat vasitələri kimi istifadə üçün "KLM/AirFrance" tərəfindən sınaqdan keçirilmişdir.
MDI 2000-ci ildən bəri hər il "AirPod"un istehsal olunacağını vəd edir. 2018-ci ilin oktyabr ayına olan məlumata görə, heç bir seriyalı avtomobil yaradılmamışdır. "Zero Pollution Motors" 2019-cu ilin ortalarına qədər istehsal edəcəyini vəd etmişdi.[3]
2013-cü ilin sentyabrında avtomobilin 2014-cü ilin yayından etibarən 7,000 avrodan başlayan 100 km məsafəyə malik baza modeli ilə satışa çıxarılacağı iddia edilmişdir. Digəri, 8,000 Avroya 250 km məsafəni təmin edən, sıxılmış havaya əlavə olaraq bir qədər yanacaq istifadə edən təkmilləşdirilmiş mühərriklə olacaqdı. Avtomobillər İtaliyanın Sardiniya vilayətinin Bolotana şəhərində istehsal olunacaqdı.[4] 2014-cü ilin avqustunda MDI öz "Carros" R&D müəssisəsində qismən tamamlanmış, nümayiş xarakterli quraşdırma xəttinin fotoşəkillərini və təklif olunan hazır quraşdırma xəttinin təsvirlərini yerləşdirmişdir.[5] 2016-cı ilin mart ayında onlar Sardiniyada qarşıdan gələn fabrikin tikintisinin "davam etdiyini" göstərən şəkilləri yerləşdirilmişdir.
Avtomobillər 2015-ci ilin may ayında "Zero Pollution Motors" tərəfindən ABŞ-nin "Shark Tank" realiti-şousunda təqdim edilmişdir. Burada Robert Heryavets "AirPod"u 10,000 dollara satmağı təklif etmiş, potensial biznesdə 50% pay üçün 5 milyon dollar təklif etmişdir. "Zero Pollution Motors" istehsal zavodu qurmaq hüququna malikdir və Havay adalarında zavod qurmağı təklif etmişdir.[6] İnvestisiya müqaviləsi uğursuz olmuşdur, çünki şirkət Şimali Amerikada hüquqlara sahib deyildi.[7] Şirkətin saytında Avropada istehsalın 2018-ci ilin birinci rübündə planlaşdırılacağı və sifarişlərin qəbul ediləcəyi bildirilmişdi.