Karl Hanrich Adolf Ledebur — alman metallurqu. O Ledeburiti kəşf etdikdən sonra məşhurlaşmışdır. 1875-ci ildə Frayberq Dağ-Mədən Akademiyasında "Metallurgiya" laboratoriyasına rəhbər təyin olunanda, artıq o 1 il idi ki, həmin ali məktəbdə professor kimi çalışırdı. 1882-ci ildə ona poladın tərkibində dəmir və karbondan ibarət qarışıq kristalı sübut etmək nəsib olmuşdur. Sonralar bu kristal onun şərəfinə Ledeburit adlandırılmışdır.
Adolf Ledebur | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Blankenburq, Almaniya |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Frayberq, Almaniya |
Fəaliyyəti | metallurq, universitet müəllimi[d], mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Ledebur poçt xidmətçisinin oğlu idi. Atası 1856-cı iləd vəfat edəndə Adolf ledebur Zorqedə dəmir-filizi karxansında Braunşvayq ali məktəbinin tələbəsi kimi praktikum keçirdi. 1858-ci ildə o təhsilini maliyyə ehtiyacı ucundan yarımçıq qoyur və mədəndə işləməy başlayır. 1859-cu ildə Ledebur Mədən assistenti imtahanına buraxılır. Bu imtahanı verdikdən sonra o 1862-ci ildə Mədən aspirantı kimi Stolberg-Vernigerode -də işə başalyır. 1866-cı ildə Mədən inspektorunun qızı ilə evlənir. 1869-1871-ci illərdə Ledebur Berlində tökmə müəssisəinin rəhbəri işləyir. Sonra o Gröditz şəhərindəki dəmir mədəninə işə keçir.
1874-cü ildə sənayenin sürətlə inkiaşfı Frayberq Dağ-Mədən Akademiyasında ""Metallurgiya və Poladşünaslıq kafedrası" yaradılır. Həmin ilin dekabrın 1-dən Ledebur bu kafedranın müdiri seçilir. Omrünü sonuna kimi o bu kafedraya rəhbərlik edərək metallurgiya sahəsində əhəmiyyətli elmi işlər görmüşdür. 1875-ci ildə o yeni yaradılmış "Metallurgiya laboratoriyası"na da rəhbərlik edir. 1882-ci iləd ona poladın tərkibində dəmir və karbondan ibarət qarışıq kristallın olmasını kəşf etmək nəsib olur. Bu kristala onu adı verilir: Ledeburit. 1896 və 1898-ci illərdə Ledebur Yaponiyada çalışır və orada metallurgiya sənayesini yaradır. Həmçinin Tokiyoda metallurgiya kafedrasının yaranamsı da onu fəaliyyəti ilə bağlıdır. Onun planı əsasında Yavata polad zavodu tikilmişdir.zavodun texniki təchizatı Almaniyadan gətirilmişdir.
1899-cu ilədn 1901-ci ilə qədər Ledebur Frayberq Dağ-Mədən Akademiyasının rektoru olmuşdur. O, bu vəzifəyə seçilmiş ilk rektor idi. 1903-1905-ci illərdə o yenidən rektor seçilmişdir. Ledeburun rəhbərliyi altında metallurgiya sahəsində ilk dərsliklər və sorğu kitabları yazılmışdır. Onun kitabları bir neçə xaricə dilə tərcümə olunmuşdur.