Akustik İmpuls

Akustik impuls

1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir;

2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 258. ISBN 978-9952-441-02-4.