Arbel (ivr. הר ארבל) — İsrail ərazisində yerləşən dağ və milli park [1]. Dağ ölkənin Aşağı Qaliley bölgəsinə aiddir. Arbel dağı Tiberiya şəhərindən şimal-qərbdə, Arbel vadisindən isə şimalda yerləşir.
Arbel | |
---|---|
ivr. הר ארבל | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 181 m |
Nisbi hündürlüyü | 390 m |
Yerləşməsi | |
32°49′26″ şm. e. 35°30′25″ ş. u.HGYO | |
Ölkə | İsrail |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arbel dağının dəniz səviyyəsində hündürlüyü 181 metrdir. Ölü dənizin səviyyəsindən olan hündürlük isə 390 metrdir. Dağı əhatə edən ərazinin böyük hissəsi dəniz səviyyəsindən aşağıdadır. Zirvədə yerləşən müşahidə meydançasından bütün Qalileya, Qolan təpələri, eləcə də Safed, Tiberiya və Ölü dənizin böyük bir qismi görsənir. Arbel dağında dört kənd yerləşir: Kfar-Zaytim, Arbel, Kfar-Hittim və Mispa.
Arbel dağı yaxınlığında qədim yəhudi sinaqoqu yerləşir ki, tarixi e.ə. IV əsr aiddir. Burada qədim oturacaqlar və sütünlar qalqıqlar şəklində qalmış.
Dağın başında qədim mağaralar sistemi mövcud. Mağaralarda yəhudulərə məxsus İkinci Məbəd adlı tikili mövcuddur. Mağara daxilində VII əsrə aid, Ali Bəy, druz hakiminin oğlu Fahra al - Din Maanininə məxsus tikili mövcud. İosif Flavi öz yazılarında yazır ki, Böyük İrod roma qoşunlarının köməyi ilə sonuncu üsyançılara qalib gəldi, hansı ki, çar Xasmoneev Antiqonaya dəstək verirdilər. Sonda onlar sığınacaq kimi Arbel dağı qayalarını seçdilər [2][3][4].
Bu bölgə 1967-ci ildə qoruq elan edilmiş və sahəsi 1400 dyündü[5]. Milli park (8509 dyün) öz ərazisinə Arbel dağının əsas hissəsini (10 km), hansı ki, Eylabuna çayından başlayır və Ölü dənizə töküldüyü ərazini əhatə edir. Qoruq ümumən dağın yerləşdiyi ərazini əhatə edir.[6]
Dağın cənub tərəfi tədricən kənd təsərrüfatı sahələrinə keçid edir. Otlaq əraziləri tədricən 400 metrlik eniş edir. Qayalığa qurulan xüsusi metal pilləkənlər eniş üçün xidmət edir. Sonda eniş bədəvi kəndi olan Hamaama gəlib çıxır.
Arbel dağı özünün 110 metrilk çıxıntılı hündülüyü ilə İsrailin yeğanə trampilindən tullanma məkanı hesab olunur[7]. Arbel zirvəsinə qalxış, İsrailin Milii cığırı əsasən "İsanın Səfəri" adlanır.
Arbel dağında qədim yəhudi adətlərinə görə Adəmin oğlu Sif dəfn olunmuş. İsrail Herserberq və İossi Stepanskinin tədqiqatlarına görə burada Yaqub peyğəmbərin oğlanları: Ruvim, Şimon və qızı Dina dəfn olunmuş.[8]